Astarada kişi arvadını döydü: "Yad kişilərlə əlaqə saxlamasından şübhələnmişəm"

Astarada kişi arvadını döydü: "Yad kişilərlə əlaqə saxlamasından şübhələnmişəm"Astara rayonunda 1979-cu il təvəllüdlü Pərvin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səbinəyə (adlar şərti göstərilib - red.) xəsarət yetirib.

Sonxeber.az Demokrat.az-a istinadən xəbər verir ki, hadisə Astara rayonunun kəndlərindən birində baş verib. Pərvin birgə yaşadıqları evdə həyat yoldaşı Səbinə ilə arasında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı onun sol diz oynağına və sol bud nahiyəsinə təpiklə zərbə vurub.

Hadisəni törədən Pərvinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Pərvin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2007-ci ildə Səbinə ilə rəsmi evlənib, birgə nigahlarından iki azyaşlı övladları var:

"Həyat yoldaşım Səbinə kənd körpələr evində dayə işləyir, istirahət günlərində kənd qadınları ilə Cəlilabad rayonuna sahədə çiyələk yığmağa gedir. Səbinənin çiyələk yığmağa getməyinə etiraz etmişəm. Lakin Səbinə məni eşitməyib. Bu səbəbdən də aramızda narazılıq yaranıb. Səbinənin yad kişilərlə telefon vasitəsilə əlaqə saxlamasından şübhələnmişəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, təxminən saat 23 radələrində yaşadıqları evdə olduqları vaxt Səbinəyə onun yad kişilərlə telefon əlaqəsi saxlamasından şübhələndiyini bildirib: "Səbinə heç kimlə telefon əlaqəsi saxlamadığını dedi. Mənimlə kobud danışdı. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı əsəbiləşərək yumruq və təpiklə onun bədən nahiyyəsinin müxtəlif yerlərindən, sol diz və sol bud nahiyələrindən vuraraq onu döydüm. Dava-dalaş zamanı kənar şəxs olmayıb".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səbinənin sözlərinə görə, əri ilə birgə yaşadıqları kəndin körpələr evində dayə işləyir: "İstirahət günlərində kənd qadınları ilə Cəlilabad rayonuna sahədə çiyələk yığmağa gedirəm. Pərvin məni qısqandığı üçün çiyələk yığmağa getməyimə etiraz etdiyindən aramızda narazılıq yarandı. Hadisə günü, saat 23 radələrində yaşadığımız evdə olduğumuz vaxt "telefon vasitəsilə yad kişilərlə əlaqə saxlayırsan" deyə Pərvin mənə bildirdi. Mən isə "heç kimlə telefon əlaqəsi saxlamıram" deyə cavab verdim. Bu səbəbdən də aramızda baş verən mübahisə zamanı Pərvin yumruq və təpiklə sol diz və sol bud nahiyələrimdən zərbə vuraraq məni döydü".

Bu cinayət işinə Astara Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Pərvinin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1897   Tarix: 31 oktyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib. R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzini

19 oktyabr
.

"Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş

Bakıda "Ceyhun Sabunçu" ləqəbi ilə tanınan Cəlal Mirağayevi qətlə yetirməkdə şübhəli bilinən Emin Qoşqar oğlu Rəhimov ("Sabunçu Emin" ləqəbli) və dostu Elmar Sücayət oğlu Cəfərov başqa cinayətə görə axtarışda olublar. xəbər verir ki, bu, Baş Prokurorluğun bu gün yaydığı məlumatda

27 oktyabr
.

Aliment verməkdən imtina edən kişi - 4-cü dəfə həbs olundu

Sabirabad rayonunda aliment borcunu qərəzli şəkildə ödəməyən şəxs növbəti dəfə həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Çöl Beşdəli kəndində yaşayan 1984-cü il təvəllüdlü Əhməd Ələmov (ad və soyadlar şərtidir) bu dəfə 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib. Araşdırmala

30 sentyabr
.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

5 oktyabr
.

Baş Prokurorluq və DİN kafedəki qətllə bağlı məlumat yaydı - 11 nəfər həbs edilib - Video

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin istintaq qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Xətai rayonunda törədilmiş qətllə bağlı 11 nəfər həbs edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Baş Prokurorluq və DİN birgə məlumat yayıb. Açıqlamada deyilir:. "Oktyabrı

26 oktyabr
.

Mehriban Rəhimliyə hökm oxundu

ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr

7 oktyabr
.

Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası

Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Cinayət Məcəlləsinin 120.2.

4 noyabr
.

Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi

General-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva artıq Sumqayıt Şəhər Məhkəməsinə gətirilib. "Unikal"a istinadən xəbər verir ki, Türkər Əliyeva halı pisləşdiyindən təcili yardım çağırılıb. Yaxın dəqiqələrdə Türkər Əliyevanın hakim qarşısına çıxarılması gözlənilir. Ona qarşı Cinayət Məcəlləsini

12 noyabr
.

Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı

Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar. Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub

5 noyabr