Bakı Metrosunda baş verən tüstülənmənin səbəbi bilindi
Ötən gecə metronun "Elmlər Akademiyası" stansiyasında qatarlardan birində tüstülənmə qeydə alınıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, nəticədə təşvişə düşən sərnişinlər vaqonları tərk ediblər.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, bu, xüsusi təşvişdoğuracaq hadisə deyil. Hər şey qaydasında olsa da əlavə yoxlanış keçirilib və daha sonra qatar yoluna davam edib.
"Kondisionerin təmizləyici qurğusundan qoxu və tüstü olub. Bu kondisionerin özünü tənzimləmə sistemidir. Dərhal sovurma ventilyatoru işə düşüb. Maşinistin idarəetmə panelinə məlumat daxil olan kimi dediyiniz stansiyada sərnişinlər düşürülüb, yoxlama aparılıb. Problem olmayıb. Qatar növbəti stansiyadan sərnişinlə yoluna davam edib. Belə halda sərnişinlə və ya sərnişinsiz yola davam etmək maşinistin qərarı ilə olur. Maşinist məlumatı verdikdən sonra sərnişinlərin də əlavə narahatlıq keçirməməsi məqsədilə atılmış addımdır", - deyə B. Məmmədov qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1131 Tarix: 09 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrSabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il
23 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrNamiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz
23 sentyabr