"COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu ciddi şəkildə artırdı" - POLİTOLOQ
"COP29-un Azərbaycanda keçirilməsi rəsmi Bakının böyük, siyasi, diplomatik uğurudur. Çünki bütün dünya gördü ki, Azərbaycan belə önəmli beynəlxalq tədbiri yüksək səviyyədə keçirmək imkanlarına və potensiyalına malikdir. Eyni zamanda COP29 qəbul olunmuş, bütün dünya üçün taleyüklü xarakter daşıyan qərarlar gələcəkdə yaşadığımız planetin real təhlükələrdən qorunmasında xüsusi rol oynayacaq".
Bunu Sonxeber.az-a politoloq Elçin Xalidbəyli danışıb.
Politoloq açıqlamasında bunu da qeyd edib ki, Azərbaycan COP29 sayəsində beynəlxalq məkanda öz mövqelərini möhkəmləndirdi:
Azərbaycan bununla bütün dünyaya xidmət etmiş oldu. Digər tərəfdən Azərbaycan COP29-u keçirməklə Fransa və Ermənistanın ortaq böhtan və iftra kompanyasını da darmadağın etdi. Bütün dünyaya göstərdi ki, Fransız-Erməni təbliğatı boş, heç bir real əsası olmayan iddalardan və ittihamlardan ibarətdir. Rəsmi Bakı bu sahədə böyük uğurlar qazandı. COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu da ciddi şəkildə artırdı. Yəqin ki, yaxın gələcəkdə rəsmi Bakı bu tədbirin keçirilməsində əldə olunmuş beynəlxalq siyasi dividentlərdən öz siyasi, diplomatik fəaliyyətində maksimum səviyyədə istifadə etməyə çalışacaq. Çünki, belə potensiyal artıq var. Azərbaycanın mövqeyini dünyada ciddiyə almaq məcburiyyətində qalıblar. İlk növbədə COP29 kimi önəmli tədbirin yüksək və təhlükəsiz səviyyəsində keçirilməsi Bakının funksionallıq qabliyyətlərinin nə qədər yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan COP29 sayəsində beynəlxalq məkanda öz mövqelərini möhkəmləndirməklə yanaşı, eyni zamanda, reagional və regionətrafı bölgələrdə də öz təsir dairəsini artırmış oldu. Böyük ehtimalla Azərbaycan və eyni zamanda Azərbaycanın əsas liderlərindən biri olduğu türk dövlətləri təşkilatı bütün proseslərin sayəsində dünyada aparıcı, siyasi iradə mərkəzlərindən birinə çevrilmə şansı qazanmış kimi görsənir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?