"OpenAI"ın icraçı direktoru Trampın inauqurasiya fonduna 1 milyon dollar ianə edəcək
"OpenAI"ın icraçı direktoru Sem Altman ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiya fonduna şəxsi vəsaitindən 1 milyon dollar ianə edəcək.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazır.
Nəşr qeyd edir ki, bu, iri texnologiya korporasiyası və Silikon Vadisinin Trampa dəstək əlaməti olaraq atdığı daha bir addımdır.
Daha əvvəl "Facebook", "Instagram" və "WhatsApp"ın sahibi olan "Meta" şirkəti, eləcə də "Amazon" və "Perplexity" axtarış sistemi 1 milyon dollar ianə etdiyini elan edib.
Texnologiya şirkətləri Trampın gələn ilin yanvarında vəzifəsinin icrasına başlamasına qədər onunla münasibətləri yaxşılaşdırmağa çalışır. Siyasətçi 2016-cı ildə seçkilərdə qalib gələn zaman investorlar və IT-sahibkarlarla münasibətləri gərgin idi.
Qəzetin yazdığına görə, bu dəfə Tramp texnologiya icması ilə daha sıx əlaqələr quraraq Silikon Vadisinin dörd investorunun aparıcılıq etdiyi "All-In" və Co Roqan şouları kimi məşhur podkastlarda iştirak edib. O, həmçinin sahibkarları, o cümlədən biznesmen İlon Maskı administrasiyada müxtəlif vəzifələrə təyin edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 644 Tarix: 14 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şiddətli daşqınlar səbəbindən Banqkok şəhərində fəlakət zonası elan edilib
Banqkok hakimiyyəti Tayland paytaxtının bütün 50 rayonunda üç gün davam edən leysan yağışların genişmiqyaslı daşqınlara səbəb olmasından sonra fövqəladə vəziyyət elan etdi. xəbər verir ki, günortadan sonradan şəhərdə təxminən 300 mm yağıntı qeydə alınıb. Fəlakət rejimi yerli hakimiyyət orqanlarına daşqınları
26 sentyabrQırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrÇin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis
24 sentyabrRusiyada ayılar bu şəhəri əhatəyə aldı
Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb
23 sentyabrAİ Ermənistan məhsullarını açıq şəkildə qəbul etməyəcək
Aİ-nin daxili bazarı rəqabətlidir və yüksək səviyyədə tənzimlənir və orada Ermənistan məhsulları üçün əlverişli şərait olmayacaq. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov bildirib. Maslennikov deyib: "Acı reallıq budu
25 sentyabrApennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf
İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen
22 sentyabrYerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma
22 sentyabr