BKS-də aylardır ilişib qalan kosmonavtların qayıdışı bir az da təxirə salındı
Beynəlxalq Kosmik Stansiyada ilişib qalan astronavtlar Butç Uilmor və Sunita Uilyams gələn ilin martından tez Yerə qayıtmayacaqlar.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) məlumat verib.
Bildirilib ki, dördnəfərlik heyətdən ibarət "Crew-10" gəmisi mart ayının sonundan tez BKS-yə yollanmayacaq. Astronavtlar Nik Heyq, Sunita Uilyams, Butç Uilmor və "Roskosmos"un kosmonavtı Aleksandr Qorbunovdan ibarət "Crew-9" missiyası bundan sonra Yerə qayıdacaq.
"Crew-10" missiyasının heyətinə "Roskosmos" kosmonavtı Kirill Peskov, NASA astronavtları Enn Makleyn və Nikol Ayers, Yaponiya Kosmik Agentliyinin taykonavtı Takuya Onişi daxildir.
Bundan əvvəl onların gələn ilin fevralında BKS-yə yollanması planlaşdırılırdı.
Xatırladaq ki, "Boeing Starliner" gəmisi "Boeing" korporasiyası tərəfindən iyunun 5-də orbitə buraxılıb - bu onun ilk pilot uçuşu olub. Gəminin göyərtəsində astronavtlar Butç Uilmor və Sunita Uilyams olublar. İlkin olaraq onların BKS-də 8 gün qalması və iyunun 14-də qayıtması planlaşdırılırdı. Sonradan birləşmə zamanı bir neçə manevr mühərrikin sıradan çıxması ilə əlaqədar gəmidə nasazlıq yaranıb və onların qayıdış müddəti əvvəlcə iyunun 26-na, daha sonra qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Nəticədə NASA astronavtları "Crew Dragon" gəmisi ilə Yerə qaytarmaq qərarına gəliblər. Bunun üçün sentyabrda BKS-yə yollanan "Crew-9" heyəti iki dəfə azaldılıb. İlkin olaraq stansiyaya dörd mütəxəssisin uçması planlaşdırılsa da, sonra ikiyə salınıb (kosmonavt Aleksandr Qorbunov və astronavt Nik Heyq). Yerə eniş zamanı iki boş yeri astronavtlar Sunita Uilyams və Butç Uilmor tutacaqlar.
Xatırladaq ki, bir müddət əvvəl Sunita Uilyams və Butç Uilmorun səhhətində problemlər yarandığı barədə xəbər vermişdik.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1134 Tarix: 19 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz
24 sentyabrQırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrMəkkədə təhlükə: Sakinlərə xəbərdarlıq edildi
Səudiyyə Ərəbistanının qərbindəki Məkkə şəhərində, eləcə də krallığın bir neçə digər şəhərində təhlükəsizlik barədə xəbərdarlıq elan edilib. -ın xəbərinə görə, müvafiq bəyanat krallığın mülki müdafiə xidməti öz "X" hesabında dərc edilib. Bəyanatda Məkkə sakinlərinə dərhal ən yaxın təhlükəsi
24 sentyabrNikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni
23 sentyabrApennin dağları necə yaranıb? - Alimlərdən təəccübləndirən kəşf
İtaliyadakı Apennin dağları paltardakı fermuarın açılmasına bənzər prosesin təsiri altında formalaşa bilər. Bu qənaətə Florensiya Universitetinin alimləri zəlzələlər, Yer səthinin hərəkətləri və yer qabığının quruluşu ilə bağlı məlumatları araşdırdıqdan sonra gəliblər. Qaynarinfo xəbər verir ki, yen
22 sentyabrUkrayna sərhəd keçid məntəqələrini qonşu ölkələrə köçürmək istəyir
Ukrayna sərhəd keçid məntəqələrini müvafiq istiqamətlər üzrə qonşu ölkələrin ərazilərinə keçirmək istəyir. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bununla bağlı Ukrayna İnfrastruktur Nazirliyi Xarici İşlər Nazirliyi ilə birgə qonşu ölkələrə müraciət edib. Buna səbəb sərhəd keçi
25 sentyabrTramp Si Cinpinə qartal heykəli hədiyyə etdi
ABŞ prezidenti Donald Tramp Vaşinqtona səfər edən Çin prezidenti Si Cinpinə qartal heykəli hədiyyə edib. xəbər verir ki, Tramp heykəlin Pekində şərəfli yer tutacağına ümid etdiyini bildirib. "Bu, görkəmli bir amerikalı rəssamın hədiyyəsidir və bu gün ən yaxşılarından biridir. Melaniya (Amerika liderini
25 sentyabr