Od bahasına CEHİZ: İndi qızlar oğlan evinə nələr aparır? - ARAŞDIRMA

Od bahasına CEHİZ: İndi qızlar oğlan evinə nələr aparır? - ARAŞDIRMAÖtən gün qab-qacaq mağazalarının birində boynubükük vəziyyətdə vitrinə baxan gənc bir qızla qarşılaşdım. Sağ tərəfimdə dayanan qızın anidən "oy" nidasını eşidəndə özümü saxlaya bilməyib gözümü əlindəki üstündə sadə bəzəkləri olan şirniyyat qabına zillədim. Qabın arxa tərəfinə yapışdırılmış kağızda qeyd olunan qiymət "əl yandırırdı". Təxmin etdim ki, elə qızın da reaksiyası qiymətdən əli yandığı üçün idi. Qızın bu pul dəyərini çox dərd etdiyini görəndə səbəbi maraqlı gəldi və ona yaxınlaşıb dostyana təəssüfünün səbəbini soruşdum. Gözlərindən narahatlıq oxunan qız bir neçə ay sonra olacaq toyu üçün cehiz yığmağa başladığını, lakin xərclərin imkanları daxilində olmadığını söylədi. Həmyaşıdımın bu vəziyyəti məni çox düşündürdü.

Sonxeber.az Lent.az-a istinadən araşdırmanı təqdim edir:

Adət-ənənəyə görə, evlənmək istəyən oğlanın evi, qızın isə isə cehizi olmalıdır. Belə ki, əksər valideynlər, xüsusən də bölgələrdə ailədə qız övladı dünyaya gəldikdə onun üçün cehiz toplamağa başlayırlar. Bəs Azərbaycanda bir xanımın cehizi neçəyə başa gəlir?

Cehiz xərclərinin nə qədər ola biləcəyini müəyyənləşdirmək üçün əvvəlcə mebel qiymətləri ilə maraqlandıq.

Məlum oldu ki, orta hesabla mətbəx mebeli 1500- 2500, yataq dəstləri 2500-3500, qonaq dəstləri isə 3500-4500 manat arasında dəyişir.

Elektronika məhsullarının da qiymətləri müxtəlifdir. Məsələn, televizor 500-2500, soyuducu 600-4000, paltaryuyan 800-2000, qabyuyan 1000-2000 manat arası təklif olunur. Sadə sobaların qiyməti isə 300-700 manat aralığındadır.

Bundan əlavə, cehizə qiymətinə 150-1500 manat arası olan ütü, 100-2200 manat arası pərdə, 100-2800 manat arası xalça daxildir. Şirəçəkən 170 manatdan 800 manata, ətçəkən isə 200 manatdan 550 manatadək təklif olunur. Ümumilikdə, bir qızın cehiz xərcini hesablasaq, minimum 15, maksimum 30-35 min manata başa gələ bilir. Bəzən isə valideynlər qızının "rahatlığı" naminə kreditlərə müraciət edir və illərlə borc ödəməli olur.

Bəs əvvəllər?

Hər kəsə məlumdur ki, cehiz yığmaq adəti ta qədimdən Azərbaycanda mövcuddur. Lakin keçmişdə adətən gəlin köçən qızlara çox da böyük olmayan cehizlər verilərdi. Gəlinin cehizi əsasən yorğan, yastıq, gündəlik işlədilən xırda məişət əşyaları və sairə olurdu. Təxminən 50 il əvvəl cehiz xərci o vaxtkı pulla 300-500 manat olurdu. Hazırda isə bir qıza verilən cehiz bəzən böyük sərvət dəyərində olur desək, yanılmarıq. Əvvəllər cehizin məbləğini toydan yığılan pulla ödəmək olurdusa, indi yığılan pullar yalnız toyun özünə çatır.

Təbii ki, bütün bunlar gəlin köçən qızın baş ucalığı sayılır. Bəzən cehiz tam olmayanda qarşı tərəf, yəni oğlan evi narazılıq edir, arada söz-söhbət yaranmağa başlayır. Hətta cehizin natamamlığı toyun yubanmasına belə səbəb ola bilir.

Xarici ölkələrdə də bəy-gəlin "cehiz qurbanı" olur?

Onu da deyək ki, inkişaf etmiş Avropa ölkələrində, ümumiyyətlə, cehiz söhbəti yoxdur. Qız və oğlan evlənərək hər şeyi özləri alırlar.

Qonşu Türkiyədə isə cehiz ənənəsinin bizdəkindən əsas fərqi odur ki, burada evin böyük məişət texnikası və mebellərini bəy alır.

Hansı bölgəmizdə cehiz oğlanın boynuna düşür?

Azərbaycanda yalnız Şəkidə qız cehiz kimi mebel və digər böyük əşyaları aparmır. Evi mebellə təmin etmək bəyin boynuna düşür. Gəlin isə yalnız qab-qacaq, yataq örtükləri, dəsmal kimi əşyalar aparır.

Əslinə qalsa, ən gözəl cehiz gənclərə verilən tərbiyə, mədəniyyət və mənəviyyatdır. Əgər gənclər düzgün tərbiyə alıbsa, mədəniyyətləri yüksəkdirsə, onlar özləri gələcəkdə işləyib, lazım olan əşyaları, cehizi alacaqlar. Əsas odur ki, birlikdə xoşbəxt yaşasınlar.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1400   Tarix: 07 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20 sentyabr
.

Argentina hərbi gəmisində "yoxa çıxan" qadın dənizçi görüntüləri gündəm oldu - VİDEO

Argentinaya məxsus ARA Libertad təlim gəmisində çəkilən görüntülər sosial mediada marağa səbəb olub. xarici mediaya istinadla xəbər verir ki, gəmidə müsahibə zamanı kameranın qarşısından keçən qadın dənizçinin bir neçə saniyə sonra görüntüdə görünməməsi izləyənlərin diqqətini çəkib. Argentina Hərbi Dəni

21 sentyabr
.

Bananı qətiyyən bunlarla birlikdə yeməyin

Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard

19 sentyabr
.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr
.

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar

22 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr
.

Ərinin geyiminə reaksiyası sosial şəbəkələrdə müzakirələrə səbəb oldu - VİDEO

Sosial şəbəkələrdə yayılan video ər-arvad arasında baş verən dialoqla gündəmə gəlib. xarici mediaya istinadla xəbər verir ki, videoda qadının çəkiliş zamanı geyimi və verdiyi pozlar ərinin narazılığına səbəb olur. Kişi həyat yoldaşına "Belə də video olmaz, hər yerin açılır. Bir az diqqətli olmalısan"

21 sentyabr