ANAMA əməkdaşları qəzaya düşdü - Yaralılar var - Yenilənib
ANAMA əməkdaşları Füzulidə qəzaya düşüb.
Sonxeber.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Horadiz qəsəbəsi ərazisində baş verib.
Belə ki, rayonun Qayıdış 3 qəsəbə sakini 1995-ci il təvəllüdlü Qəhrəmanov Samir Salman oğlu idarə etdiyi "BMW" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına yuvarlanıb. Nəticədə sürücü S.Qəhrəmanov olmaqla avtomobildə olan rayonun Qayıdış 3 qəsəbə sakini 2000-ci il təvəllüdlü Bəylərzadə Ramiz İlqar oğlu və Qayıdış 2 qəsəbə sakini 1990-cı il təvəllüdlü Qasımov Mustafa Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilərək avtomobildə olan sərnişinlər R.Bəylərzadə və M.Qasımov Gəncə şəhər xəstəxanasına göndərilib. Sürücü S.Qəhrəmanovun da Gəncə Xəstəxanasına göndərilməsi üçün zəruri işlər görülür.
Qəza zamanı xəsarət alanların ANAMA əməkdaşları olduğu bildirilir.
***
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza verilən məlumata görə, üç nəfər Füzuli rayonu Horadiz qəsəbə sakini (hər üçü kişi) müxtəlif xəsarətlərlə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
"1990-cı il təvəllüdlü şəxsə sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol aşıq və çənə sümüklərinin açıq sınığı, qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, 1995-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, üzün çapılmış yaraları, 2000-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi, beyin kötüyünün əzilməsi diaqnozu qoyulub.
Onlardan 1990 və 2000-ci il təvəllüdlü şəxslərin vəziyyəti ağır qiymətləndirildiyindən Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə ediliblər. Vəziyyəti orta ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxsin də ixtisaslı yardım alması üçün təxliyə prosesi ilə bağlı zəruri addımlar atılır", - məlumatda bildirilib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2280 Tarix: 09 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA
"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y
11 sentyabr 2021Övladlarını çayın kənarına tərk etdilər - FOTO
ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs
16 sentyabr 2021Ağdaşda yaşayış evi kül oldu
Ağdaş rayonunun Qulbəndə kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, bitişik ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb
12 sentyabr 2021Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ
Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində
13 sentyabr 2021Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO
Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə
11 sentyabr 2021Avtoxuliqan polisi maşınla vurub
Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi
17 sentyabr 2021Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO
Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini
18 sentyabr 2021Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü
Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa
12 sentyabr 2021Azərbaycanda QHT sədri vəfat edib
"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!
12 sentyabr 2021