Ağadadaş Ağayev məhkəməyə gəlmədi - Həbsi tələb olundu
Tərəflərdən biri Xalq artisti Ağadadaş Ağayev olan insidentlə bağlı məhkəmə prosesi başlayıb.
"Qafqazinfo"nun məlumatına görə, müğənni balta atdığı "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilovla birgə mühakimə ediləcək.
Amma təqsirləndirilən Xalq artisti ilk məhkəməsinə gəlməyib. O, məhkəməyə səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyi ilə bağlı teleqram göndərib.
Onu ilk iclasda vəkili Asim Abbasov təmsil edib. Vəkil prosesin təxirə salınmasını xahiş edib.
Zərərçəkmiş şəxsin vəkili Gülşən Salmanova isə Ağadadaş Ağayevin məhkəməyə gəlməməsinə etiraz edib. Onun barəsində həbs qətimkan tədbiri seçilməsini tələb edib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər ikisi də azadlıqdadır. Onlar barəsində ibtidai istintaqın əvvəlində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.
Hakim Vüsal Tağıyevin araşdıracağı işdə Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi "Medera Hospital"ın təmizlikçisi Nəzakət Paşayeva zərərçəkmiş qismində tanınıb.
Təqsirlındirilən şəxslərə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 2 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutulur.



Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2609 Tarix: 31 oktyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi
Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi təyin edilib. R.Nağıyev daha əvvəl Binəqədi Tibb Mərkəzini
19 oktyabrAliment verməkdən imtina edən kişi - 4-cü dəfə həbs olundu
Sabirabad rayonunda aliment borcunu qərəzli şəkildə ödəməyən şəxs növbəti dəfə həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Çöl Beşdəli kəndində yaşayan 1984-cü il təvəllüdlü Əhməd Ələmov (ad və soyadlar şərtidir) bu dəfə 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib. Araşdırmala
30 sentyabrMehriban Rəhimliyə hökm oxundu
ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr
7 oktyabrGeneralın qızı məhkəməyə gətirildi - Halı pisləşdi
General-mayor Natiq Əliyevin qızı Türkər Əliyeva artıq Sumqayıt Şəhər Məhkəməsinə gətirilib. "Unikal"a istinadən xəbər verir ki, Türkər Əliyeva halı pisləşdiyindən təcili yardım çağırılıb. Yaxın dəqiqələrdə Türkər Əliyevanın hakim qarşısına çıxarılması gözlənilir. Ona qarşı Cinayət Məcəlləsini
12 noyabrƏr-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı
Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar. Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub
5 noyabr