Həmin faciədən 7 ay əvvəl də yanğın olub - Gizlədibmişlər

Həmin faciədən 7 ay əvvəl də yanğın olub - GizlədibmişlərRespublika Perinatal Mərkəzində 7 körpənin ölümü ilə nəticələnən yanğınla bağlı məhkəmə istintaqı başlayıb.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclas mübahisəli məsələlərin müzakirəsi ilə başlayıb.

Bu iş üzrə - Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli mühakimə edilir. Onlar üçü də azadlıqdadır.

Hakim Leyla Əsgərova - Məmmədova ittihamın elanından əvvəl iş üzrə iki zərərçəkmiş tərəfindən daxil olmuş müraciəti elan edib. Həmin şəxslər məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş qismində iştirakdan imtina etmək istədiklərini deyiblər. Onlar bildiriblər ki, yanğında yüngül xəsarət alsalar da, burada Mərkəzin direktoru və digər müttəhimlərin günahı yoxdur.

Prokuror Orxan Səmədov isə zərərçəkmişlərin müraciətlərinin qəbulolunmaz hesab edib:

"Bu adamlar ibtidai istintaq zamanı ifadə verib, hadisədən zərər çəkdiklərini etiraf ediblər. İndi də çıxıb "yox, zərər çəkməmişik" deməkləri başadüşülən deyil. Konkret olaraq deyə bilərəm ki, onların zərərçəkmiş statusuna xitam verilməsi qanunsuz olar", - prokuror əlavə edib.

İttiham tərəfinin qəti mövqeyi Mehriban Abasquliyevanın vəkili Muxtar Mustafayevi qıcıqlandırıb.

Vəkil Cinayət Məcəlləsinə istinad edərək ittihamçının düzgün mövqedə olmadığını bildirib: "Adam deyir ki, mən zərər çəkməmişəm. Zorla tutub zərərçəkmiş edəcəksiz. Cinayət Məcəlləsində də statusdan imtina edə biləcəkləri yazılıb. Novelladır bu?", - vəkil deyib.

Məhkəmə yerində müşavirə edərək müraciətlərin təmin edilmədiyini bəyan edib. Hakim qeyd edib ki, cinayət işi araşdırılmadan bu məsələyə münasibət bildirmək düzgün deyil.
Həmin faciədən 7 ay əvvəl də yanğın olub - GizlədibmişlərMehriban Abasquliyeva iclasdan əvvəl məhkəməyə Mərkəzdə baş verən yanğının videosunu və şəkillər təqdim edib. Həmin kadrlarda yanğının necə başladığı və personalın hərəkəti görünür.

M. Abasquliyevanın vəkili iddia edir ki, yanğının baş verməsində personalın da günahı var. Amma prokurorluqda buna baxılmayıb.

Vəsatət işə əlavə edilib.

Prosesin davamında ittiham aktı elan olunub.

İttihamda deyilir ki, Mehriban Abasquliyeva özünü yuxarı rəhbərliyin gözündə qaldırmaq üçün qulluq mənafeyindən sui-istifadə edib.

Mərkəzdəki qanunsuzluqlar özünü bir neçə formada göstərir. İstintaq materiallarında yazır ki, növbə üzrə tibb bacılarının sayı 10-20 nəfər olduğu halda, cəmi 2 nəfər işləyib. Bundan başqa, reanimasiya masası 20-40 aralığında olmalı olduğu halda, cəmi 10-22 olub. Bu isə tibb cihazlarının xəstə sayından xeyli az olmasına gətirib çıxarıb.

Ən əsası yenidoğulmuşlar üçün palatada nəzərdə tutulandan artıq körpə saxlanılıb. Pasiyent qəbulunun iki dəfədən artıq olması da səhiyyə sisteminə məhəl qoymamaq kimi qiymətləndirilib.

Araşdırma nəticəsində məlub olub ki, dəhşətli yanğından cəmi 7 ay əvvəl Perinetal Mərkəzin xəstələrin saxlanıldığı doğum şöbəsinin sanitar qovşağında yanğın baş verib.

Amma həmin vaxt üzərinə yanğın təhlükəsizliyi vəzifəsi qoyulduğu halda buna məhəl qoyulmayıb. Yanğının üstü ört-basdır edilib, nəzarətedici qurumlara məlumat verilməyib.
Həmin faciədən 7 ay əvvəl də yanğın olub - GizlədibmişlərBununla da, gələcəkdə baş verəcək anoloji hadisələrin qarşısı alınmayıb, bir neçə ay sonra 7 körpənin ölümü ilə nəticələnən faciə baş verib.

Yanğın nəticəsində Mərkəzin 177 min manatlıq avadanlığına ziyan dəyib.

Bu əməllərinə görə müttəhimlər ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olma cinayətlərini törədiblər.

Mehriban Abasquliyeva və digər iki təqsirləndirilən ittihama münasibətdə özlərini təqsirli bilməyiblər.

Proses yanvarın 13-də davam edəcək.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 1425   Tarix: 16 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Anasını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işinin BƏZİ DETALLARI

67 yaşlı anasını yad kişilərlə yüngül həyat keçirməsini bəhanə edərək qətlə yetirən Emil Ağayevin cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadla xəbər verir ki, hadisə 2026-cı il yanvarın 24-də Sabunçu rayonu, Ramana qəsəbəsi, "Gülçülük sovxozu" ərazisində baş verib

12 may
.

Ərini öldürən qadına və sevgilsinə AĞIR CƏZA

Sevgilisi ilə birlikdə ərini öldürməkdə təqsirləndirilən Leyla Abbasovanın və Zahir Soltanovun cinayət işləri üzrə məhkəmə prosesi yekunlaşıb. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən son iclasda hökm oxunub, Leyla Abbasova 15 il, Zahi

16 aprel
.

Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər - T.Bədəlov, P.Qurbanov, S.Xəlilov və K.Fətəliyev saxlanılıblar. "Qafqazinfo" xəbər verir ki, bu haqda DİN məlumat yayıb. Araşdırmalarla məlum olub ki, onla

11 may
.

Hamlet Musayevin qızı həbsdən azad edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq qərar qəbul edilib. M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyev

20 may
.

Hamlet Musayevin qızı həbs edildi

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin qızı həbs edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, M.Musayeva bir nəfərin yarım milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İlkin ittihamda yazılıb ki, M.Musayev

22 aprel
.

"Namus məsələsidirsə, qızımı öldürəndən sonra kartı niyə götürüb?"

İyunun 1-də paytaxtın Ramana qəsəbəsində 31 yaşlı Gülüzar Məmmədovanın qayınatası Adıgözəl Məmmədov tərəfindən qətlə yetirilməsi geniş müzakirələrə səbəb olub. "Qafqazinfo" xəbər verir ki, mərhumun ailə üzvləri hadisənin təfərrüatlarını danışıb. G.Məmmədovanın atası Tapdıq Şükürov "Dialo

4 iyun
.

Azərbaycanda qadın tiktoker insan alverinə görə HƏBS OLUNDU

Sosial şəbəkələrdə "Enoor" adı ilə tanınan Elnar Quliyeva cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"ya istinadla xəbər verir ki, o, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. Elnar Quliyevaya qarşı Cinayə

11 aprel
.

Azərbaycanlı qadın 7 yaşlı oğlunu qətlə yetirdi

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Bolnisi rayonunda azərbaycanlı qadın övladını qətlə yetirib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, 42 yaşlı Svetlana Əhmədova 7 yaşlı oğlu F.Əhmədova qayçı ilə zərbələr endirərək onu qətlə yetirib

2 iyun
.

Qayınata gəlinindəki kartı almaq üçün evə çağırıbmış…

Ötən gün Sabunçu rayonu Ramana qəsəbəsində şəhid Səxavət Məmmədovun 60 yaşlı atası Adıgözəl Məmmədovun 31 yaşlı gəlini Gülüzar Məmmədovanı qətlə yetirməsi hadisəsi ilə bağlı bəzi iddialar yayılıb. "Qafqazinfo" xəbər verir ki, Məmmədovların qonşuları -a hadisənin tamah məqsədilə törədildiyin

2 iyun