"Bəzi qərb ölkələri bizi nədə ittiham edirsə, həmin problemlərin dəfələrlə artığı onların özlərində mövcuddur" - DEPUTAT

"Bəzi qərb ölkələri bizi nədə ittiham edirsə, həmin problemlərin dəfələrlə artığı onların özlərində mövcuddur" - DEPUTATCOP29 Azərbaycanın insan hüquqları öhdəliyinə sadiqliyini nümayiş etdirməsi üçün fürsətdir. Bəs görəsən COP29 qərbin bəzi nümayəndələrinin, dırnağarası demokratiya iddialarını yayan insanların Azərbaycana qarşı ardıcıl təxribatlar etməyi və Ermənistanı özünə çəkməsi üçün fürsət deyilmi?

Mövzu ilə bağlı Sonxeber.az – a açıqlama verən deputat Azər Allahverənov bildirib ki, bəzi qərb ölkələri bizi nədə ittiham edirsə, həmin problemlərin dəfələrlə artığı onların özlərində mövcuddur:

"Əslində reallıq ondan ibarətdir ki, qərb riyakarlığı bu və ya digər formada özünü istənilən situasiyada göstərir. Biz belə hallara öyrəşməliyik. Düşünürəm ki, artıq Azərbaycanın bir immuniteti formalaşıb sözün əsl mənasında. Yadıma düşür ki, 90- cı illərin ikinci yarısında Azərbaycanla bağlı siyasi bir qərar qəbul olanda böyük etirazlar yaranırdı. İndi isə biz belə halları normal qarşılayırıq. Çünki o qətnamələr elə qətnamə, bir kağız parçası olaraq qalır. Bəzi qərb ölkələrinin riyakarlığı özünü onda biruzə verir ki, bizi nədə ittiham edirlərsə, həmin problemlərin dəfələrlə artığı onların özlərində mövcuddur. Bu öz gözündə tiri görməyən başqasının gözündə çör-çöp axtarmaq məsəlinə bənzəyir. Biz hər zaman belə münasibətlərin bizə qarşı sərgilənməsinin şahidi olacağıq. Onların daim gündəmə gətirdiyi məsələlərin heç biri Azərbaycanda öz təsdiqini tapmır. Eyni zamanda digər dövlətlərdən fərqli olaraq Azərbaycan qərb üçün də açıq bir dövlətdir. O baxımdan ki, baxmaq istəyirsiz, buyrun baxın. Monitorinq keçirmək istəyirsiz, buyrun gəlin keçirin. Hansısa sənədlərlə tanış olmaq istəyirsiz, gəlin olun. Amma bu baş vermir.
Bəzi məsələlərdə Azərbaycanı ittiham edirlər. Onlardan biri etnik təmizləmə prosesi idi. Qarabağdan ermənilərin göndərilməsi zamanı həmin şəxslərin uçotu aparılırdı. Hər biri ilə müsahibə götürülürdü. Onlar özləri hər şeyi etiraf edirdilər. Bunlar hamısı sənədləşdirilirdi. Azərbaycan bu sənədləri saxlayır. Kim tanış olmaq istəyirsə, buyursun.
Qərb deyəndə heç kəs elə anlamasın ki, qərbdə olan bütün ölkələr Azərbaycanın əleyhinədir. Qərb ölkələri arasında Azərbaycana tərəfdaş olanları da var. Hətta həmin dövlətlər Avropa İttifaqının Cənubi Qafqaz bölgəsindəki siyasətini tənqid edirlər. Buna görə də onların özlərini Avropa İttifaqı daxilində bu və ya digər formada təzyiq altında saxlamağa çalışırlar. Yəni istənilən halda mən düşünürəm ki, qərb Cənubi Qafqazda gedən proseslərə müdaxilə etmək istəyir".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2765   Tarix: 25 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr