""Diplomatik xidmət haqqında" yeni qanun layihəsi hazırlanıb" - Səməd Seyidov
"Diplomatik xidmət haqqında" qanunun qəbulundan 20 ildən artıq vaxt keçib və bu müddətdə 50-dən çox köklü və əsaslı dəyişikliklər edilsə də, bu zamanın tələbinə cavab verə bilmir.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin Hüquq siyasəti və dövlət quruculuğu komitəsilə birgə keçirilən iclasında "Diplomatik xidmət haqqında" yeni hazırlanan qanun layihəsi barədə danışarkən deyib.
O qeyd edib ki, vaxilə Azərbaycanın diplomatik gündəmində olmayan fəaliyyətlər indi vacib məsələyə çevrilib:
"Məsələn, beynəlxalq məhkəmələrdə fəaliyyətin təşkil edilməsi bu gün reallıqdır və mütləq bunu nəzərə almalıyıq. Hazırda Azərbaycanın xaricdə 75 səfirliyi, 5 daimi nümayəndəliyi, 1 təmsilçiliyi var. Biz indiyə qədər beynəlxalq təşkilatların içərisində peşəkar diplomatların fəaliyyətini təşkil etməmişik. Bu əvvəlki qanunla mümkün deyildi. İndi isə yeni qanun layihəsində bu, öz əksini tapıb".
Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynov isə əlavə edib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik missiyalarının ümumi sayı 88-ə çatıb:
"Diplomatik fəaliyyət haqqında" qanunun qəbulundan uzun müddət keçdiyinə görə digər normativ hüquqi aktların hazırlanmasında və qəbulunda maneələr yaranırdı. Mövcud hüquqi bazanın təkmilləşdirilməsi üçün "Diplomatik xidmət haqqında" yeni qanun layihəsi hazırlanıb. Bu layihə 5 fəsil, 31 maddədən ibarətdir. Layihə qəbul edildikdə 2001-ci ildə qəbul olunan köhnə qanun ləğv edilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 863 Tarix: 09 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabrUşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir
Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər
23 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrSabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il
23 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrNamiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz
23 sentyabr