Özgə bayramı və qəddarlaşan uşaqlar: "Halloween" necə qeyd edilməlidir? - AÇIQLAMA

Özgə bayramı və qəddarlaşan uşaqlar: "Halloween" necə qeyd edilməlidir? - AÇIQLAMAHər il oktyabrın 31-i müxtəlif ölkələrdə "Halloween" bayramı qeyd olunur. Qərb xristianlarının Bütün Müqəddəslərin Günü ərəfəsində qeyd etdikləri bayramın kökləri müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşamış keltlərin adətlərindən götürür. Qədimlərdə ilin tünd (qaranlıq) vaxtının başlanmasının simvolu olan bayram xristianlığın gəlişi ilə mahiyyətini də dəyişir. Qloballaşma dövründə isə atributları və keçirilmə tərzi də yeni hal alır. İndi o, daha çox şər qüvvələrin tərənnüm olunduğu, müxtəlif biznes sahələrinə töhfə verən bir tədbirdir.

Son dövrlərdə Azərbaycanda da bu bayramın qeyd olunması ənənə halını alıb. Müşahidə edirik ki, artıq bayrama hazırlıq işlərinə başlanılıb. Vətəndaşların bir qismi "Halloween"ə əyləncə gözü ilə baxsa da, bəzi valideynlər onun mədəniyyətimizə calaq olunması cəhdindən narahatlıq keçirirlər.

Məsələn, Gəncə sakini uşaqlara aid bir studiyada çəkilən görüntünü sosial şəbəkədə paylaşaraq narahatlığını ifadə edib:

"Gənclər öz bildikləri kimi əyləncəli "Halloween" bayramına hazırlaşırlar. Baş kəsmək, qol kəsmək, yemək səhnələri olan bir bayram niyə uşaqlar üçün təşkil olunur? On ilə yaxındır, Azərbaycanda bu bayram qeyd olunur, lakin hansısa qurum, dərnək, ictimai birlik bunun əleyhinə tədbir görmür. Gözümüzün önündə cani, qatillər yetişdirilir, biz də "bayramdır, əylənirlər" deyib, heç nə etmirik. Son on ildə ailə üzvlərini, doğmalarını baltalayan, bıçaqlayanlar nə qədər olub, görmürsünüz? Hələ bu kimi səhnəciklərə ailəvi girişə icazə verilir. Adam nə qədər öz övladına, ailəsinə nifrət etməlidir ki, əlindən tutub aparsın oraya? Emosiyamı, fikrimi necə ifadə edim, bilmirəm".

Maraqlıdır, bəs görəsən, valideynlərin bu narahatlığına əsas varmı? Həqiqətənmi "Halloween" uşaqlarda şiddətə meyil psixologiyası formalaşdırır?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablayan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, uşaqlarda şiddətə və aqressiv davranışlara meylin formalaşmasına təkcə "Halloween" kimi bayramlar səbəb olmur, lakin erkən yaşda bu kimi təsirlərə məruz qalmaq müəyyən risklər doğura bilər:

"Halloween" bayramının qeyd olunması və bunun azyaşlı uşaqlara təsiri ilə bağlı valideynlərin narahatlıqları, əsasən, şiddət, qorxu və qeyri-real obrazların təsirinə yönəlib. Bu bayram, adətən, qərb ölkələrində bir əyləncə kimi qəbul edilsə də, onun, mədəniyyətlərarası fərqləri nəzərə alsaq, Azərbaycanda xüsusi bir narahatlıqla qarşılanması təbiidir. Psixoloji cəhətdən formalaşma mərhələsində olan uşaqlar ətraf mühitdən və müxtəlif obrazlardan asanlıqla təsirlənirlər. Şiddət, qorxunc səhnələr və qeyri-real personajlar uşaqların təxəyyülündə bəzən real təhlükə kimi qəbul oluna və onların narahatlıq səviyyəsini artıra bilər. Uşaqlarda şiddətə və aqressiv davranışlara meylin formalaşmasına təkcə "Halloween" kimi bayramlar səbəb olmur, lakin erkən yaşda bu kimi təsirlərə məruz qalmaq müəyyən risklər doğura bilər. Xüsusilə, vizual təsvirlərdə şiddətin vurğulanması uşaqlarda qorxu və güvən hissinin pozulmasına, hətta yuxu problemlərinə yol aça bilər".

Onun sözlərinə görə, bu cür tədbirlərdə hər zaman uşaqların yaş xüsusiyyətləri və psixoloji həssaslığı nəzərə alınmalıdır:

"Valideynlərin bu istiqamətdə narahatlıqları başadüşüləndir. Bu cür tədbirlər zamanı hər zaman uşaqların yaş xüsusiyyətləri və psixoloji həssaslığı nəzərə alınmalıdır. Bayramı əyləncəli və daha mülayim formada keçirmək mümkündür. Misal üçün, qorxunc obrazlardan çox, daha yaradıcı, maraqlı və təhlükəsiz obrazlar seçilməli, qətl və şiddət kimi səhnələrə yer verilməməlidir. Ümumi tövsiyə odur ki, bu kimi tədbirlər uşaqların psixoloji vəziyyətinə zərər vurmadan, əyləncəyönümlü olaraq təşkil edilsin".

Psixoloq videoda yer alan səhnə hazırlığı barədə də fikirlərini bölüşüb:

"Orada qorxunc və şiddətəyönəlik səhnələr var, bu da uşaqların emosional vəziyyətinə və inkişafına mənfi təsir edə bilər. Belə səhnələr uşaqlarda stres və narahatlıq yarada, qorxulu və ya aqressiv davranışlara qarşı həssaslıq formalaşdıra bilər. Tədbirin tərkibi və uşaqların yaşı nəzərə alınmaqla valideynlərin narahatlıqları əsaslı ola bilər".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1142   Tarix: 26 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xurma niyə ağızda büzüşmə yaradır və nə qədər şəkərlidir?

Payızın gəlişi ilə xurma mövsümü də başlayır. Bu dadlı meyvə haqqında cəmiyyətdə müxtəlif yanlış təsəvvürlər mövcuddur. Bəziləri xurmanın həddindən artıq şəkərli və kalorili olduğunu düşünür, digərləri isə onun ağızda yaratdığı büzüşmə hissindən narahat olur. Bəs əslində xurma nə qədər faydalıdır v

15 noyabr
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

8 noyabr
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

7 noyabr
.

Qaralan kafel aralarını evdəki tək materialla təmizləyin

Kafel aralarında zamanla yaranan qaralmalar üçün bahalı təmizlik vasitələrinə ehtiyac qalmır. Evdə olan tək bir materialla təmizlik artıq daha asan olacaq. xəbər verir ki, vanna otağı və mətbəxlərdə zamanla qaralan kafel araları təmizlik edilsə də, istənilən görüntünün əldə edilməsini çətinləşdirə bilər

14 noyabr
.

Musiqi insanları niyə yeniyetməlik illərinə qaytarır? - Alimlər səbəbini araşdırıb

Musiqi dinləmək insanlarda keçmişə, xüsusilə də yeniyetməlik dövrünə aid xatirələri canlandıra bilər. Yeni araşdırma göstərib ki, eyni janr və dövrə aid mahnılar fərqli insanlarda oxşar xatirələr oyadır. xəbər verir ki, bu nəticə ABŞ-ın Prinston Universitetinin alimlərinin apardığı tədqiqatda ortay

18 noyabr
.

Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB

Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay

15 noyabr
.

Dünyada sahili olmayan yeganə dəniz

Yer kürəsində sahili və limanı olmayan yeganə dəniz mövcuddur. Atlantik okeanının daxilində yerləşən Sarqasso dənizinin sərhədlərini quru sahələri deyil, dörd güclü okean axını formalaşdırır. -a istinadən bildirir ki, bu qeyri-adi dəniz Floridadan təxminən 950 kilometr şərqdə yerləşir. Ona ən yaxın qur

14 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr