"Makron hökuməti erməni rolunda çıxış etməklə beynəlxalq müstəvidə anti-Azərbaycan kampaniyası həyata keçirir" - DEPUTAT
"Ermənistanın sürətlə silahlanması və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşması Cənubi Qafqazda sülh və sabitliyə ciddi təhdid yaradır".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, rəsmi İrəvan və Paris arasında 2025-ci ili əhatə edəcək müdafiə sahəsində əməkdaşlıq proqramının imzalanması Fransanın regionla bağlı geopolitik maraqlarına xidmət edən təxribatçı plandır:
"Artıq heç kimə sirr deyil ki, Makron hökuməti Ermənistandan daha çox erməni rolunda çıxış etməklə beynəlxalq müstəvidə anti-Azərbaycan kampaniyası həyata keçirir. Yelisey Sarayı qərəzli siyasi ritorikadan əlavə, həm də Ermənistanın silahlandırılması istiqamətində ciddi addımlar atır və Hindistan, Yunanıstan kimi ölkələri də prosesin bir parçası edir. İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan Fransadan müdafiə məqsədi adı altında hücum silahları əldə edib və bu proses davam etdirilir. Məqsəd regional sabitliyi pozmaq və hərbi balansı dəyişdirməkdir".
Deputat vurğulayıb ki, Fransanın məkirli planları heç şübhəsiz olaraq Nikol Paşinyanın da maraqları ilə uzlaşır:
"Ermənistan rəhbərliyinin revanşist siyasəti, silahlanma tendensiyası və göstərilən dəstək fonunda həyata keçirdiyi avantürist bölgədə yeni münaqişə ocağını yaratmaq niyyətini açıq şəkildə biruzə verir. Paşinyan erməni cəmiyyətində zəifləyən nüfuzunu yeni hərbi kompaniya ilə canlandırmaq istəyir. Lakin bütün bunlar birmənalı şəkildə Ermənistanın zərərinə olacaq siyasi ritorikadır. Azərbaycan bütün parametrlər üzrə Cənubi Qafqazın lider dövləti olduğu üçün hərbi və siyasi güc məhz ölkəmizin lehinədir. İrəvanın hər hansı bir hərbi qarşıdurmada gücümüz qarşısında tab gətirməsi reallıqdan uzaqdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1504 Tarix: 11 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vətən müharibəsinin 22 iştirakçısı polis oldu
Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua
17 sentyabr 2021TƏBİB-ə yeni səlahiyyət verildi
Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri
17 sentyabr 2021Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı
Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı
17 sentyabr 2021Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO
Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb
17 sentyabr 2021Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq
Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu
17 sentyabr 2021