Ən güclü yaddaşı olan quşlar - 17 il kin saxlayırlar

Ən güclü yaddaşı olan quşlar - 17 il kin saxlayırlarYeni araşdırmalar göstərir ki, qarğalar 17 ilə qədər onları qəzəbləndirən və ya təhdid edənlərə qarşı kin saxlaya bilirlər. Vaşinqton Universitetinin ətraf mühit üzrə alimi Con Marzlaff bunu necə öyrəndiyini izah edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, qarğaların quşların ən ağıllı nümayəndələrindən biri olduğu çoxdan məlumdur. İndi məlum olub ki, onlar simaları unutmur və hətta kin saxlamağı bacarırlar.

Con Marzlaffın araşdırmaları 2006-cı ildə başlayıb. Alim qorxulu maska taxıb və torda yeddi qarğa tutub. Onları sağ-salamat buraxmazdan əvvəl o, quşların ayaqlarına tanınma halqaları taxıb.

Marzlaff !New York Times"a deyib ki, sonrakı illərdə o və köməkçiləri Vaşinqton Universitetinin şəhərciyində yerli qarğaları qidalandıranda və onların reaksiyalarını qeyd edərkən vaxtaşırı maska taxacaqlar.

Professor xatırlayır ki, bir dəfə rastlaşdığı 53 qarğadan 47-nin aqressiv rekasiyasına məruz qalıb. O qeyd edib ki, qarğaların sayı ələ keçirilən ilk qrupdan xeyli çox olduğundan, quşlar təhlükə yaradan insanları birtəhər tanımağı valideynlərindən və qohumlarından öyrəniblər.

17 il sonra, 2023-cü ildə davam edən araşdırma çərçivəsində tədqiqat qrupunun üzvləri qarğalara zərər vermədən qidalandırmaq üçün "neytral" maskadan da istifadə ediblər. Qarğalar bu maskanı taxan insanlara o qədər də aqressiv reaksiya verməyiblər.

Təcrübənin başqa bir hissəsində tələbələr Sietl bölgəsində qarğaları tutarkən fərqli maskalardan istifadə ediblər. Daha sonra qarğaların hansını "təhlükəli", hansını isə "neytral" hesab etdiklərini bilmədən könüllülərdən maska taxmaları istənilib.

"Təhlükəli" maska taxan bir könüllü deyib ki, quşlar çox qışqırıblar və onu görüb əsəbiləşiblər.

Əvvəlki araşdırmalar göstərib ki, qarğaların diqqətəlayiq zəkaları onlara alətlər hazırlamağa və hətta dördə qədər saymağa imkan verir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1385   Tarix: 02 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20 sentyabr
.

Argentina hərbi gəmisində "yoxa çıxan" qadın dənizçi görüntüləri gündəm oldu - VİDEO

Argentinaya məxsus ARA Libertad təlim gəmisində çəkilən görüntülər sosial mediada marağa səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, gəmidə müsahibə zamanı kameranın qarşısından keçən qadın dənizçinin bir neçə saniyə sonra görüntüdə görünməməsi izləyənlərin diqqətini çəkib. Argentina Hərbi Dəni

21 sentyabr
.

Bananı qətiyyən bunlarla birlikdə yeməyin

Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard

19 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr
.

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar

22 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr