"Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalinin burada qalması üçün hər cür şərait yaradılmışdı" - DEPUTAT

"Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalinin burada qalması üçün hər cür şərait yaradılmışdı" - DEPUTAT"İsveçrə Parlamentinin Aşağı Palatasının (Milli Şura) Xarici Əlaqələr Komitəsi "Dağlıq Qarabağda Sülhə dair Forum" keçirərək, erməni əhalinin Qarabağa geri qayıtmasına şəraitin yaradılmasına dair təklif irəli sürmüşdür. Sənədin təşəbbüskarı qatı ermənipərəst deputat Erik Fontobel olmuşdur. Layihəyə əsasən İsveçrənin Federal Şurası ən geci bir il ərzində Dağlıq Qarabağda Sülhə dair Forum təşkil etməlidir. Forumun məqsədi kimi erməni əhalisinin təhlükəsiz və kollektiv şəkildə geri qayıtması üçün danışıqların aparılması məqsədilə beynəlxalq nəzarət altında və ya əsas beynəlxalq aktorların iştirakı ilə Azərbaycan və Dağlıq Qarabağın erməni əhalisinin nümayəndələri arasında açıq dialoqun aparılmasına şərait yaratmaq kimi ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı cəfəng fikirlər göstərilib".

Bunu Sonxeber.az-a deputat Pərvanə Vəliyeva danışıb.

O, açıqlamasında qeyd edib ki, onların geri qayıdışı Azərbaycanın qanunları çərçivəsində reallaşa bilər:

"Erik Fontobel kimi erməni diasporunun muzdlu vəkillərinin Avropa ölkələrinin parlamentlərində bu kimi təşəbbüsləri yenilik deyil. Avropa ölkələrinin parlamentlərində vaxtaşırı çıxan korrupsiya skandalları da bunu deməyə əsas verir ki, bu şəxslər pullu lobbiçiliyə həssas olan insanlardır. Layihədə qeyd olunan məsələlərə cavab olaraq tarixi faktları bir daha Parlament üzvünün və havadarlarının yadına salmağa əsas verir.

Azərbaycan BMT-in Təhlükəsizlik Şurasının 4 qətnaməsini özü icra edərək, beynəlxalq səviyyədə tanınan ərazilərinin 30 illik işğalına son qoyub. Bu müddət ərzində isə böyük güclərin vasitəsilə aparılan sülh danışıqları onların Ermənistana təziq etmək istəməməsi səbəbindən heç bir nəticə verməyib.

Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalinin burada qalması, yaşaması, ölkə vətəndaşlığına müraciət etməsi üçün hər cür şərait yaradılmışdı. Onların Azərbaycan Respublikası pasportları ilə təmin edilməsi üçün hətta 3 dildə onlayn portal açılmaqla yanaşı, aidiyyəti dövlət orqanlarının fəaliyyəti təmin edilib. Lakin Qarabağın erməni əhalisi Azərbaycan vətəndaşlığını qəbul etməkdən imtina edərək könüllü əsaslarda buradan köç etmişdir. Əgər onlar geri qayıdış istəyirlərsə, dövlətimiz bunu istisna etmir, lakin Azərbaycanın qanunları rəhbər tutulmaqla bu baş tuta bilər.
Sülh müqaviləsinin imzalanması 2 dövlətin daxili işidir, buna 3-cü dövlətin qarışması, hər hansı "Sülh forumu" adı altında tövsiyələr verməsi prosesə yalnız maneə törədir və ziyanlıdır".

Deputat, onu da qeyd etdi ki, Azərbaycan hər hansı 3-cü tərəf və ya başqa dövlətin təşəbbüsü olmadan öz haqlı narahatlığını  Ermənistanın siyasi və hərbi rəhbərliyinə çatdırır:

"Uzun müddətdir ki, şərti sərhəddə tam sakitlik və de-fakto sülh təmin edilib. Ölkə rəsmilərinin məlumatına əsasən, müqavilənin 15 maddəsi artıq razılaşdırılıb və son 2 maddə üzrə danışıqlar davam etdirilir. Göründüyü kimi Azərbaycan hər hansı 3-cü tərəf və ya başqa dövlətin təşəbbüsü olmadan birbaşa Ermənistanla müxtəlif səviyyələrdə dialoqu təmin edib və öz haqlı narahatlığını Ermənistanın siyasi və hərbi rəhbərliyinə çatdırır. 

Dekabrın 17-də Milli Şuranın iclasında E.Fontobel XƏK adından çıxış etmiş, sənədin qəbulunun lehinə və Azərbaycan əleyhinə məlum tezisləri səsləndirilmişdir. İclasın sonunda səsvermədən öncə İsveçrənin Xarici İşlər üzrə Federal Departamentinin rəhbəri İqnasio Kassis irəli sürülən sənədi qəbul etməməklə yanaşı, öz arqumentləri ilə onu inkar etmişdir. O bildirmişdir ki, bu şəraitdə, tərəflərin açıq istəyi olmadığı təqdirdə sülh konfransının çağırılması nəinki aktual deyil, hətta arzuolunmaz olduğu üçün əks nəticə verə bilər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1974   Tarix: 18 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb

Prezident İlham Əliyev dövlət adından yaradılan bir sıra publik hüquqi şəxslərin fəaliyyətinin yenidən təşkili ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. -a istinadən xəbər verir ki, Fərmana əsasən "Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi" publik hüquqi şəxsin əsasında Azərbayca

25 iyun
.

Hacı Həssənal Bolkiah İlham Əliyevə məktub göndərdi

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. -a istinadən həmin məktubun mətnini təqdim edir:. "Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Respublikası Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqda

11 iyun
.

İlham Əliyev İsveç Kralını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava təbrik məktubu ünvanlayıb. -a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:. "Əlahəzrət,. İsveç Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adında

6 iyun
.

Azərbaycan xalqının xilaskarı - Heydər Əliyev

Ölkəmizin qədim və zəngin dövlətçilik tarixi və ənənələri XX əsrin sonunda ikinci dəfə müstəqil Azərbaycan dövlətinin qurulmasına bəslənilən daxili və xarici inamı artıran əsas amillərdən biri idi. Lakin müstəqillik qazanıldıqdan sonra gözlənilən dövlət quruculuğu prosesi ciddi problemlər və çətinliklərl

8 iyun
.

"Qərbi Azərbaycana qayıdış ərazi ıddiası deyil, insan hüququdur" - AÇIQLAMA

Qərbi Azərbaycana qayıdış məsələsinin Ermənistanda ərazi iddiası kimi qiymətləndirilməsi əsassızdır. Bunu Ordubadda keçirilən II "Qərbi Azərbaycana qayıdış" konqres-festivalı çərçivəsində jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib. Parlamentin sədr müavin

18 iyun
.

Kim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı

12 iyun
.

"Enerji sektoru iki ölkə arasındakı strateji münasibətlərin ən həlledici sütunudur" - AÇIQLAMA

"Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana reallaşdırdığı bu tarixi dövlət səfəri və Bakıda keçirilən yüksək səviyyəli strateji görüşlər iki qardaş ölkə arasındakı münasibətləri keyfiyyətcə tamamilə yeni bir pilləyə qaldırır. Xəzərin iki sahilini birləşdirən Bakı və Aşqabad ittifaq

23 iyun
.

Qırğızıstan və Azərbaycan birgə fondun kapitalının 100 milyon dollara çatdırılması üçün layihələr hazırlayıb - EKSKLÜZİV

Bakı və Bişkək Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun nizamnamə kapitalını 100 milyon ABŞ dollarına qədər artırmaq üçün layihələr portfeli formalaşdırıb. Bu barədə "Report"a Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Bakıt Sıdıkov Avrasiya İnkişaf Bankının (EDB) illik toplantısı və bizne

25 iyun
.

Prezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, Sərəncam

25 iyun