"Azərbaycan COP29-da yüksək peşəkarlıq və fədakarlıq göstərdi" - DEPUTAT

"Azərbaycan COP29-da yüksək peşəkarlıq və fədakarlıq göstərdi" - DEPUTAT"Azərbaycanın COP29-a ev sahibliyi etməsi olduqca önəmli bir məsələ idi. Çünki belə bir tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın nüfuzunun artması demək idi. Azərbaycan bunu bacardı. Çünki Azərbaycan hər zaman dünyanı narahat edən qlobal problemlərə həssaslıqla yanaşıb və öz töhfəsini verməyə çalışıb. COP29 yüksək səviyyədə keçirildi. Azərbaycanda keçirilən COP29 tədbiri, qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində bir dönüş nöqtəsi olaraq tarixə keçdi. Liderlər Sammitinin açılış mərasimində prezident İlham Əliyev bütün dünyaya ciddi mesajlar verdi".

Bunu Sonxeber.az-a deputat Ceyhun Məmmədov danışıb.

O, açıqlamasında qeyd edib ki, Azərbaycanın "yaşıl enerji" sahəsindəki təşəbbüsləri və ekoloji layihələri, beynəlxalq aləmdə böyük maraqla qarşılandı:

"Dünyada ekoloji fəlakətlərə səbəb müharibələrdir və Azərbaycana qarşı 30 illik işğal dövründə torpaqlarımızda həyata keçirilən ekosid və urbisid buna bariz nümunədir. Bu kimi problemlərin aradan qaldırılması üçün sülhə nail olmaq lazımdır. Nəinki Azərbaycanda, regionda, bütün dünyada əmin-amanlığı qorumaq üçün çalışmaq lazımdır.
Müharibələrin dayandırılmasında dinlərin də böyük potensialı var və bu məsələdə din liderlərinin də üzərinə məsuliyyət düşür. Azərbaycan bütün dinlərə bərabər münasibət göstərən multikultural bir ölkədir və bu da özünü COP29-da dünya üzrə dini liderlərin sammitində özünü bir daha göstərdi.

İqlim dəyişiklikləri ilə mübarizə qlobal məsələdir və həlli asan məsələ deyil. Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Qarşıda iqlim hədəflərimizə çatmaq üçün hələ çox iş var. Azərbaycan üzərinə düşəni etdi və çalışdı ki, bu proses maksimum dərəcədə irəliyə doğru getsin.Bundan sonrası məsuliyyət daşıyan dövlətlərin üzərinə düşən öhdəlikləri yerinə yetirməsindən asılıdır. Azərbaycan üzərinə düşəni etdi, bunun da nəticəsi olacaq. Proses davam etməlidir. Dövlətlər çalışmalıdırlar ki, bu məsələni tənzimləsinlər və qaydaya salsınlar. Bu problem bir ölkənin deyil, bütün dünyanın problemidir. Bu səbəbdən, belə bir mövqe ortaya qoymalıyıq. Sonrakı mərhələdə dövlətlər öz öhdəliklərini nəzərə alacaq və buna uyğun addımlar atacaqlar.

Azərbaycanın "yaşıl enerji" sahəsindəki təşəbbüsləri və ekoloji layihələri, beynəlxalq aləmdə böyük maraqla qarşılandı. Bu tədbir, Azərbaycanın həm ekoloji cəhətdən, həm də iqtisadi baxımdan dayanıqlı inkişafın təmin olunması istiqamətində atdığı addımların daha geniş müstəvidə qəbul edilməsinə imkan yaratdı. COP29-un nəticələri, dünya səviyyəsində iqlim dəyişikliyinə qarşı mübarizənin sürətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu prosesin tənzimlənməsinə doğru gedəcək və müəyyən nəticələr əldə ediləcək".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2260   Tarix: 27 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr