"Fransa bölgədə yenidən gərginlik yaratmaq və Azərbaycanla Türkiyə qarşı təzyiq etmək üçün Ermənistandan istifadə edir" - DEPUTAT
"Ermənistan və Fransa arasında hərbi siyasi, siyasi və iqtisadi əməkdaşlıq çox sürətlə yüksələn xətlə davam etməkdədir".
Bunu Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib.
Deputat qeyd edib ki, Əslində Fransa bölgənin yenidən gərginlik ocağına çevirmək, Cənubi Qafqaza daxil olmaq və Azərbaycanla Türkiyə qarşı təzyiq etmək üçün Ermənistandan istifadə edir:
"Bu gün bir çox ölkələr Ermənistan maşa kimi istifadə edilir. Xüsusilə də, Azərbaycan və Gürcüstana qarşı müəyyən zərbələrin endirilməsi üçün Ermənistandan istifadə olunur. Ermənistan Fransanın Cənubi Qafqazla bağlı oynadığı oyundakı peşkadan başqa bir şey deyil. Təəssüf ki, hərbi sahədə də bu özünü göstərir. Biz bütün bunları müqayisə edərkən görərik ki, Ermənistan maskalanmış şəkildə bütün dünyaya Azərbaycanla sülh müqaviləsi imzalamağa can atdığını bəyan edir, bir tərəfdən də sürətlə silahlanmağı, hərbi sənaye potensialını artırmaq üçün Fransa, Hindistan və digər ölkələrlə əməkdaşlıq haqqında sazişlər imzalaması şübhəsiz ki, başqa arzularından xəbər verir. Bu da Azərbaycanı məcbur edir ki, 2025-ci ilin dövlət büdcəsində hərbi potensialını, müdafiə qabiliyyətini, ordunun gücləndirilməsi üçün ayrılan vəsaiti artırsın".
Deputat vurğulayıb ki, biz bölgədə daimi sülh və sabitlik üçün dövlət olaraq güclü orduya sahib olmalıyıq:
"Çünki biz nə qədər ki, sülh müqaviləsi imzalamağa çalışsa da və bir çox istiqamətlərdə razılıq əldə edilsə də görünən odur ki, Ermənistan rəhbərliyi xalqının deyil də onu idarə edən ölkələrin maraqlarına uyğun addımlar atır. Bu istiqamətdə Azərbaycan öz mövqeyini bildirib. Ermənistanın atacağı hər hansı addıma Azərbaycan adekvat cavab tədbirləri görəcək. Azərbaycan bölgədə sabitliyin və sülhün hökm sürməsini istəyirik. Regionlar arası iqtisadi, siyasi və sosial sahələrdə böyük meqa layihələr həyata keçirilməsini istəyiriksək Ermənistan da bizim qədər maraqlı olmalıdır. Çünki bu layihələr Ermənistan əhalisi üçün Fransa ilə imzaladığı hərbi əməkdaşlıq haqqında sazişdən qatbaqat daha xeyirlidir. Əminəm ki, 2025-ci ildə Azərbaycan öz maraqları çərçivəsində sülh müqaviləsinin imzalanmasına nail olacaq və Ermənistanı Fransa kimi ölkələrin caynağından çıxarmaq imkanına malik olacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1976 Tarix: 11 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021