Bakıda evakuator sürücüsü yetkinlik yaşına çatmayan qızı 6 gün özü ilə saxlayıb, cinsi əlaqədə olub
Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olan şəxs cinayət məsuliyyətinə cəlb edilib.
BiG.AZ Publika.az-a istinadla xəbər verir ki, bir neçə ay əvvəl Binəqədi Rayon Məhkəməsinin Abdulla Rəhimov barəsindəki bəraət hökmü ləğv edilib.
Bakı Apellyasiya Məhkəməsi Abdullanın Cinayət Məcəlləsinin 152.1-ci, yəni 16-yaşına çatmayan şəxslə cinsi əlaqədə olma maddəsi üzrə təqsirli bilinməsinə qərar verib. Onun barəsindəki bəraət hökmü ləğv edilib və 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Abdulla Rəhimov məhkəmə zalında həbs olunub.
Araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı 15 yaşı olan Selena (şərti adlı) həmin gün evdən qaçıb və alış-veriş mərkəzlərindən birinə gedibmiş. Burada Abdulla onu görərək yaxınlaşıb və tanış olub. Evakuator sürücüsü olan şəxs gecə saat 2 radələrində yeniyetmə qızı Binəqədi rayonu ərazisində yerləşən hotellərdən birinə aparıb və orada intim münasibətdə olub. Bundan sonra Abdulla yeniyetmə qızı 6 gün özü ilə saxlayıb və iş vaxtı evakuatorda əyləşdirib.
Yeniyetmənin anasının polisə şikayət etməsindən sonra qız itkin kimi axtarılaraq tapılıb və ailəsinə qaytarılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3953 Tarix: 21 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabr