Super bakteriyanın "yürüşü": Alimlər antibiotikləri qəbul etməyən yeni vəba ştamı aşkarlayıblar
Alimlər 10 müxtəlif antibiotikə qarşı davamlılıq göstərən vəba ştamı müəyyən ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Paster İnstitutunun Vibrion və Vəba üzrə Milli İstinad Mərkəzinin alimləri məlumat yayıblar. Tədqiqatların nəticələri "New England Journal of Medicine' (NEJM) jurnalında dərc edilib.
Məlumata görə, "Vibrio cholerae" adlanan təhlükəli ştam ilk dəfə 2018-2019-cu illərdə Yəməndə baş verən vəba epidemiyası zamanı aşkarlanıb. Bakterial genomların sekvensləşdirilməsi metodu tədqiqatçılara ştamın ölkələr arasındakı yolunu və yayılmasını dəqiq izləmək imkanı verib.
Yəməndən sonra bu ştam 2022-ci ildə Livanda, 2023-cü ildə isə Keniyada qeydə alınıb. 2024-cü ilə qədər ştam Tanzaniya, Komor adaları və Fransanın Mayotta adasına da yayılıb. 2024-cü ilin mart ayından iyul ayına qədər Mayotta adasında bu ştamın səbəb olduğu 221 vəba hadisəsi qeydə alınıb.
Xüsusi narahatlıq doğuran məqam odur ki, bu ştam vəbanın müalicəsində istifadə olunan iki əsas antibiotik - azitromisin və siprofloksasinə qarşı davamlılıq nümayiş etdirir. Əgər o, tetrasiklinə qarşı da davamlılıq qazanarsa, xəstəliyin effektiv müalicəsi əhəmiyyətli dərəcədə çətinləşəcək.
Ekspertlər vəba törədicilərinin antibiotiklərə qarşı davamlılığında baş verən dəyişikliklərin vaxtında aşkarlanması üçün gücləndirilmiş qlobal monitorinqin vacibliyini vurğulayıblar. Onların fikrincə, bu təhdidlərə operativ reaksiya vermək və genişmiqyaslı epidemiyaların qarşısını almaq mümkündür.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1100 Tarix: 18 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabrSüni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video
"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları
20 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabr