Putinin canlı efirdəki sözləri Qərbdə təşviş yaradıb
Rusiya Prezidenti Vladimir Putin Ukrayna üzərində vəziyyətə tam nəzarət edir.
BAKU.WS xəbər verir ki, bunu Çikaqo Universitetinin professoru Con Mirşaymer "Freedom" yutub kanalına bildirib.
Onun sözlərinə görə, Putin Kiyevdə yerləşdirilən Qərb hava hücumundan müdafiə sistemləri ilə "Oreşnik" raket kompleksi arasında "duel" təklif etməklə, Rusiya mövqelərinin üstünlüyünü göstərib:
"Putin vəziyyətə nəzarət edir və bizim Ukraynada böyük problemlərimizin olduğunu yaxşı bilir. O, "Oreşnik" raketinin heç bir maneəyə baxmayaraq hədəfə çatacağını anlayır. Məhz buna görə də o, Qərbi bu cür təhrik edə bilir".
Amerikalı professor əlavə edib ki, Rusiya Qərb ölkələri ilə güclü mövqedən danışıqlara başlaya bilər, çünki Rusiya Silahlı Qüvvələri döyüş zonasında əhəmiyyətli uğurlar əldə edib.
Mirşaymer həmçiinin deyib ki, ABŞ-də keçirilən seçkilərdə qalib gələn prezident Donald Trampı Rusiya lideri ilə çətin danışıqlar prosesi gözləyir: "Rusiyanın mövqeyini zəif adlandıranların fikrini başa düşə bilmirəm. Hesab edirəm ki, məhz Tramp zəif kartlarla oynamaq məcburiyyətindədir".
Qeyd edək ki, Putin ötən gün canlı efir zamanı "Oreşnik" raket kompleksi ilə bağlı eksperiment keçirməyə hazır olduğunu dilə gətirib. O, hücum vaxtını və yerini öncədən elan etməklə Ukraynaya Qərb hava hücumundan müdafiə sistemlərindən istifadə imkanı yaradılacağını söyləyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 968 Tarix: 20 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Avropada maraqlı qış adət-ənənələri: Yeni il hədiyyələrini kim gətirir və niyə?
Uşaqlara Yeni il hədiyyələri gətirən obraz Santa-Klausdan xeyli qədimdir. Bu obrazın kökləri Avropanın qədim bütpərəst inanclarına, qış gün dönümü mərasimlərinə və Müqəddəs Nikolay haqqında xristian əfsanələrinə dayanır. xarici mediaya istinadla xəbər verir ki, araşdırmalara görə, dünyanın müxtəlif ölkələrind
21 dekabrAlimlərdən yeni kəşf: Yerdə fəsillərin dəyişməsi sinxron deyil
Kaliforniya Universitetinin Berkeley kampusundan olan alimlər müəyyən ediblər ki, Yer üzündə fəsillərin dəyişməsi hətta yaxın bölgələrdə belə eyni vaxtda baş vermir. Qaynarinfo xəbər verir ki, tədqiqat "Nature" jurnalında dərc olunub. Komanda müəyyən edib ki, coğrafi enlik, yüksəklik və y
22 dekabrPolşalı qadının söylədiyi sözləri gündəm oldu: 123 illik tarixi xatırlatdı
Polşalı bir qadının türklər haqqında sosial şəbəkədə paylaşdığı fikirlər geniş rezonans doğurub. türk mediasına istinadən xəbər verir ki, tarixi bir məqama diqqət çəkən qadın bildirib ki, ölkəsi 123 il boyunca dünya xəritəsində yer almasa da, Osmanlı Dövləti Polşanın mövcudluğunu tanımaqda davam edib
22 dekabrZelenski ərazilər haqqında: Durduğumuz yerdə dayanırıq
Ukrayna üçün danışıqlarda ərazi məsələsi ilə bağlı yeganə ədalətli mövqe "durduğumuz yerdə dayanırıq" prinsipidir. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü jurnalistlərlə onlayn ünsiyyət zamanı bildirib. O izah edib ki, hazırkı cəbhə xəttind
21 dekabrKİV: Pentaqon ardıcıl səkkizinci ildir auditdən keçə bilmir
ABŞ-nin Müharibə Nazirliyi ardıcıl səkkizinci dəfə auditdən keçə bilməyib. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Müharibə naziri Pit Heqsetin sözlərinə görə, Pentaqon onilliklərdir davam edən münaqişələr, hərbi-sənaye bazasına laqeyd yanaşma və nəzarətsiz xərclər səbəbindən arta
21 dekabrİranda İsrailə casusluqda ittiham olunan şəxs edam edilib
İranda İsrailə casusluqda təqsirli bilinərək barəsində ölüm hökmü çıxarılmış Aqil Keşavars İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən və bütün hüquqi prosedurlar tamamlandıqdan sonra edam olunub. "Report" xəbər verir ki, bu barədə "Mehr" Xəbər Agentliyi məhkəmə orqanlarına istinadə
21 dekabr