"ABŞ-a qarşı qeyri-etik davranan Avropalı diplomatın dünyanın digər ölkələrinə qarşı eyni davranması o qədər də təəcüblü deyil" - AÇIQLAMA
"Avropanın təhlükəsizliyi və xarici siyasətindən məsuliyyət daşıyan və diplomat sayılan Jozep Borrelin açıqlamaları son dövrlərdə bütün siyasi etikanı, diplomatik nəzakəti aşmaqdadır. Jozep Borrel Avropa birliyi ölkələri xaricindəki bütün ölkələri demək olar ki, "cəngəllik" ölkələri adlandırıb".
Bunu Sonxeber.az-a açıqlamasında politoloq Elçin Xalidbəyi bildirib.
O, qeyd edib ki, Avropa birliyi Jozep Borrelin qeyd etdiyi kimidirsə o halda orada demokratiya, insan hakları yüksək səviyyədə olardı:
"Əslində, Jozep Borrelin son vaxtlar verdiyi açıqlamalarda ABŞ-ın ünvanına belə qeyri-etik bənzətmələr mövcuddur. Məsələn, o, Trampın hakimiyyətə dövründəki ABŞ-ı Frankonun dövründəki İspaniya ilə müqayisə edib. Bu da ABŞ üçün təhqiramiz bir yanaşmadır. Təbii ki, ABŞ-a qarşı belə qeyri-etik davranan Avropalı diplomatın dünyanın digər ölkələrinə qarşı eyni ilə davranması o qədər də təəcüblü deyil.
Borrelin açıqlamalarının arxasında Fransa müstəmləkəçiliyinin dəstəklənməsi meyilləri də müşahidə olunur. Ona görə də artıq siyasi kariyerasını bitirməkdə olan Borrel kimi diplomatların davranışları daha çox lobbiçilik xarakteri daşıyır. Belə hesab etmək olar ki, pensiya yaşında daha rahat yaşamaq üçün bu cür açıqlamalarla, hətta, Avropa birliyinin nüfuzuna belə zərbə vurmaqdan çəkinmir. Onu da nəzərə almaq lazımdır ki, Avropa birliyi əgər "cəngəllik"dən kənar, Borrelin dediyi kimi bir məkan olsaydı Avropa birliyində demokratiya, insan hakları yüksək səviyyədə olardı.
Göründüyü kimi Borrelin açıqlamalır tamamilə məntiqsiz və absurd məzmun daşıyır. Bu baxımdan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Jozep Borrelə verdiyi cavab tamamilə məntiqli və təqdirəlayiq cavabdır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?