"Dünyanın ən yaşlı ailəsi"nin sirri açıldı: Hər gün bu yeməyi yeyiblər - Foto
"Dünyanın ən yaşlı ailəsi"nin sirri məum olub.
Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2012-ci ildə Ginnesin Rekodlar Kitabına düşən ümumilikdə yaşlarının cəmi 818 olan Melis ailəsi ilə bağlı sənədli film hazırlanıb.
Doqquz bacı-qardaşdan ibarət yaşayan ailənin həyatı haqqında 2023-cü ildə "Netflix "tərəfindən "100-ə qədər yaşa: Mavi zonaların sirləri" sənədli filmi çəkilib.
Sənədli filmdə ailənin yaşadığı Sardiniya adası və xüsusilə də "mavi zona" kimi tanınan yer lə bağlı ətraflı məlumat verilib.
Müəllif Den Buettner ailənin uzun ömrünün sirrində qidalanmanın vacibliyini vurğulayıb.
Melis ailəsinin əsasən bitkilərdən ibarət və vitaminlərlə son dərəcə zəngin olan qidaya üstünlük verdiyi bildirilib.
Sənədli filmdə ailənin hər gün günorta eyni yeməyi yediyinə diqqət çəkilib. Bildirilib ki, onlar turş mayalı çörək və 3 paxla növü olan yeməklərlə qidalanıblar.
Belə olan halda hər gün istehlak edilən üç növ paxla maraq doğurub.
Amerikalı dietoloq Samantha Kassetti mövzu ilə bağlı maraq doğuran detalları belə izah edib:
"Görünür, ən uzun ömürlü insanlar çoxlu paxla istehlak edirlər. Eynilə Melis ailəsi də hər gün yeməklərində pinto lobya, ağ lobya və noxud yeyir".
Kassetti, uzun və sağlam ömür sürən insanların müntəzəm olaraq lobya istehlak etdiyini vurğulayıb.
Üç paxlalı minestron şorbası tərkibindəki qidalar sayəsində bağırsaq sağlamlığını dəstəkləyir, bağırsaq sağlamlığı isə uzun ömür təmin edir. Bu pəhriz nümunəsi qan təzyiqi və xolesterin səviyyələrini aşağı salmaqla yanaşı, iltihab, çəki və qida maddələrinin udulması kimi funksiyaları tarazlaşdırır.
Şorbanın tərkibi: soğan, sarımsaq, zeytun yağı, tomat, balqabaq, yerkökü, kartof, kərəviz, təzə lobya və ya paxla, gül kələm, pırasa, təzə reyhan, toyuq suyu, makaron, meksika lobyası, təzə üyüdülmüş qara bibər.
Üç qardaş və altı bacıdan ibarət ailə üzvlərinin yaşları aşağıdakı kimidir:
1. Konsolata 105 yaş
2. Klaudina 99 yaş
3. Maria 97 yaş
4. Antonio 93 yaş
5. Konsetta 91 yaş
6. Adolfo 89 yaş
7. Vitalio 81 yaş
8. Fida yaş
9. Mafalda 78 yaş
Qeyd edək ki, "Mavi zonalar" insanların orta hesabla daha uzun və sağlam yaşadığı dünyanın beş bölgəsinə aiddir. "Mavi zonalar" bunlardır:
1. Loma Linda (Kaliforniya, ABŞ)
2. Nicoya (Kosta Rika)
3. Okinava (Yaponiya)
4. Sardiniya (İtaliya)
5. İkariya (Yunanıstan)




Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2126 Tarix: 20 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO
Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"
14 sentyabr 2021Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. -a istinadən xəbə
16 sentyabr 2021"Pfizer" vaksini bölgələrdə də vurulacaq? - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün, cari epidemioloji vəziyyəti nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən 16 yaşdan yuxarı yeniyetmələrin "Pfizer" vaksinləri ilə peyvənd olunması qərarı qəbul edilib. Buna baxmayaraq, bölgələrdə hələ də "Sinovac"
8 sentyabr 2021Kosmosa uçanların - FOTOLARI
Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar
18 sentyabr 2021Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR
Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə
8 sentyabr 2021Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO
Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi
16 sentyabr 202156 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
16 sentyabr 2021"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR
"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir
12 sentyabr 20216 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR
Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d
8 sentyabr 2021