Merkel xatirələrini yazdı: 41 il əvvəl Azərbaycana niyə gəlmişdi?
Almaniyanın keçmiş kansleri Angela Merkel xatirələrini yazıb. Ölkəsinə 16 il liderlik edən xanım kanslerin "Azadlıq. Xatirələr 1954-2021" adlı kitabı ötən gün ictimaiyyətə təqdim edilib. Merkel kitabda 21 il ərzində gördüyü işlərdən, görüşlərindən, hadisələrdən bəhs edib.
Modern.az kitabla tanış olub və orada Azərbaycanla bağlı hissələri araşdırıb.
Merkel gənclik illərindən bəhs edərkən Sovet İttifaqında üç həftəlik rus dili kursunda iştirak etdiyini xatırladır: "Rus dili hələ də məni valeh edirdi".
Kitabda Azərbaycanın adı 8 dəfə çəkilinb. Angela Merkel 1983-cü ildə dostları ilə birlikdə Gürcüstan, Ermənistan və Azərbaycana səfər etdiyini bildirib. O, Cənubi Qafqaz ölkələrinə səyahətinin "unudulmaz" olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Polşa və Çexiyadakı raket əleyhinə müdafiə sistemlərindən imtina qarşılığında amerikalılara Azərbaycanda yerləşdirilən Qəbələ RLS-nin bölüşdürülə biləcəyini təklif edib. Qeyd edək ki, 9 dekabr 2012-ci ildə tərəflərin icarə dəyərinə dair razılığa gələ bilməməsinə görə Rusiya Qəbələ RLS-in istismarını dayandırıb.
Merkel həmçinin qısa olaraq Qarabağdan, Azərbaycanın Şərq Tərəfdaşlığı müzakirələrindən, neft və qaz ehtiyatlarından da bəhs edib.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1472 Tarix: 27 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək
Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı
12 iyunHüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal
25 iyunPrezident İlham Əliyev Kral III Çarlzı təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət II Çarlzı təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Əlahəzrət, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı - Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızd
13 iyunHeydər Əliyevin Azərbaycan dövlətinin və xalqının xilası missiyası
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıdışı ilə xalqımızın müstəqillik tarixinin ən mühüm səhifəsini yazdı. Tarixə nəzər saldıqda görərik ki, Azərbaycanın müstəqilliyinə təhlükə olan məqamlar çox olsa da, 1993-cü ilin Gəncə hadisələr
8 iyun