Heyvanlar da insanlar kimi bir-birini qısqanır?
Berklidəki Kaliforniya Universitetinin alimləri heyvanların qısqanclığı necə yaşadığını öyrəniblər. Məlum olub ki, heyvanların reaksiyası insanlardakı kimi ədalətsizlik hissi ilə deyil, daha çox təmin olunmamış gözləntilərlə bağlıdır.
Oxu.Az xəbər verir ki, tədqiqat "Proceedings of the Royal Society B: Biological Sciences" (PRSBS) jurnalında dərc edilib.
Psixologiyada "bərabərsizliyə nifrət" termini mövcuddur. Bu, resursların ədalətsiz bölgüsü ilə barışmaq istəməməyi təsvir edir. İnsanlarda bu, erkən yaşlardan özünü göstərir. Məsələn, uşaqlar ad günündə biri digərindən daha yaxşı hədiyyə aldıqda qısqanclıq və narazılıq hiss edə bilərlər. Əvvəllər heyvanlarda da buna bənzər reaksiyaların olduğu düşünülürdü. Bu, kapusin meymunları ilə aparılan eksperimentlərlə təsdiqlənmişdi - başqa meymuna daha dadlı yemək veriləndə, onlar daha az arzuolunan yeməyə etiraz edirdilər.
Yeni tədqiqatda alimlər 18 heyvan növü üzrə 60 000-dən çox müşahidəni əhatə edən 23 işin məlumatlarından istifadə ediblər. Nəticələr göstərib ki, heyvanlar ədalətsizliyə deyil, gözləntilərinin qarşılanmamasına reaksiya verirlər. Məsələn, əvvəlki eksperimentlərdə heyvana üzüm verilmişdisə və indi onu daha az arzuolunan xiyarla əvəz ediblərsə, heyvanın mənfi reaksiyası "qonşuya" qısqanclıqdan deyil, məyusluqdan qaynaqlanır. Hətta üzüm boş qəfəsə qoyulanda belə reaksiya oxşar olub, bu da fərziyyəni təsdiqləyir.
Alimlər hesab edirlər ki, məhz dərin ədalət hissi insanları unikal edir. Bərabərsizliyi dərk etmək və ona reaksiya vermək qabiliyyəti mürəkkəb sosial sistemlərin inkişafında əsas rol oynayıb. Bu, resursları bölüşməyə və problemləri birgə həll etməyə imkan verib. Heyvanlarda isə reaksiyalar ədalət konsepsiyasını anlamaqdan daha çox müəyyən gözləntilərə uyğunlaşma ilə bağlıdır.
Tədqiqatın nəticələri sosial qarşılıqlı əlaqə kontekstində insanlarla heyvanlar arasındakı fərqləri daha dərindən başa düşməyə kömək edir. Heyvanların bəzi reaksiyaları insanlarınkına bənzəsə də, çox vaxt fərqli motivasiyalara əsaslanır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 932 Tarix: 17 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...
İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth
15 noyabrEvdə açarı üç yerə qoymayın: xalq inancları nə deyir?
Xalq inanclarına görə, açarların evdə saxlanıldığı yer ailənin rifahına və evdəki harmoniyaya təsir göstərə bilər. Evimizin və ya mənzilimizin açarlarını çox vaxt əlimizə rahat gələn yerlərə - mətbəx masasına, güzgünün qarşısına və ya giriş qapısının yaxınlığına qoyuruq. Lakin xalq inanclarında açarları
15 noyabrHər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
7 noyabrKöhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabrTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabrQocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın
13 noyabr