İlin sonuna qədər Ermənistan işğal altında olan 4 kəndi Azərbaycana qaytaracaq? - AÇIQLAMA
2024-cü ilin əvvəlindən Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı bildirilir. Lakin Qazaxın 3 kəndi və Kərki hələ də Azərbaycana qaytarılmayıb.
Bəs görəsən ilin sonuna qədər Ermənistanın əlində olan 4 kəndi Azərbaycana qaytara bilərmi?
Mövzu ilə bağlı hərbi ekspert Səxavət Məmməd Sonxeber.az – a açıqlama verib:
"2024-cü ilin əvvəlindən iddia edirdilər ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Amma o dönəmdən bəri dediyim kimi, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması asan məsələ deyil. Dünyada bütün münaqişə ocaqlarının alovlandığı bir zamanda istər Rusiya-Ukrayna olsun, istər Yaxın Şərqdə baş verənləri nəzərə alsaq, düşünürəm ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına icazə verməzlər. 2024-cü ildə dörd kənd Azərbaycana qaytarıldı və əlavə Qazax istiqamətindən üç kəndin və Kərkik kəndinin qaytarılması ehtimalı var. Amma indiki proseslər onu göstərir ki, Ermənistan o kəndləri qaytarmayacaq. Ən azından növbəti ilə bu proseslə girmək istəməyəcəklər. Ona görə də dörd kəndin Azərbaycana qaytarılması 2025-ci ilə qaldı. Gələn il bu proses necə və hansı məcrada davam edəcək bunu indidən demək çətindir. Çünki, dünyada münaqişə ocaqları alovlandıqca Cənubi Qafqazda da gərginlik artır. Praktik olaraq biz Gürcüstanda baş verən proseslərin şahidiyik. Ermənistanda da baş vermə ehtimalı olan proselər var. Ona görə də indiki məqamda sülhdən danışmaq hələki tezdir. Həm Azərbaycan, həm də Ermənistan tərəfi bildirib ki, danışıqlar prosesi növbəti ilə saxlanılıb. Düşünürəm ki, bu proses hələ bir qədər vaxt alacaq. Əksinə tərəflər arasında gərginliyi bir qədər də artırmağa çalışacaqlar. Bu da regionda eskolasiyanı və müharibə ehtimalını artıracaq".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq? - SÜRPRİZ
Bu şəxslər hərbi xidmət keçmədən "yararlı" bilet ala bilər
Bu şəxslər daha yüksək pensiya ALA BİLƏR - AÇIQLAMA
Dövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Hava KƏSKİN DƏYİŞƏCƏK: Leysan, şimşək, dolu...
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?