"Bu gün Yeni Azərbaycan Partiyası geniş ictimai dəstəyə malikdir" - Günay Ağamalı

"Bu gün Yeni Azərbaycan Partiyası geniş ictimai dəstəyə malikdir" - Günay Ağamalı"Yeni Azərbaycan Partiyası əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın əsas siyasi partiyalarından biridir. Partiya ölkənin müstəqillik qazandığı dövrdə yaradılmış və elə o zamandan Azərbaycan siyasi arenasında mühüm rol oynamışdır".

Bunu Sonxeber.az-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı danışıb.

O, açıqlamasında qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın regionda və beynəlxalq müstəvidə yerini gücləndirmək üçün diplomatik və strateji siyasətlər həyata keçirməkdədir:

"Yeni Azərbaycan Partiyasının təsis konfransı 1992-ci il Noyabrın 21-də Naxçıvanda xalqın təkidli tələbi ilə 550 nəfərin iştirakı ilə keçirildi. Bu tarixi hadisə idi. Xalq Ümumilli Liderin yüksək idarəçilik qabiliyyətinə və siyasi zəkasına ehtiyacı duyurdu. Ölkədə xaotik vəziyyət pik həddə çatmış və ən əsası dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yaranmışdı. Belə bir məqamda Azərbaycanı üzləşdiyi çətin və bir o qədər mürəkkəb geosiyasi vəziyyətdən xilas edə biləcək yeganə şəxs məhz Ulu Öndər Heydər Əliyev idi. O, xalqı və ölkəni məhv olmaqdan xilas etməklə çətin və şərəfli missiyanın öhdəsindən layiqincə gəldi. Elə həmin dövrdən Ümumilli Lider Heydər Əliyev rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi.

Bu gün Yeni Azərbaycan Partiyası geniş ictimai dəstəyə malikdir. Azərbaycan xalqı cənab Prezident İlham Əliyevin simasında partiyanın idalegiyasına güvənir və onun institusional fəaliyyətini yüksək qiymətləndirir. Yeni Azərbaycan Partiyası Azərbaycanın iqtisadi inkişafını təşviq edən islahatların həyata keçirilməsində aktiv iştirak etməklə, Azərbaycanın regionda və beynəlxalq müstəvidə yerini gücləndirmək üçün diplomatik və strateji siyasətlər həyata keçirməkdədir".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2396   Tarix: 21 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr