2025-ci ildə fəsillər Azərbaycana BU TARİXDƏ DAXİL OLACAQ
2025-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlanıb.
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Lent.az-a verilən məlumata görə, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək.
Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq. Bu zaman Şimal yarımkürəsində yay, Cənub yarımkürəsində isə qış fəsli başlayır. Həmin vaxt Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz (gündüzün uzunluğu 15 saat 3 dəqiqə 24 saniyə) və ən qısa gecə (gecənin uzunluğu 8 saat 56 dəqiqə 36 saniyə) olur. Yay fəslinin uzunluğu 93 gün 15 saat 37 dəqiqə 5 saniyə təşkil edəcək.
Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 22-si saat 22:19:16-ya təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Günəş ekliptika üzrə hərəkət edib, ekvatoru kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayır. Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.
2025-ci ildə qış fəsli (Qış günəş duruşu) Azərbaycana dekabrın 21-i saat 19:03:01-da daxil olacaq, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1561 Tarix: 23 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO
İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid
16 sentyabr 2021Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR
Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə
16 sentyabr 2021Acun niyə həmişə qara kofta geyinir?
"TV8"in rəhbəri Acun Ilıcalı maraq mövzusu olan qara köynəkləri ilə bağlı suallara aydınlıq gətirib. Axşam.az-a istinadən xəbər verir ki, hər mövsümdə bu tərzdə görünən Acun ona bu cür daha rahat olduğunu və hətta daha 500 ədəd qara kofta sifariş verdiyini açıqlayıb. "Gün ərzində ayaqqab
15 sentyabr 2021Mumiyanı rentgen aparatına saldılar: ŞOK OLDULAR - "YAŞAYIR"
Misirdən İtaliyaya aparılan 3 min yaşlı mumiya rentgen aparatına salınıb. xəbər verir ki, məqsəd bu şəxsin yaşayış tərzini öyrənməkdir. Yekun nəticələr araşdırmalar yekunlaşandan sonra açıqlanacaq. Alimlərin sözlərinə görə, artıq onlar indidən təəccüblənməyə başlayıblar. Məlum olub ki, mumiyanın üzərind
8 sentyabr 2021Elm dünyası ŞOKDA: "Uçan əjdahanı tapdılar" - FOTOLAR
Sən demə bu günə qədər filmlərdə izlədiyimiz uçan əjdahalar həqiqətən də mövcud olub. Hər halda alimlərin tapdığı tapıntılar bunu deməyə əsas verir. xəbər verir ki, elm adamları Çilidə uçan əjdaha kimi bilinən qanadlı dinozavr qalıqlarını tapıblar. Məlumata görə, qalıqların 160 milyon il əvvələ aid olduğ
14 sentyabr 20216 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR
Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d
8 sentyabr 2021Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR
Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd
12 sentyabr 2021