Almaniya 100 gün tam izolyasiyada yaşayacaq könüllülər axtarır - 23 min avro ödəniləcək
Almaniya kosmik missiyalara hazırlıq çərçivəsində qeyri-adi bir elmi layihəyə start verib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, Ay və Mars missiyalarında astronavtların qarşılaşacağı çətin şəraitləri Yer üzündə sınaqdan keçirmək məqsədilə 100 gün ərzində tam izolyasiyada yaşamağı qəbul edəcək könüllülər axtarılır. Təcrübədə iştirak edən şəxslərə 23 min avro ödəniş ediləcək.
Elmi eksperiment Köln şəhərində həyata keçiriləcək. Layihənin əsas məqsədi insanın uzunmüddətli təcrid şəraitinə fiziki və psixoloji davamlılığını ölçməkdir. Təcrübə zamanı iştirakçılar kosmik stansiya simulyasiyasında, xarici dünya ilə tam əlaqəsi kəsilmiş şəkildə yaşayacaqlar.
Könüllülər 100 gün ərzində 24 saat nəzarət altında saxlanılacaq. İzolyasiyanın insan orqanizminə və psixoloji vəziyyətə təsirləri mütəxəssis qruplar tərəfindən davamlı şəkildə izləniləcək və qeydə alınacaq.
Təcrübədə iştirak etmək istəyən namizədlərin sağlamlıq vəziyyətinin yaxşı olması, ingilis dilini bilməsi və minimum bakalavr dərəcəsinə sahib olması tələb olunur. Bundan əlavə, texniki, tibb və ya oxşar elmi sahələr üzrə təhsil almış şəxslərə üstünlük veriləcək.
Layihə Almaniyanın gələcək kosmik missiyalar üçün insan faktorunu daha dərindən araşdırmaq istiqamətində atdığı mühüm addımlardan biri kimi qiymətləndirilir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 3074 Tarix: 24 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran müharibənin dayandırılması üçün ABŞ-yə şərtlərini təqdim edib
İran hökuməti müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəçiləri üzərindən ABŞ-yə çatdırıb və Prezident Donald Trampın cavabını gözləyir. "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi deyib. Onun sözlərinə görə
20 sentyabrBoğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabrƏbu-Dabidə adada yarım milyardlıq toy edəcəklər?
"Miss Rusiya 2024" və "Miss BRİKS 2026"titullarının sahibi Valentina Alekseyeva biznesmen sevgilisi İlya Mitelmanla ailə qurur. Axşam.az xəbər verir ki, "Mash" teleqram kanalının məlumatına görə, 20 yaşlı modellə 30 yaşlı biznesmenin toyu Əbu-Dabidə keçiriləcək və indidə
20 sentyabrAta oğlunu öldürdü, gəlini və nəvəsini yaraladı
Türkiyənin Osmaniye vilayətində dəhşətli hadisə qətl olub. yerli mediaya istinadla bildirir ki, hadisə bu gün səhər saatlarında Sumbas rayonunun Mehmetli qəsəbəsində qeydə alınıb. 66 yaşlı Fevzi Topbaş ilə 41 yaşlı oğlu Aydın Topbaş arasında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisə böyüdükdə
20 sentyabrAvropada Qərbi Nil virusu yayılır: Yoluxanların yarısı bu ölkədədir
İtaliyada 2026-cı ildə Qərbi Nil virusuna 650-dən çox yoluxma qeydə alınıb. Bu, Avropada qeydə alınan bütün yoluxmaların təxminən yarısını təşkil edir. "Associated Press"ə istinadən xəbər verir ki, mütəxəssislər virusun yayılma ərazisinin genişlənməsini və yoluxma mövsümünün uzanmasını temperaturu
20 sentyabrBu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabrTrampdan üç nəhəng KİV-lə bağlı sərt qərar: Ağ Evə girişləri qadağan edildi
ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib. xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasınd
20 sentyabrNobel mükafatının məbləği artırıldı
Nobel Fondu 2026-cı ildə hər bir kateqoriya üzrə Nobel mükafatının məbləğini artıraraq 12 milyon krona (1.22 milyon dollar) çatdırmaq barədə qərar qəbul edib. xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin bəyanatında bildirilir. Belə ki, mükafatın məbləği 1 milyon kron (101 min dollar) artırılıb
20 sentyabr