Britaniyada hannibalizmi sübut edən dəlillər tapılıb
Oksford Universitetinin alimləri Britaniyanın məşhur Çeddar dərəsi yaxınlığında ölkənin tarixində ən qədim zamanlardan bəri hanniballizmlə (adamyeyənliklə) müşayiət olunan ən amansız qırğınlardan birinin dəlillərini aşkar ediblər.
Oxu.Az-ın xəbərinə görə, araşdırmanın nəticələri "Anquity" jurnalında dərc olunub.
Elmi məqalə dərin mədənin dibində ən azı 37 nəfərin - kişi, qadın və uşaqların qalıqlarının aşkar edildiyini bildirir. Onların tarixi eramızdan əvvəl 2200-2000-ci illərə aiddir.
Kəllə sümüklərinin ağır zərbələr nəticəsində ölümcül xəsarətlər aldığı qeydə alınıb. Tədqiqat zamanı, həmçinin, məlum olub ki, qurbanların sümük iliyinin çıxarılması üçün əl-ayaqları qəsdən kəsilib. Qol və ayaq sümüklərində tapılan diş izləri adamyeyənlik faktlarını təsdiqləyib.
Araşdırmanın aparıcı müəllifi və Oksford Universitetinin professoru Rik Şultinq qeyd edib ki, qalıqlar uzun müddət baxımsız qalıb. Sümüklər 50 il əvvəl Çeddar dərəsi yaxınlığında təxminən 15 metr dərinlikdə olan mədəndə kəşfiyyat aparan speleoloqlar tərəfindən aşkar edilib.
Yalnız bu yaxınlarda kolleksiyanın təkrar tədqiqi zamanı alimlər tapıntının əsl əhəmiyyətini üzə çıxara biliblər. Bu qalıqlar indi o dövrün sosial və mədəni aspektləri, həmçinin Erkən Tunc dövründə zorakılıqdan istifadə haqqında unikal fikirlər təqdim edir.
Alimlər, həmçinin hesab edirlər ki, kütləvi qətllər hədə-qorxu aktı və güc nümayişi kimi xidmət edirdi: parçalanma, baş dərisinin soyulması və sonrakı istehlak digər icmalar üçün xəbərdarlıq ola bilərdi. Bu hadisə göstərir ki, zorakılıq və qəddarlıq qədim insanlar üçün həyatın bir hissəsi idi, baxmayaraq ki, onların miqyası və motivləri hələ də məlum deyil.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1229 Tarix: 17 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrBəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20 sentyabrHəkim ofis işçiləri üçün sağlamlığı qorumağın yollarını açıqladı
Rusiyalı ortoped-həkim Andrey Litvinenko ofis şəraitində işləyərkən sağlamlığı qorumağın yollarından danışıb. -ya istinadən xəbər verir ki, həkim tez-tez küçəyə çıxmaq imkanı olmadıqda, gəzintini istehsalat gimnastikası ilə əvəz etməyi tövsiyə edib. Mütəxəssis xatırladıb ki, bu təcrübə Sovet İttifaq
19 sentyabrDolab seçimində görünüş və funksionallıq necə qorunmalıdır?
Dolab modeli otağın mebellərinə uyğun olmalı, eyni zamanda kifayət qədər saxlama sahəsi təqdim etməlidir. Geyimlərin sayı çoxdursa, asılqan hissəsi geniş olan dolab seçmək daha rahatdır. Qatlanmış paltarlar üçün rəflər, kiçik əşyalar üçün isə siyirmələr faydalıdır. Dolabın ölçüsü də otağa uyğun olmalıdır
20 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabrMeymun yazıçının arvadını öldürdü
Hindistanın Karnataka ştatında 91 yaşlı qadın meymun hücumundan sonra ölüb. xarici mediaya istinadla xəbər verir ki, hadisə Koppal şəhərində qeydə alınıb. Tanınmış yazıçı M.S. Savadattinin həyat yoldaşı Nəcamunnisa Bequm evinin həyətində olarkən qəfil meymunun hücumuna məruz qalıb. Hücum nəticəsind
22 sentyabr