"Azərbaycan, Ermənistanı bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə vermək hüququna malikdir" - POLİTOLOQ

"Azərbaycan, Ermənistanı bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə vermək hüququna malikdir" - POLİTOLOQ"Ermənistandan zorakılıqla qovulmuş qərbi azərbaycanlıların öz tarixi dədə-baba yurdlarına, ev-eşiklərinə qayıtmaq hüquqları mövcuddur. Ermənistan bu hüququ təmin etməyə borcludur, çünki Qərbi Azərbaycan tarixi bir ərazidir. Ermənistanın nəzarətində olsa da, bu, tarixi Azərbaycan torpağıdır və orada tarixən azərbaycanlılar yaşayıblar. Tarixin bir neçə mərhələsində azərbaycanlılar həmin bölgədən deportasiya olunublar. Sonuncu dəfə isə silah gücünə, öz dəyərli əşyalarını və mülkiyyətlərini orada buraxaraq, Qərbi Azərbaycandan çıxmaq məcburiyyətində qalıblar (zorakılıqla çıxarılıblar)".

Bunu Sonxeber.az-a politoloq Elçin Xalidbəyli danışıb.

O, açıqlamasında qeyd edib ki, Ermənistanda rəsmi Bakının bu haqlı yanaşmasına münasibətdə ciddi narahatlıq mövcuddur:

"Qərbi azərbaycanlıların Ermənistanda mülkiyyət və azad yaşamaq hüquqları kobud şəkildə pozulub. Ermənistan bu cinayətlərə görə mütləq cavab verməlidir. Azərbaycan, Ermənistanı bu məsələ ilə bağlı beynəlxalq məhkəməyə vermək hüququna malikdir. Beynəlxalq məhkəməyə tarixi faktları təqdim etməklə Ermənistanı qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq məcburiyyətində buraxmaq mümkündür.

Hazırda rəsmi Bakının atdığı addımlar onu göstərir ki, Azərbaycan dövləti bu məsələyə olduqca ciddi yanaşır. Bu məsələ, artıq həm Azərbaycanda, həm də beynəlxalq məkanda aktuallaşdırılmaqdadır. Ermənistanda da rəsmi Bakının bu haqlı yanaşmasına münasibətdə ciddi narahatlıq mövcuddur. Bütün bunlar onu göstərir ki, Ermənistan nə qədər cəzasız qalsa da (indiyə qədər), belə anlaşılır ki, bu cəzasızlıq əbədi deyil. Bir gün törədilən cinayətlərə görə mütləq cavab vermək lazım gəlir. Ermənistanda hal-hazırda bu vəziyyətlə qarşı-qarşıyadır.

Azərbaycan dövlətinin mövqeyi qətidir. Zorakılıqla öz dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalmış azərbaycanlıların Ermənistana, daha dəqiq desək, Qərbi Azərbaycan bölgəsinə qaytarılması mütləq hansısa formada təmin olunmalıdır. Bunun mümkün variantlarından biri də beynəlxalq məhkəmədə bu məsələnin gündəmə gətirilməsidir. Ermənistan, törətdiyi cinayətlərə görə cavabdehlik daşımağa məcbur qalsın və eyni zamanda qərbi azərbaycanlıların öz ev-eşiklərinə, tarixi dədə-baba yurdlarına qayıtmaq hüquqları təmin edilsin".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2715   Tarix: 06 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Əsrin müqaviləsi"nin imzalanmasının 32-ci ildönümüdür

"Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin ("Əsrin müqaviləsi") ildönümü və neft-qa

20 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Prezident Ramil Usubovu və həmkarlarını qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovu, Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi, Özbəkistan Respublikasının Prezident

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr