Recep İvedik obrazı ilə məşhurlaşan türkiyəli aktyorun həbsi tələb olunur: 10 il... - FOTO
Türkiyədə Recep İvedik obrazı ilə məşhurlaşan komediya aktyoru, rejissor, ssenarist Şahan Gökbakarın həbsi tələb olunur.
Ölkə.Az DHA-ya istinadla xəbər verir ki, buna səbəb onun Marmarisdə yerləşən villasında günəş panelləri quraşdırılması və su anbarının tikilməsidir.
Aktyora barəsində Marmaris Respublika Baş Prokurorluğu tərəfindən ittiham aktı hazırlanıb. Aktyor, qardaşı və 2 ailə üzvü barəsində "Mədəni və Təbii İrsin Mühafizəsi haqqında" Qanunun pozulmasına görə 3 ildən 10 ilədək həbs cəzası istənilib.
Şahan Gökbakarın ortağı olduğu "Çamaşırhane" film şirkətinə məxsus villaların bina qeydiyyat şəhadətnamələri və əlavələri qeyri-qanuni tikililərə görə 2022-ci ildə ləğv edilib.
Daha sonra icazəsiz fəaliyyətə görə villa sahiblərinə qarşı cinayət işi açılıb. Marmaris Bələdiyyəsinə də söküntü qərarlarının qəbul edilməsi və söküntü bildirişləri göndərilməsi ilə bağlı xəbərdarlıq edilib.
Şahan Gökbakar və ittiham olunan 3 şəxs dindirilmə zamanı villanı 2020-ci ildə aldıqlarını və dəyişikliklərin onlar almazdan əvvəl edildiyini biliriblər.
Villanın əvvəlki sahibi isə ittihamları qəbul etməyib.
Hazırlanan ittiham aktı məhkəməyə göndərilib. Qəbul olunarsa, təqsirləndirilən şəxslər yaxın günlərdə hakim qarşısına çıxacaq.


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1035 Tarix: 05 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kobaxidze Rusiya ilə bağlı mövqeyini açıqladı: Qırmızı xətlər var
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiyaya qarşı açıq və praqmatik siyasət yürüdəcəklərini açıqlayıb. xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə "Rustavi 2" telekanalına müsahibəsində danışıb. Kobaxidze ölkələrarası münasibətlərdə müəyyən qırmızı xətlərin mövcud olduğunu bildirib
24 dekabrPlanetin ən hündür 10 heykəli - Yerləşdiyi yer və ölçüləri...
Nəhəng heykəllər on kilometrlərlə uzaqdan görünür - ölçüləri ilə hətta fotolarda belə təsir bağışlayır və təbii ki, turistlərin diqqətini cəlb edir. Bu abidələrdən bəziləri tanrılara, digərləri isə tarixi şəxsiyyətlərə həsr olunub. Hazırda dünyada bu cür heykəllərin sayı əllidən çoxdur. Qaynarinfo "Unian"
23 dekabrMühərrik gücünü niyə və kim at gücü ilə ölçməyə başlayıb?
Bu göstərici artıq uzun illərdir avtomobil leksikonunun ayrılmaz hissəsidir və hər bir sürücüyə tanışdır. Bununla belə, az adam həqiqətən düşünür ki, niyə avtomobillərin mühərrik gücü at gücü ilə müqayisə olunur. Bu anlayış o qədər adiləşib ki, təbii qəbul edilir, halbuki müasir avtomobillərin, xüsusil
23 dekabrMoldova Ukrayna ilə sərhəd keçid məntəqələrinin sayını artırır
Moldova Ukrayna ilə sərhəd keçid məntəqələrinin sayını artırır. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı iki ölkənin hökumətlərarası komissiyasının iclasında razılığa gəlinib. Yeni açılacaq 3 sərhəd keçid məntəqəsi əsasən yük və sərnişin daşıma avtomobilləri üçün nəzərd
21 dekabrAbbas Əraqçi: ABŞ ədalətli razılaşmaya hazır deyil
ABŞ İranla ədalətli razılaşmaya hazır deyil". "Report"un məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi bunu "Russia Today"ə verdiyi müsahibədə bildirib. Bu kontekstdə o, Vaşinqtonun həddindən artıq tələblərini və Qərbin İranın ideyalarını rədd etməsini misal gətirib:
21 dekabr