"Rəsmi Paris COP29-a kölgə sala bilmədi" - Elçin Xalidbəyli
"Fransanın beynəlxalq səviyyədə Azərbaycana qarşı apardığı böhtan və təzyiq kompaniyası iflasa uğradı . Fransanın COP29-a kölgə salma cəhdləri, bəzi ölkələrə COP29-a getməmə çağrışları hətta səhnə arxasında COP29-da iştrakdan imtina etməklə bağlı təlqinləri baş tutmadı. Rəsmi Paris COP29-a kölgə sala bilmədi. Bu baxımdan hesab etmək olar ki, Makronun hakimiyyətinin Azərbaycana qarşı yürütdü böhtan və iftra kompanyası iflasa uğrayıb, heç bir nəticə vermədi".
Bunu Sonxeber.az-a politoloq Elçin Xalidbəyli danışıb.
O, açıqlamasında qeyd edib ki, Azərbaycan Fransanın cinayətlərini bütün dünyaya çatdırmaqdan çəkinmir:
"Fransanın da COP29-a gəlməməsi bu önəmli tədbirin keçirilməsinə heç bir neqativ təsir göstərmədi. Azərbaycanın sülh çağırışlarına qarşı törətdiyi təxribatlar da artıq elə bir ciddi nəticə vermir. Yəni, bütün bunlar onu göstərir ki, Rəsmi Parisin Bakı ilə qarşıdurma siyasəti Fransanın özünün əleyhinə çevrilmək üzrədir. Çünki, Azərbaycan dövlətinin də Fransaya verəcək cavabı mövcuddur. Fransanın beynəlxalq müstəmləkəçilik siyasətinin əsas aparıcı dövlətlərindən biri olması Bakının Fransaya qarşı cavab reaksiyasında olduqca önəmli rol oynayır. Hazırda Bakı Fransanın müstəmləkə bölgələrində törətdiyi soyqırımları beynəlxalq hərbi cinayətləri dünya ictimaətinin diqqətinə çatdırmaqda aparacı rol oynayan əsas dövlətdir. Azərbaycan Fransanın cinayətlərini bütün dünyaya çatdırmaqdan çəkinmir. Bu istiqamətdə də olduqca böyük irəlləyişlər əldə edə bilib. Hazırda Fransa öz cinayətləri ilə baş-başa qalıb və bu da Fransa üçün, Azərbaycana qarşı apardığı təxribat siyasətinin məntiqi nəticəsidir. Makron hakimiyyəti bundan nəticə çıxartmalıdır, əks halda Fransanın beynəlxalq biyabırçılığı daha da genişlənməkdğ davam edəcək. Çünki, Azərbaycan Afrikadan qovulmaqda olan Fransanın Cənubi Qafqaza yerləşmək cəhdlərini qarşısını almaqda israrlıdır. Fransa nə qədər ermənipərəst mövqe tutsa da Azərbaycan həm Ermənistanın, həm də Fransanın Cənubi Qafqazdakı "məkirli oyunlar"nın bloklanması imkanlarına malik olan güclü bir dövlətdir, regional liderdir. Cənubi Qafqaz regionun siyasi iradə mərkəzdir, bu səbəbdən də əgər rəsmi Paris bu siyasətini davam etdirərsə Cənbu Qafqaza uzaqdan baxmaqda davam edəcək, oraya yerləşmək imkanlarını tamamilə itirəcək".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Sodayla ağ saçlardan qurtulmağın yolu
Ən az qulluq tələb edən 5 meyvə ağacı: Bir dəfə əkin, illərlə məhsul götürün
Bir qəpiklik yumurtalarla bağlı AQTA-dan AÇIQLAMA
Kiçik görünüş, böyük sağlamlıq faydaları
Metroda oğurluq anı kameralara düşdü: Şübhəli saxlanıldı
Qiymətlər REKORD HƏDDƏ ENƏ BİLƏR: Yumurta bazarında nə baş verir?
XƏBƏRDARLIQ! Şimşək çaxacaq, dolu düşəcək... - SABAHIN HAVASI
Bakı-Şamaxı yolunda DƏHŞƏT: Qarşıdan gələn avtomobilin təkəri çıxaraq "Range Rover"ə çırpıldı - ANBAAN VİDEO
Hansı kərə yağı daha yaxşıdır? - 72,5, yoxsa 82,5 faiz?
Ağdərədə mikroavtobusla minik avtomobili toqquşub: Xeyli sayda yaralı var
Tribunada gözlənilməz anlar: telefonu aşağı düşdü - VİDEO
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı - SƏBƏB NƏDİR? - VİDEO
Toyda şampanla rəqs etmək istəyən bəy, gəlini yerə yıxdı - VİDEO
24 yaşlı oğlanı cərəyan vurub öldürdü
Bakının bir qəsəbəsində SÖKÜNTÜ BAŞLADI: Kompensasiya veriləcək