Paxlavadan ilhamlanan hamilə qadının kəşfi - Dubay şokoladının resepti

Paxlavadan ilhamlanan hamilə qadının kəşfi - Dubay şokoladının reseptiDubayın püstəli künefe şokoladı bütün dünyada trendə çevrilib. Dubay şokoladının resepti, püstə pastası və künefe içli südlü şokolad Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) butik şokolad mağazasına məxsusdur.

9 ildir Dubayda yaşayan britaniyalı misir əsilli Sarah Hamouda hamiləlik dövründə şokolada meyli olub. O, heç bir şokoladda axtardığı dadı tapa bilmədiyi üçün öz reseptini hazırlayıb və beləliklə, Dubay şokoladı yaranıb.
Paxlavadan ilhamlanan hamilə qadının kəşfi - Dubay şokoladının reseptiBAKU.WS xəbər verir ki, Hamouda CNN-ə açıqlamasında həyat yoldaşı ilə birlikdə evdə hazırladığı şokoladların indi 10 nəfərlik bir komanda ilə böyük mətbəxdə istehsal edildiyini bildirib.

Qadın bildirib ki, Dubay şokoladını düzəldərkən paxlavadan ilhamlanıb.

Hamouda həmçinin deyib ki, o, heç vaxt "bunun qlobal tendensiyaya çevriləcəyinə inanmayıb".

Evdə hazırlaya biləcəyiniz sadə Dubay şokoladı reseptini təqdim edirik.

Materiallar:

200 qram tünd şokolad

100 qram südlü şokolad

50 qram ağ şokolad

1 xörək qaşığı gül suyu

1/2 çay qaşığı zəfəran (istəyə görə)

50 qram üyüdülmüş püstə və ya badam

Bir çimdik dəniz duzu

Şokoladları əridin: Qara və südlü şokoladı benmari üsulu ilə (buxarda) əritməklə başlayın. Şokolad tamamilə əriyənə və hamar vəziyyətə çatana qədər qarışdırın.

Gül suyu və zəfəran: Ərinmiş şokoladın içinə qızılgül suyu və istəyə görə zəfəran əlavə edin. Yaxşı qarışdırın.

Qəlibin hazırlanması: Qarışığı yağlı kağız ilə örtülmüş qəlibə tökün. Ağ şokoladı da buxar üsulu ilə əridin və şokoladlı qarışığın üzərinə tökün. Çəngəl və ya bıçaqla yumşaq qarışdıraraq naxışlar yaradın.

Quruyanda bəzəyin: Şokolad hələ isti ikən üzərinə üyüdülmüş püstə və ya badam səpin. Sonda bir çimdik dəniz duzu əlavə edin.

Soyuducu: Şokoladın qəlibdə tamamilə soyuması üçün təxminən 1-2 saat soyuducuda saxlayın.

Kəsmə və servis: Şokolad bərkidikdən sonra qəlibdən çıxarın və dilimləyib süfrəyə verin.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1806   Tarix: 29 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20 sentyabr
.

Argentina hərbi gəmisində "yoxa çıxan" qadın dənizçi görüntüləri gündəm oldu - VİDEO

Argentinaya məxsus ARA Libertad təlim gəmisində çəkilən görüntülər sosial mediada marağa səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, gəmidə müsahibə zamanı kameranın qarşısından keçən qadın dənizçinin bir neçə saniyə sonra görüntüdə görünməməsi izləyənlərin diqqətini çəkib. Argentina Hərbi Dəni

21 sentyabr
.

Bananı qətiyyən bunlarla birlikdə yeməyin

Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard

19 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr
.

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar

22 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr