""Kollektiv Qərb"in unutduğu kiçik ada-dövlətlərin taleyi bundan sonra da Azərbaycanın diqqət mərkəzində olacaq" - POLİTOLOQ
"Cənab Prezident İlham Əliyevin COP29 tədbirində verdiyi mesajlar çox vacib idi. Prezident İlham Əliyevin COP29-un əhəmiyyəti, həmçinin aparılan müzakirələrlə bağlı dünya mediyasına ünvanlanan fikirləri Azərbaycanın həm mövqeyini, həm də Azərbaycan liderliyində həyata keçirilən COP29-un əhəmiyyətini bir daha göstərmiş oldu".
Bunu Sonxeber.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Politoloq qeyd edib ki, COP29-da Fransa cinayətlərinin bu qədər açıq şəkildə ifadə edilməsi Prezident İlham Əliyevin dünya səviyyəli lider olduğunu bir daha nümayiş etdirdi:
"Eyni zamanda Prezident İlham Əliyevin Liderlər Sammitindəki fikirlərində bir daha aydın oldu ki, ədalətdən, demokratiyadan, insan haqqlarından dəm vuran "Kollektiv Qərb"in unutduğu kiçik ada-dövlətlərin, onların taleyi məsələsi bundan sonra da hər zaman Azərbaycanın diqqət mərkəzində olacaq. Cənab İlham Əliyev Sammitdəki çıxışında qlobal ədalətsizliyə, haksızlığa məruz qalan kiçik ada-dövlətlərində baş verən iqlim fəlakətləri, iqlim böhranları və bunların həlli yolları, mexanizmləri ilə bağlı, həm də bir növ Azərbaycan modelini təqdim etmiş oldu. Eyni zamanda Cənab Prezident bir daha bütün dünyanın diqqətinə çatdırdı ki, bu gün Fransa ədalətsiz Mayotlarda, Kalidoniyada və başqa yerlərdə kalonializm siyasətini davam etdirir. BMT-nin ən önəmli tədbiri olan COP29-da minlərlə insanın qatıldığı bir tədbirdə Fransa cinayətlərinin bu qədər açıq şəkildə, cəsarətlə ifadə edilməsi həm də Prezident İlham Əliyevin dünya səviyyəli lider olduğunu növbəti dəfə nümayiş etdirdi. Hesab edirəm ki, COP29-da ən çox maraq göstərilən məsələ Qlobal Liderlər Sammiti və burada Azərbaycan Prezidenti İlham Əliyevin dəqiq mesajları oldu. Məhz, ölkə başçısının bu sammitdəki çıxışı, həmçinin söylədiyi fikirlər dünya mediyasının əsas gündəmində yer aldığını düşünürəm".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?