"İmzalanmış sənədə əsasən Fransa Çaddan qovulmağa başlamış ordu hissələrini Ermənistana yerləşdirə bilər" - DEPUTAT
Xəbər verdiyimiz kimi Ermənistan və Fransa arasında 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dekabrın 10-da Ermənistan-Fransa strateji müdafiə əməkdaşlığı üzrə məsləhətləşmələr keçirilib. Məsləhətləşmələr zamanı 2024-cü ildə görülən işlərin yekunları və növbəti il üçün planlar müzakirə edilib və 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib ki, Ermənistan və Fransa 2025-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı regionumuza yeni müharibə riskləri gətirir:
"Fransa Ermənistanı silahlandırmaqla yenidən revanşizmə hazırlayır. Belə ki, cari ilin iyun ayında Ermənistanın müdafiə naziri Suren Papikyanın Fransaya səfəri zamanı CAESAR özüyeriyən artilleriya qurğularının alınması və frans-alman silah istehsalı konsern KNDS ilə hərbi texniki əməkdaşlıq haqqında saziş imzalanmışdı. Fransa həm də Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş Avropa İttifaqının kəşfiyyatçı missiyasının müddətini artırılmasını da istəyir. Ümumiyyətlə Fransa 2025-ci ildə də müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalamaqla Ermənistanı silahlandırmağa davam etdirməyə çalışır. Hətta Fransadan aldığı silahlar sərhədimizə yaxın ərazilərdə də yerləşdirilmişdir. O cümlədən Fransanın səfiri Dektoni sərhədimizə gələrək Aİ-nın müşahidə missiyası ilə bir yerdə binoklla poz verir. Bütün bunlar Azərbaycana mesajlar olduğunu hesab edirəm".
Deputat vurğulayıb ki, imzalanmış sənədə əsasən Fransa Çaddan qovulmağa başlamış ordu hissələrini də Ermənistana yerləşdirə bilər:
"Bütün bunlar onu deməyə imkan verir ki, Afrika ölkələrindən qovularaq nüfuzunu itirmiş Makron Ermənistanda yerləşməklə özünə yenidən müsbət imic qazanmağa çalışır. Amma təəssüf ki, Ermənistan rəhbərliyi ölkəsini hərbi poliqona çevirdiyini hələ də anlamır. Yəni yenidən müharibə baş verərsə bir yumruq boyda ərazisi olan Ermənistan müharibə meydançasına çevriləcək və ermənilər ayaq altında qalacaqdır. Paşinyan millitarizasiya siyasətinə üstünlük vermək əvəzinə sülh müqaviləsi imzalamaq üçün Azərbaycanın tələblərini icra etsə daha yaxşı olar. Dünyada baş verən prosesləri Ermənistanı ruhlandırmasın. Əgər bizi yenidən müharibəyə təhrik edərlərsə , Qərbi Azərbaycanı da işğaldan azad etməyinə məcbur olacağıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır
Dünyanın ən zəngin futbolçularından biri klubsuz qaldı
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)