Bu 13 şeyi heç vaxt qabyuyan maşına qoymayın - SİYAHI

Bu 13 şeyi heç vaxt qabyuyan maşına qoymayın - SİYAHIBəzi mətbəx əşyaları yüksək temperatur və güclü su axını səbəbindən qabyuyan maşında zədələnə bilər. Ona görə də bu cür əşyaların əllə yuyulması onları daha təhlükəsiz və uzun ömürlü edir.

Lent.az xəbər verir ki, qabyuyana qoymağınız səbəbilə yararsız hala düşə bilən bəzi əşyaların siyahısını sizə təqdim edir.

1) İti bıçaq

Qabyuyan maşın bıçaqları kütləşdirə. Ona görə də iti bıçaqlarınızı əl ilə yuyun.

2) Dəstəyi boş olan ov bıçaqları

Qabyuyan maşındakı yüksək temperatur içi boş saplı bıçağın iki hissəsini bir yerdə saxlayan yapışqan maddəni əridə bilər. Bu problemin qarşısını almaq üçün onu əl ilə yumaq daha yaxşıdır.

3) Yapışmayan qazan və tavalar

İstehsalçı tərəfindən məhsulun qabyuyan maşında yuyula biləcəyi xüsusi qeyd edilməyibsə bu cür qabları qabyuyan maşına qoymayın. Çünki qabyuyan maşın zaman keçdikcə örtüyü pisləşdirə bilər.

4) Çuqun qablar

Çuqun qablar qabyuyan maşına qoyulmamalıdır. Çünki bu materialın üzərində yapışmayan səth yaratmaq uzun müddət tələb edir və yuyucu vasitələr bu səthi soyaraq, qabı paslanmaya qarşı həssas edir. Sadə su və aşındırıcı olmayan süngərlər ən yaxşı təmizləyicilərdir.

5) Metal bəzək əşyaları

Qabyuyan maşında ən çox çini qablar yuyula bilər. Bununla belə, bu qablarda metal təsvirlər və ya bəzəklər varsa, bəzəyə zərər verməmək üçün onu əl ilə yuyun.

6) Qədim və digər həssas əşyalar

Şüşədən hazırlanmış suvenir əşyalar, qədimi əşyalar və heykəlciklər kimi zərif əşyalar qabyuyan maşından uzaq saxlanılmalıdır.

7) Xurustal qalblar

Bəzi xurustal qablar təkrar yuyulduqdan sonra korroziyaya uğrayaraq bulanıq olur. Ona görə də bu cür qabları yuduğunuz zaman istehsalçının göstərişlərinə uyğun davranın.

8) Alüminiyum qazanlar

Qabyuyan maşınlardakı çox isti su alüminiumun səthini ləkələyə bilər və qabyuyan maşın üçün olan sərt yuyucu vasitələr səthi matlaşdıra bilər. Məhz buna görə də onları qabyuyan maşına qoymayın, çünki onlar yuyulma zamanı hərəkət edərkən yaxınlıqdakı əşyalara təsir göstərə bilər.

9) Plastik qabların bir çox növləri

Əgər onların üzərində "qabyuyan maşında yuyula bilər" qeydi yoxdursa plastik əşyaları qabyuyan maşına qoymayın. "Qabyuyan maşında yuyula bilər" etiketli məhsullar yalnız üst rəfdə yerləşdirilməlidir. Əks halda onlar maşının qızdırıcı elementi tərəfindən əriyə və ya əyilə bilər.

10) Akrildən olan qab dəsti

Çox isti su və sərt qabyuyan məhsullar akril boşqablara və digər qablara zərər verə, çatlamasına və üzərinə çap olunan hər şeyi silə bilər.

11) Ölçü qabları

Yan tərəfində ölçülərin yazılı olaraq göstərildiyi ölçü qablarının əl ilə yuyulması daha yaxşıdır. Çünki vaxt keçdikcə yuyucu vasitə bu qabların üzərindəki ölçüləri silərək onları ölçmək üçün yararsız hala sala bilər.

12) Kağız etiketli hər şey

Qabyuyan maşınlar şüşə və bankalardakı kağız etiketləri yumşalda və poza bilər. Bu zaman kağız parçaları qabyuyan maşının kanalizasiyasına ilişib və ya digər qablara yapışaraq təmizləmə problemlərinə səbəb ola bilər.

13) Üzərində iri yemək parçaları olan qablar

İri yemək parçaları qabyuyan maşının kanalizasiyasını bağlaya və ya təmiz qablara yapışa bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1543   Tarix: 03 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Telefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...

Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə

14 noyabr
.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir

Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin

15 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

Uşaq niyə heç bir səbəb olmadan ağlamağa başlayır?

Bəzən uşaqlar heç bir aydın səbəb olmadan qəfil ağlamağa başlayırlar. Bir neçə dəqiqə əvvəl gülən, oynayan və özünü yaxşı hiss edən uşaq birdən narahat olur, sakitləşmək istəmir və valideynlərinin bütün cəhdlərinə baxmayaraq ağlamağa davam edir. Belə vəziyyətlər xüsusilə gənc valideynlərdə narahatlı

15 noyabr
.

Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?

Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal

12 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr
.

Qocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı

Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın

13 noyabr
.

"Powerbank"dakı gizli düymə nə üçündür?

Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri

15 noyabr