Leylanı öldürüb körpəsinin qətlini üstünə atıbmış...

Leylanı öldürüb körpəsinin qətlini üstünə atıbmış...Ötən il 20 yaşlı tələbə Leyla və 9 aylıq körpəsinin əri tərəfindən qətli gündəmi zəbt etmişdi. Heç bir səbəb və ya bəhanənin əsas vermədiyi faciəni törədən Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edildi. Amma məhkəmənin yalnız hökm hissəsi mediaya açıq keçirildi.

"Qafqazinfo" cinayət işinin bəzi detallarını əldə edib. İstintaq materiallarında yazılanlardan məlum olub ki, Fərid arvadını qısqanclıq zəminində qətlə yetirib.

Hadisə günü o, qəddarlıq nümayiş etdirərək körpəsini Leylanın gözləri qarşısında 7 dəfə bıçaqlayıb. Bununla da anaya əzab verib. Daha sonra isə eyni bıçaqla çarpayının üstündə dayanan Leylanın üstünə hücum edib, onun boğazına bıçaqla vuraraq qətlə yetirib. Ən sonda isə intihar niyyəti ilə eyni bıçaqla özünün qarın nahiyəsindan iki zərbə endirib. Leyla hadisə yerində, 9 aylıq Ayla xəstəxanaya aparılarkən vəfat etsə də, Fəridin həyatını xilas etmək mümkün olub.

Onun cinayətini Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin sədrlik etdiyi hakimlər araşdırıb.
Leylanı öldürüb körpəsinin qətlini üstünə atıbmış...Fərid məhkəmədə yalnız bir dəfə ifadə verib, onun üçün danışmağın çətin olduğunu əsas gətirərək suallara cavab verməkdən imtina edib. Deyib ki, həyat yoldaşı ilə münasibəti onun atası ilə tanışlığından sonra yaranıb. Həmin vaxt Leyla Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin ilk kursunda təhsil alırmış. Dediyinə görə, hələ nişanlı vaxtlarında aralarında problemlər yaşanıb, amma sonradan mehriban olublar. Toydan sonra Leylanın təhsilinə maneə yaratmayıb, hər gün özü universitetə aparıb-gətirib. Hadisədən bir müddət əvvəl onda yenə qısqanclıq hissləri baş qaldırıb. Leylanın instaqram səhifəsi üstündə başlanan dava dəhşətli cinayətə gətirib çıxarıb.
Leylanı öldürüb körpəsinin qətlini üstünə atıbmış...Fərid özünü Leylanın qətlində təqsirli bilib. Amma körpəsini öldürməsini boynuna almayıb. O, israrla iddia edib ki, uşağı müqavimət göstərmək istəyərkən Leyla bıçaqlayıb: "Həmin vaxt Aylanı yatırmışdıq. Mən Leylanın üstünə gedəndə bıçaq əlimdən düşdü. Bu vaxt Leyla bıçağı götürüb məni vurmaq istəyirdi. Həmin vaxt təsadüfən Aylaya bıçaqla xəsarətlər yetirdi. Birtəhər bıçağı əlindən alıb boğazını kəsdim. Öldüyündən əmin olduqdan sonra Aylaya tərəf çönüb onu da qanın içində gördüm. Buna dözə bilməyib iki bıçaq da özümə vurdum. Ayılanda artıq xəstəxananada idim. Dediyim kimi, Aylanı mən yox, ehtiyatsızlıqdan Leyla vurdu".
Leylanı öldürüb körpəsinin qətlini üstünə atıbmış...Leylanın hüquqi varisi qismində tanınmış atası Əlişan İbadov məhkəmədən qızının qatilinin ən ağır formada cəzalanmasını xahiş edib. Atası ifadəsində onu da deyib ki, qızı hamilə olan vaxt Fəridlə arasında münaqişə olub: "Leyla demişdi ki, ata, Fərid bir dəfə məni boğurdu, mənimlə bərk danışır, üstümə qışqırır". Fəridin anası da Leylanı xilas etdiyini demişdi".

Hüquqi varis hadisənin tam səbəbini bilməsə də, qızının əvvəllər də əri tərəfindən incidildiyini hakimlərin diqqətinə çatdırıb.

Fərid Leylanı öldürdükdən sonra dayısı oğluna zəng edib. Şahid qismində ifadə verən dayıoğlu deyib ki, Fərid onunla iş yoldaşı olub. Onlar birgə zərgərliklə məşğul olublar: "Həmin gün Fərid işdən tez çıxdı. İki saat sonra mənə zəng edib dedi ki, bəs Leylanı vurdum, indi də özümü öldürəcəyəm. Ondan sakit olmasını xahiş etsəm də, telefonu söndürdü. Sonrası da məlumdur".

Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müstəntiqə də bənzər ifadə verib. Həmin vaxt da körpəsini öldürmədiyini bildirib.
Leylanı öldürüb körpəsinin qətlini üstünə atıbmış...Amma hakimlər onun körpəsini öldürmədiyi ilə bağlı dediklərini inandırıcı hesab etməyiblər. Belə qənaətə gəlinib ki, çarpayıda uzanmış körpənin qarınüstü nahiyəsinə öndən arxaya 3 yanaşı zərbənin və sol kürək altı nahiyəyə arxadan önə 2 yanaşı zərbənin təsadüfən yetirilməsi ağlabatan deyil.

Məhkəmə hökmdə Fərid Hüseynliyə verilmiş ittihamların hamısını əsaslı hesab edib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2361   Tarix: 28 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yatdığı yerdə amansızlıqla öldürülən qayınatanın - Fotosu

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu mübahisə zəminində bıçaqlanaraq öldürülüb. Onun qətlində kürəkəni Qənbərov Eldəniz Elşən oğlu şübhəli bilinir. "Qafqazinfo" yatdığı yerdə amansızlıqla öldürülən Z.Hüseynovun fotosunu təqdim edir:

26 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

7 avqust
.

Restoranın qarşısında kütləvi dava - Bir nəfər öldü, üçü yaralandı-Yenilənib

Gəncədə baş verən kütləvi dava zamanı bir nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində yerləşən restoranlardan birinin qarşısında qeydə alınıb. Məlumata görə, bir neçə nəfər arasında yaranan mübahisə dah

6 avqust
.

Universitetdə təmir işləri görərkən qəfil öldü

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib. Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşə

18 avqust
.

Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu

Ağstafa rayonunda həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməyə cəhd göstərmiş 1992-ci il təvəllüdlü Pərviz Bayramlıya (soyad şərtidir) hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilərək, ciddi rejiml

12 sentyabr
.

Şəmkirdə 14 yaşlı yeniyetmənin FACİƏLİ ÖLÜMÜNÜN TƏFƏRRÜATI: Atası aşkar edib

Şəmkir rayonunda 14 yaşlı yeniyetmə güllələnməsinin təfərrüatı məlum olub. -ın əldə etdiyi məlumata görə, hadisə bu gün səhər 8 radələrində Dağ Daşbulaq kəndində baş verib. Kənd sakini, 2012-ci il təvəllüdlü E.Cəfərovun güllələnmiş meyiti yaşadığı evin qonaq otağında aşkarlanıb. Yeniyetmənin atası səhə

20 avqust
.

15 yaşlı qızdan sonra qardaşının da meyiti göldən çıxarıldı

İsmayıllıda göldə boğulan bacı-qardaşın meyitləri ailələrinə təhvil verilib. "Qafqazinfo" xəbər verir ki, rayonun Minkə kəndində baş vermiş hadisədə vəfat edən 2011-ci il təvəllüdlü İsmayılova Əfsanə Rövşən qızı və onun qardaşı 2014-cü il təvəllüdlü İsmayılov Cahan Rövşən oğlunun meyitlər

24 avqust
.

Xırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is

3 avqust