"Tərəflər razılıq verərsə Türkiyə bu müharibənin uzunmüddətli həllinə nail ola bilər" - POLİTOLOQ
"Türkiyə lap əvvəldən Rusiya-Ukrayna müharibəsinə ədalətli meyarlardan və mövqelərdən yanaşıb. Türkiyə bu müharibədə heç vaxt "araqarışdıran" missiyasına sahiblənməyib. Türkiyənin mövqeləri hər zaman ona əsaslanıb ki, Rusiya-Ukrayna müharibəsində barış əldə edilsin".
Bunu Sonxeber.az-a politoloq Tural İsmayılov danışıb.
O, açıqlamasında qeyd edib ki, Türkiyənin Rusiya və Ukrayna ilə bağlı barışdırıcı missiyası digər dövlətlər üçün də örnək olmalıdır:
"Hətta bu müharibə ilk başlayan günlərdən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə ortaq yolun tapılması, həmçinin bu məsələdə müəyyən vahid qərarların verilməsinin vacibliyi vurğulanmışdı. Bu baxımdan, hesab edirəm ki, Türkiyənin barışdırıcı missiyası digər bir çox dövlətlər üçün də örnək olmalıdır. Onlar da çalışmalıdır ki, bütün dünyanın, bəşəriyyətin gələcəyi naminə maraqlı addımlar atsınlar və doğurdan da sülhə, pozitivizmə yönəlik səmimiyyət nümayiş etdirsinlər. Təəssüf ki, son dövrlər baş verən hadisələr onu söyləməyimizə əsas verir ki, dünyanın bir sıra güc mərkəzləri Rusiya və Ukrayna arasındakı müharibənin nəyinki, həllinə maraqlıdır, əksinə, bu müharibəni daha da qızışdırmaq və ölkələrarası problemlərin sayını artırmaqla məşğuldurlar. Bu gün Türkiyə qlobal mənada həm Rusiya-Ukrayna müharibəsinə böyük töhvələr verə bilər, həm digər coğrafiyalarda baş verən proseslərdə maraqlı tərəf qismində çıxış edib, həqiqətən də hadisələrin qarşısını ala bilərlər. Hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsi ətrafında baş verən hadisələrdə Türkiyənin çox önəmli rolu mövcud ola bilər və tərəflər razılıq verərsə, doğrudan da Türkiyə bu müharibənin uzunmüddətli həllinə nail ola bilər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?