Pişik təsadüfən elmə məlum olmayan ekzotik virus kəşf edib

Pişik təsadüfən elmə məlum olmayan ekzotik virus kəşf edibİnsanlar və pişiklər minillərdir yan-yana yaşayır və bu müddət ərzində bu heyvanlar haqqında çox şey öyrənmişik, lakin onlar bizi təəccübləndirməyə davam edirlər. Yeni araşdırmada alimlər ABŞ-də aşkarlanan ilk Ceylonq virusunu təsvir ediblər. Maraqlıdır ki, o həm də öz növündə müəyyən edilən ilk və pişik tərəfindən təsadüfən kəşf edilən yeganə virus olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə "IFLScience" yazır.

Hər şey Pepper adlı pişiyin sahibi, Florida Universitetinin tədqiqatçı professoru Con Lednitskiyə ölü siçan gətirməsi ilə başladı. Bu, bütün pişik sahibinə xoş gəlməyə bilərdi, lakin alim maraqlanmışdı, çünki o, viruslar üzrə ekspertdir və gəmiricilərin maral çiçəyi virusunun - maralların dərisində xarakterik zədələnmələr yaradan virus növünün daşıyıcısı olub-olmadığını araşdırırdı.

Professor Lednitski komandası ilə siçanın cəsədini araşdırdı, lakin onun bədənində maral çiçəyi virusu aşkar etmədi. Bunun əvəzinə onlar daha maraqlı bir şey tapdılar - siçan Ceylonq virusuna yoluxmuşdu.

Qeyd edək ki, bu vaxta qədər Ceylonq növündən olan viruslara ABŞ-də rast gəlinməyib: əvvəllər onlar yalnız Cənubi Amerika, Avropa, Afrika və Asiyada aşkar edilib. Bu regionlarda virus adətən gəmiriciləri yoluxdurur, yarasalara və pişiklərə də keçə bilir.

Lakin bu, alimlərin edə bildiyi yeganə kəşf deyildi. Virus təkcə ABŞ üçün deyil, ümumilikdə elm üçün də unikal oldu. Genetik test göstərdi ki, Ceylonq virusu bu növün digər viruslarından fərqlənir. Alimlər onu GRJV1 adlandırıblar.

Məqalənin birinci müəllifi Emili DeRuyterin sözlərinə görə, onlar komanda ilə bu cür virus gözləmirdilər. Əslində, onların kəşfi Yer üzərində hələ də bilmədiyimiz çoxlu virusun mövcud olduğunu bir daha xatırlatdı. Üstəlik, onların çoxu insanların bilavasitə yaxınlığında yaşayan heyvanlar arasında dövr edir.

Məlumdur ki, Ceylonq virusları paramiksoviruslar adlanan daha geniş ailəyə aiddir. Onlar növlər arasında ötürülməsi və insanlarda tənəffüs yolu infeksiyalarına səbəb olması ilə tanınır.

Tədqiqat zamanı komanda eyni şeyi etmək potensialının olub-olmadığını görmək üçün müxtəlif növlərin hüceyrələrini GRJV1 ilə yoluxdurub. Nəticələr göstərir ki, virus gəmiricilərin, insanların və qeyri-insan primatlarının hüceyrələrində eyni dərəcədə uğurla böyüyür.

Tədqiqatın müəllifləri təşvişə düşməyə tələsmirlər, çünki planetdəki insanların əksəriyyəti əslində vəhşi siçanlar və siçovullarla təmasda olmurlar, lakin alimlər hesab edirlər ki, bu kəşf əlavə araşdırmalar tələb edir. İdeal olaraq, virusun gəmiricilərdə və digər kiçik heyvanlarda xəstəliyə səbəb olub-olmadığını müəyyən etmək üçün heyvanlar üzərində tədqiqatlar aparılmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1298   Tarix: 02 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr