Azərbaycanlı iş qadını ortağı tərəfindən aldadıldı, aidiyyati qurumlar şikayətini təmin etmədi - ŞİKAYƏT

Azərbaycanlı iş qadını ortağı tərəfindən aldadıldı, aidiyyati qurumlar şikayətini təmin etmədi - ŞİKAYƏT"İNVEST PROJE" MMC-nin həmtəsisçisi iş qadını Xədicət İsamyılova ortağı Vəliyullah Babayev tərəfindən aldadılıb.

İş qadını bu barədə Sonxeber.az – a məlumat verib. Belə ki, 02 may 2014-cü il tarixdə Bakı şəhərində bağlanılmış "müəssisədəki payın alqı-satqısı" müqaviləsinə müvafiq olaraq İsmayılova Xədicət Ömərovna bir tərəfdən, Babayev Vəliyullah Məzahim oğlu "INVEST PROJE" MMC-nin direktoru olmaqla ikinci tərəfdən razılığa gələrək həmin MMC-nin əmlakının, o cümlədən MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu ərazisindəki S.Orucov və N.Əliyev küçələrinin kəsişməsində inşa edilmiş 19 mərtəbəli yaşayış binasının tam ortaqları olmaqla hərəyə 50 faizinin sahibləri olmaqları barədə müqavilə bağlayıblar.

Xədicət İsmayılova binanın A və B bloklarının inşaasında, yəni torpaq sahəsindən vərtəndaşlara kompensasiya-pul məbləğləri ödənilməklə köçürülmələri (vətəndaşlara məxsus 37 evdən 27-si Xədicə İsmayılovanın investisiya vəsaiti hesabına həyata keçirilib), bünövrə qazılması, binanın tikilməsi, komplektləşdirilməsi işlərində bilavasitə iştirak edib.

"Lakin şərikim Babayev Vəliyullah Məzahim oğlu "INVEST PROJE" MMC-nin direktoru səlahiyyətindən, MMC-nin möhürünün onda olmasından sui-istifadə edərək, qanunvericiliyin tələblərini mütəmadi olaraq pozmuş, mənimlə ortaq olmasına baxmayaraq qadın iş adamı olduğumdan istifadə edib cinayətkarcasına hüquqlarımı pozaraq müəssisənin idarəçiliyini təkbaşına mənimsəmiş, saxta məlumatlar və sənədlər əsasında mənim xüsusilə külli miqdarda əmlak payımı, gəlirlərimi zorakılıqla ələ keçirmişdir.

2014-cü ildə aramızda akt tərtib olunub. Bu akta əsasən cüt mərtəbələr mənə aid olmalı idi. Yəni, 2,4,6,8,10,12,14, mansart, qeyri-yaşayış və qaraj hissəsi püşkatma yolu ilə bölünməli idi. Lakin bunların heç birinə əməl olunmadı. Sözügedən şəxs 29 mənzili ələ keçirib satıb və pullarını mənimsəyib. B blokunun qeyri-yaşayış hissəsinin 50 faizini sahiblənib və bizə təqdim etmir.

Babayev Vəliyullah vəzifəsindən sui-istifadə edərək məni müəssisənin idarəçiliyindən faktiki olaraq uzaqıaşdırmaq yolunu tutmuş, MMC üzrə görülmüş işlər barədə şərik kimi mənə heç bir məlumat verməmiş, öz qohumlarını və tanışlarını başına toplayaraq mənə qarşı dələduzluq və mənimsəmə cinayətləri törətmişdir.
Babayev Vəliyullah Məzahim oğlu eyni zamanda qanunsuz hərəkətlərini davam etdirərək "İNVEST PROJE" MMC-nin direktoru statusundan və səlahiyyətlərindən sui-istifadə edərək obyektdə görülmüş tikinti-quraşdırma işlərinin həcmini və qiymətini süni şişirtməklə müəssisənin gəlirlərini və əmlakını saxtakarlıq yolu ilə mənimsəmiş, vergiləri gizlətmiş, müəssisədə məcburi illik auditin aparılmasını qəsdən təşkil etməmidir ki, bunlar da korrupsiya cinayətidir", - deyə İsmayılova bildirib.

Şikayətçi qadın bildirir ki, məsələ ilə bağlı aidiyyati qurumlara şikayət etsə də, onun şikayəti təmin olunmayıb:

"Mənim bu barədə AR Baş Prokuroruna və Daxili işlər Nazirliyinə 2023-cü ilin noyabr ayında ünvanladığım birinci şikayətim araşdırılması üçün Bakı şəhəri Xətai rayon Polis idarəsinə göndərilmişdir və həmin polis idarəsində baxmayaraq ki, mənim izahatım alınmışdır, Babayev Vəliyullah Məzahim oğlunun korrupsiya cinayətləri barədə təxminən 300 vərəqədən ibarət sənədləri müstəntiqə təqdim etmişdim, bütün bunlara baxmayaraq şikayətimə səthi və qeyri obyektiv yanaşılaraq iş süründürülmüş, guya şikayətim üzrə araşdırmanın davam etdirildiyi barədə mənə uzun müddət yalan məlumatlar verilmişdir, halbuki sonradan, yəni bir neçə gün əvvəl 2024-cü ilin dekabr ayının əvvəllərində mənə məlum olmuşdur ki, şikayətim üzrə hələ 8 ay əvvəl, yəni 2024-cü ilin mart ayında araşdırma dayandırılaraq iş arxivə verilmiş, mənə isə formal cavab yazılaraq işə tikilmiş, faktiki mənə cavab göndərilməmişdir
Mən hüquqşünas olmasam da bir iş adamı olaraq hesab edirəm ki, "İNVEST PROJE" MMC-nin direktoru kimi Babayev Vəliyullah Məzahim oğlu vəzifəli şəxs olmaqla və mən bir qadın iş adamı olmaqla onun mənə qarşı etmiş olduğu vəzifədən sui-istifadə, dələduzluq, mənimsəmə və rüşvət vermə kimi iri korrupsiya cinayətləri barədə təqdim etdiyim faktlar aidiyyəti üzrə AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmalıdır.
Məhz aidiyyəti səlahiyyətli orqana, yəni AR Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilmədiyindən "İNVEST PROJE" MMC-nin vəzifəli şəxsi, direktoru Babayev Vəliyullah Məzahim oğlunun açıq-aşkar korrupsiya cinayətləri barədə şikayətim səhvən polis orqana göndərilərək orada ört-basdır edilərək baxılmamışdır".

Xədicət İsmayılova məruz qaldığı dələduzluqla bağlı Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb:

"Hörmətli Mehriban xanım, "INVEST PROJE" MMC-nin vəzifəli şəxsi, direktoru Babayev Vəliyullah Məzahim oğlunun korrupsiya cinayətlərindən külli miqdarda zərər çəkmiş və zərər çəkməkdə davam edən bir qadın iş adamı kimi məni şəxsən qəbul etməyinizi, hazırkı və əvvəlki şikayətlərimi, bununla bağlı toplanılmış bütün materialların polis orqanından götürülüb aidiyyəti üzrə araşdırılması, mənə vurulmuş külli miqdarda zərərin bazar qiymətləri ilə tam ödətditilməsi, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilmələrinin təmin olunması üçün Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə göstəriş verilməsini xahiş edirəm.
Araşdırma zamanı "İNVEST PROJE" MMC-nin direktoru Babayev Vəliyullah Məzahim oğlunun digər korrupsiya cinayətləri barədə əlavə məlumatlar da tərəfimizdən təqdim ediləcəkdir".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2593   Tarix: 11 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Taleh Qaraşov bir nəfəri işdən çıxardı, iki nəfərə yeni vəzifə verdi

Lənkəran Şəhər İcra Hakimiyyətində (ŞİH) iki yeni təyinat olub, daha bir nəfər isə işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Taleh Qaraşov müvafiq əmrlər imzalayıb. Əmrə əsasən, Fərid Bayramzadə ŞİH-in Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsin

13 fevral
.

Niyə şəkillərimizə fotoşop edirik? - AÇIQLAMA

Müasir dövrdə sosial media insanın özünü təqdimetmə formasını köklü şəkildə dəyişib. Artıq görüntü təkcə xatirə deyil, sosial dəyər, qəbul olunma və təsdiq vasitəsinə çevrilib. Bu mühitdə vizual standartlar sərtləşdikcə, xüsusilə qadınlar üzərində "ideal görünüş" təzyiqi daha qabarıq hiss olunur

13 fevral
.

Bu gün 14 fevral - Sevgililər günüdür

Bu gün 14 fevral - Sevgililər günüdür. xəbər verir ki, bu günün tarixi Qədim Romaya gedib çıxır. Eramızın 3-cü əsrində Roma imperatoru II Kladius ordusunu gücləndirmək və onu fəal saxlamaq üçün əsgərlərinə evlənməyi qadağan edib. Bu dövrdə bir çox əsgərlər sevdiyi qadınları evdə qoyub müharibələrə qatılmal

14 fevral
.

Avropa Komissarı: "TRIPP layihəsi əsl oyun dəyişdiricisi ola bilər"

"Regionda böyük dəyişikliklərin baş verdiyinin şahidiyik və bu, sülh olmadan mümkün olmazdı". AZƏRTAC-a istinadla xəbər verir ki, bu sözləri Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos Münhendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusund

14 fevral
.

Kərkicahan sakini: "Ermənilər bizə heç vaxt "azərbaycanlı" demədilər" - VİDEO

Baku TV-nin "Kəndinə qayıt" verilişinin yeni buraxılışında Xankəndinin Kərkicahan qəsəbəsinə səfər edilib. Veriliş çərçivəsində Kərkicahan sakini xatirələrini bölüşüb. O, uşaqlıq illərindən yadigar qalan və sonrakı dövrlərdə yaşadığı təcrübələrini belə qeyd edib:. "Mən uşaq idim, beş-alt

15 fevral
.

Azərbaycanda suyun qiyməti BAHALAŞDI

2026-cı ilin fevral ayında bütün növ pensiyalar 9,3% indeksləşdirilib. İndeksləşmə fevralda aparıldığı üçün yanvar ayının da artımının 13 fevraldan hesablara köçürülməsinə başlanılıb. Belə ki, 13 fevralda Bakı, Sumqayıt və Abşeron rayonu üzrə pensiyalar ödənilib. Pensiyaların indeksləşməsi əslində 2025-c

15 fevral
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Münhen Təhlükəsizlik Konfransında keçirdiyi görüşlərlə bağlı paylaşım edilib

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşlərlə bağlı paylaşım edilib. həmin paylaşımı təqdim edir:

15 fevral
.

Həftənin bu günləri şadlıq saraylarında toy etmək QADAĞAN EDİLDİ

İstanbul Toplantı və Şadlıq Sarayları Sahibkarları Palatası müzakirələrə səbəb olacaq qərar qəbul edib. xəbər verir ki, Türkiyə mediasında, o cümlədən Haber Global-a istinadla yayılan məlumata görə, martın 1-dən etibarən İstanbulda fəaliyyət göstərən şadlıq sarayları, açıq havada toy məkanları və qı

14 fevral
.

Sabah metro və avtobuslarda SIXLIQ ARTACAQ - SƏBƏB

Azərbaycanda ali təhsil müəssisələrində yaz semestrinin başlaması ilə əlaqədar olaraq paytaxtda ictimai nəqliyyatda sərnişin sıxlığının artacağı gözlənilir. -ın məlumatına görə, xüsusilə səhər və axşam saatlarında tələbələrin dərsə gediş-gəlişi ilə bağlı Bakı Metropoliteni stansiyalarında və şəhərdaxil

15 fevral