Suriya bir neçə yerə bölünəcək? - AÇIQLAMA
"Suriyadakı proseslər nəinki siyasi kluarların, bütün dünyanın diqqət mərkəzindədir. Zənnimcə, sadəcə Suriyaya deyil, böyük bir regiona nəzarət və ya baxış fonunda Türkiyə, İran və Rusiyanın Suriya ilə bağlı ciddi fikir ayrılıqları olsa da xaricə qarşı münasibətdə bunu dərinləşdirmək yoluna düşməyəcəklər. Eyni fikirləri Türkiyə-Rusiya və Türkiyə-ABŞ münasibətləri üçün də demək olar".
Bu sözləri BAKU.WS-ə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.
Onun sözlərinə görə, əsas məsələ müxalif qrupların daxildə döyüşləri dayandırması, ölkəni xarici aktorların daha da qızışan rəqabət mərkəzinə çevirməməklə inteqrasiya olunmuş vahid ölkəni qorumağa çalışması olmalıdır:
"Terrorçulardan qazanc əldə etmək üçün istifadə etmək "yolverilməzdir" fikri önəmlidir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirdi ki, Rusiya terrorçu olmadıqlarını iddia etsələr belə, onların üstün olmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çalışır.
Türkiyənin də yanaşması budur ki, PKK, YPG və onların istənilən törəmələri məhv edilsin. Aydın məsələdir ki, terrorla mübarizə Türkiyə xarici siyasətinin mərkəzində dayanır. Rusiya və Türkiyənin burda da diqqətli yanaşması olacaq ki, münasibətlərə xələl gəlməsin. Rusiyaya qarşı münasibətdə ABŞ və Türkiyə də münasibətləri gərginləşdirməmək yolunu tutur. Türkiyənin xarici işlər naziri Hakan Fidanın məsələ ilə bağlı "Amerikalı dostlarımızla təmasları davam etdiririk" fikri bunu sübut edir.
Bəşər Əsəd Türkiyə ilə münasibətləri gərginləşdirməkdə ipə-sapa yatmadı, özü də Moskvanın cəhdlərinə rəğmən. Cari ilin əvvəlində Əsəd Türkiyə qüvvələri Suriyada qaldığı müddətcə Türkiyə ilə danışmaqdan imtina etmişdi. Bu imtina Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın ötən ay Hələbə, daha yaxınlarda isə Homs şəhərinə heyrətamiz dərəcədə uğurlu hücumlar həyata keçirməsi üçün Heyət Təhrir əl-Şam (HTS) silahlı qruplaşmasına açıq yaşıl işıq yandırmasına səbəb olmuşdu.
İstər Əsəd olsun, istərsə də başqa bir fiqur və ya rejim, çünki hadisələrin axarının konkret nəyə aparacağı hələ ki abstraktdır, kürd məsələsində, terror amilində Türkiyəyə güzəştə getməkdən başqa yol olmayacaq. Ankara əmindir ki, Suriya Müdafiə Qüvvələrinin bayrağı altında döyüşən və ABŞ-nin dəstəklədiyi Suriya YPG-si Türkiyənin kürd qruplaşması PKK ilə eynidir. Lavrov ABŞ-nin adını çəkmədən müxalif qrupların geosiyasi məqsədlər üçün istifadə edildiyini və hücumun "etdiyimiz hər şeyi alt-üst etməyə yönəldildiyini" yenə vurğulayırsa, deməli, bu istiqamətdə də Rusiyanı əməlli çökdürmək planları tam qüvvəsindədir".
Ş.Həsənova əlavə etdi ki, suriyalılar dünyaya səpələniblər. Müxalif düşüncəli olduqları üçün geri dönmələri Əsədin marağında deyildi: "Zənnimcə, bu soyuq xətt qırılmalıdır. Bu gün ölkədə siyasi hərc-mərclik pik səviyyədədir.
İstənilən tərəf məsuliyyətinin fərqində olsaydı, istək ölkəni, birliyi qorumaq olsaydı, hər halda görünən mənzərə tam əks olmasa da, fərqli olardı. Nəticə, müxtəlif fraksiyaların müxtəlif ərazilərdə hökm sürdüyü siyasi dalan və bölünmüş ölkə oldu. Siyasi boşluğun davam edəcəyi təqdirdə Suriyanın bir neçə idarəçiliyə parçalanması istisna olunmur, belə versiyalar da var. Lakin mən bununla razılaşmıram. Əmin olduğum odur ki, ABŞ, Türkiyə və Rusiyanın təsiri hələ də güclü qalacaq. "Türkiyə Suriyada sabitliyin təmin olunmasını istəyir" fikrini öz çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi. Fidan da bildirdi ki, Türkiyə Suriyanın yenidən inşası üçün çalışacaq. Hər bir halda Türkiyənin masadakı yeri güclüdür, həm də haqlı olaraq.
21 görüşlə xarakterizə olunan Türkiyə, Rusiya və İranın olduğu "Astana Prosesi" uğursuz olsa da onun vasitəsilə Suriya sülh danışıqları üçün fikir mübadilələri son günlərdə yenidən intensivləşdi. Onu da qeyd edim ki, Türkiyə terror əməliyyatlarının ərazisinin Suriyadan öz ərazisinə sürüşdürülməsi cəhdlərinin də qarşısını almışdı. Əsədin Rusiyaya sığınması isə İranın əlini bir neçə istiqamətə zəiflədirsə, Rusiyanın əlini də həm İran, əsasən Qərb olmaqla ölkəyə yenidən müdaxilə imkanları baxımından bir neçə istiqamətə gücləndirir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bank kartları ilə bağlı - Daha bir qadağa
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır
Dünyanın ən zəngin futbolçularından biri klubsuz qaldı
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM