"Şlyapa Zahid" Nəcməddin Sadıkovu məhkəməyə çağırdı - "Gəlib danışsın"

"Şlyapa Zahid" Nəcməddin Sadıkovu məhkəməyə çağırdı - "Gəlib danışsın"Müdafiə Nazirliyinin bu dəfə 42 milyonluq mənimsəmədə ittiham olunan sabiq zabiti Zahid Niftəliyevin məhkəmə araşdırması davam edir.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda "Şlyapa Zahid" ləqəbli məşhur zabit sərbəst ifadə verib.

Qısaca məlumat üçün deyək ki, Zahid Niftəliyev "AtaBank" ASC-yə saxta məlumatlar təqdim etməklə 42 milyon 470 min 885 manat kredit götürüb. O, həmin krediti təyinatı üzrə istifadə etməməklə banka xüsusilə külli miqdarda ziyan vurmağa görə mühakimə edilir, amma ittihamları qəbul etmir.

İlk baxış iclasında onun vəkili törədilən cinayətdə Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovu günahlandırıb. Deyib ki, 24 milyonun köçürüldüyü şirkət əslində müvəkkili Niftəliyevin, yox Sadıkovundur. Vəkil bu məsələlərə aydınlıq gətirməsi üçün Nəcməddin Sadıkovu məhkəməyə çağırıb.

Bu prosesdə "Şlyapa Zahid" də vəkilinin dediklərini təsdiq edib. İfadəsində deyib ki, Nəcməddin Sadıkovun xahişinə görə adına şirkət açılmasına razı olub. Amma şirkətin sonradan yeyinti məqsədilə istifadə edilməsindən məlumatsız olub: "Bir işlə bağlı Sadıkovun qəbuluna girmişdim. Söhbət əsnasında dedi ki, bəs bizə önəmli bir iş görmək üçün şirkət lazımdır. Mərhum vergilər naziri Fazil Məmmədov dövlət üçün müəyyən işlər görməli idi. Bu işləri reallaşdırmaq üçün də şirkət lazım idi. Məhz bu səbəbdən razı oldum. Fazil Məmmədov vəfat edəndən sonra bilmişəm ki, mənim üstümdən oyun oynayıblar".
"Şlyapa Zahid" Nəcməddin Sadıkovu məhkəməyə çağırdı - "Gəlib danışsın"Niftəliyev özü də məhkəmə zalından Nəcməddin Sadıkova müraciət yollayıb, ondan hər şeyi danışmasını istəyib: "Bankdan 42 milyon götürülüb. Bu qədər pulu mənə kim verə bilərdi? Oradan mənə 40 manat da çatmayıb. Demirəm ki, Nəcməddin Sadıkov, ya Fazil Məmmədov yeyib. Amma onlar bilirdilər. Nəcməddin Sadıkovdan xahiş edirəm, gəlib danışsın".

"Amma sənədlərdə sizin imzalarınız var"-, dövlət ittihamçısı deyib. Niftəliyev bunu təsdiq edib. Onun sözlərinə görə, bankda imzalar atıb, amma pul söhbətindən xəbərsiz olub.

"Şlyapa Zahid" sonda Fazil Məmmədovun müşaviri olmuş Mahir Rəfiyevin otağında baş tutan toplantıdan söz açıb.

Məhkəməyə sədrlik edən hakim Novruz Kərimov bu yerdə iclası dayandırıb.

Prosesin davamı qapalı keçirilib.

Qeyd edək ki, Z.Niftəliyev ötən il başqa cinayət işi üzrə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib. Yeni cinayət işinə görə o, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülüb.

Onu da əlavə edək ki, xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1564   Tarix: 17 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr