Azərbaycanda oğlan uşaqlarına ən çox verilən adlar
Son zamanlar valideynlər kişi adlarının sonuna "a", "ə" şəkilçisi artıraraq yeni qadın adlarının düzəldilməsi ilə bağlı müraciət edirlər.
Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
S.Sadıqova qeyd edib ki, bu kimi müraciətlərin sayı artıb:
"Valideynlər daha çox sistemdə olan adlara müraciət edir. Məsələn, Cəsur-Cəsurə, Cavid-Cavidə, Afiq-Afiqə, Əzim-Əzimə, Nuh-Nuhə, Nihad-Nihadə, Əfqan-Əfqanə, Aqşin-Aqşinə kimi adları misal göstərə bilərik".
Sədr müavini eyni zamanda bu il ölkədə oğlan uşaqlarına ən çox verilən adların Əli, Məhəmməd, Murad, Uğur, Onur, Adnan, Altay, Babur, Bamsı olduğunu bildirib:
"İlk sırada Əli və Məhəmməd adları yer alır. Digər sadalanan adlar isə hər 10 uşaqdan 3-nə və ya daha çoxuna verilib. Qızlara gəlincə, onlara ən çox Fatimə, Zəhra, Banuçiçək, Nur, Selcan, Aysun, Ümra adı qoyulub. Bu adlar bu il üçün ilk beşlikdə dayanıb".
"Bu il iki-üç adın birləşməsindən yaranan mürəkkəb adın ayrılıqda böyük hərflərlə yanaşı yazılması ilə bağlı müraciət də daxil olub. Azərbaycan dilinin adlar sistemində mürəkkəb adlar bitişik yazıldığından iki-üç adın böyük hərflə yanaşı, yəni misal olaraq, Əli Əzim Məhəmməd kimi yazılmasına icazə verilməyib", - o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1868 Tarix: 17 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gecəyarısı qapıları döyüldü, kameraya baxanda dəhşətə gəldilər - VİDEO
ABŞ-da naməlum şəxsin küçədə təhlükəli davranışlar sərgiləməsi yerli sakinlər arasında ciddi narahatlıq yaradıb. xarici mediaya istinadən xəbər verir ki, 56 yaşlı Brian Mattson küçə ilə hərəkət edərkən təsadüfi evlərin qapılarını döyüb və əlindəki bıçaqla hücum hərəkətləri edib. Onun bu davranışlar
4 mayQalmaqal: Kim Kardaşyanın oğluna anasının şəxsi videoları göstərildi
Dünyaca məşhur teleulduz Kim Kardaşyan 6 yaşlı oğlu Sentin üzləşdiyi xoşagəlməz hadisə ilə bağlı hüquqi mübarizəyə başlayıb. xarici mediaya istinadən xəbər verir ki, Sent populyar onlayn oyun platformasında vaxt keçirərkən qarşısına anasının keçmişdə çəkilmiş şəxsi görüntüləri ilə bağlı reklam çıxıb
5 mayİnsan ruhunun çəkisi həqiqətən 21 qramdırmı?
1901-ci ildə ABŞ-nin Massaçusets ştatının Haverhill şəhərində yaşayan həkim Dr. Dunkan MacDougall insan ruhunun ölçülə bilən bir kütləyə sahib olduğuna inanırdı. O, ruhun bədəni tərk etdiyi anı dəqiq müəyyən edib çəkisini ölçə biləcəyinə əmin idi və bu məqsədlə bir sıra qeyri-adi təcrübələr aparmağ
4 mayKenquruların diş quruluşunun təkamül sirri açıldı
Təkamül prosesində sərt qidalanmaya keçid etmələrinə baxmayaraq, kenquruların dişləri yumşaq otlarla qidalanan məməlilərə xas olan forma və quruluşunu qoruyub saxlayır. "Science" nəşrinə istinadən xəbər verir ki, avstraliyalı alimlər bu mövzuda maraqlı tədqiqat aparıblar. Adətən, atlar, zebrala
7 mayEv şəraitində cavanlaşmağın sadə üsulu tapılıb
Qadınlar ev şəraitində tətbiq edilə bilən sadə cavanlaşma üsulu tapıblar. xarici mediaya istinadən xəbər verir ki, sosial şəbəkələrdə viral olan bu üsula "The New York Post" diqqət çəkib. Belə ki, bloqerlər "liftinq effekti" yaradan pulsuz üsulu nümayiş etdirirlər. Vizajist Fro Moni
4 mayKleopatra həqiqətən ilan səbəbindən ölüb?
Tarixin ən çox müzakirə olunan qadın fiqurlarından biri olan Kleopatra Miladdan əvvəl 30-cu ildə vəfat edərkən arxasında minilliklər boyu davam edən bir sirr buraxıb. Roma İmperiyasının yüksəlişi qarşısında dayanmaqda çətinlik çəkən və Aktium döyüşündəki məğlubiyyətdən sonra çətin vəziyyətə düşən kraliçanı
6 may90 yaşlı nənələrin idman zalında etdiklərini görənlər şok oldu - VİDEO
Tayvanda 89 və 91 yaşlı iki qadının idman zalında etdiyi məşqlər diqqət çəkib və sosial mediada maraqla qarşılanıb. xarici mediaya istinadən xəbər verir ki, irəli yaşlarına baxmayaraq mütəmadi şəkildə idmanla məşğul olan qadınlar fiziki aktivlikləri ilə bir çoxlarına nümunə olub. Onların məşq zaman
4 may