Qadınlar niyə təbii doğuşdan qaçırlar? - TƏHLÜKƏLİ SEÇİM QEYSƏRİYYƏ

Qadınlar niyə təbii doğuşdan qaçırlar? - TƏHLÜKƏLİ SEÇİM QEYSƏRİYYƏSon illər qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınların sayı artıb. Hətta həkim analizlərindən yüksək nəticə ilə çıxan və ciddi problemi olmayan qadınlarımız belə, qeysəriyyə əməliyyatına üz tuturlar. Ümumiyyətlə, qeysəriyyə əməliyyatı nədir? Niyə xanımlarımız təkidlə qeysəriyyə əməliyyatına üstünlük verirlər?

Lent.az hamilə qadınların təbii doğuşdan qaçmaq səbəbləri barədə araşdırma aparıb.

Hər bir cərrahi müdaxilə insan orqanizmində müəyyən izlər qoyur. Qeysəriyyə əməliyyatı da istisna deyil. Hazırda bu əməliyyat dünyada ən çox yayılmış on əməliyyatdan biri hesab edilir.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ildə ölkə üzrə 111,8 min doğuş qeydə alınıb. Onlardan 76,7 mini normal doğuşlardır.

Bu məlumata əsasən, deyə bilərik ki, ötən il ölkəmizdə 35,1 min qadın qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib.

Həkimlərin təbii doğuşa üstünlük verilməsi ilə bağlı çağırışlarına baxmayaraq, qeysəriyyə əməliyyatlarının sayında artım tempi diqqət çəkir. Bunun yalnız zərurətdən deyil, fərqli səbəblərə görə seçilməsi, üstünlükləri ilə yanaşı, ana və uşaq sağlamlığına mənfi təsirləri müzakirə predmeti olaraq qalır.

Qeysəriyyə kəsiyi əməliyyatı zamanı qanaxma, uşaqlığın atoniyası, anestezioloji fəsadlar, qonşu orqanların zədələnməsi, uşaqlıqdakı tikişlərin yararsızlığı, endomiometrit, peritonit, sepsis, əməliyyatdan sonra yaraların infeksiyalaşması, bağırsaq keçməməzliyi, tromboemboliya, ağciyər arteriyasının, dərin venaların trombozu qeyd oluna bilər. Əməliyyatdan sonra keloidin yaranması, reproduktiv funksiyanın pozulması (sonsuzluq, növbəti hamiləliyin ağırlaşması) kimi gecikmiş ağırlaşmalar da qeyd oluna bilər.

Bir az da dəqiqləşdirib desək, qeysəriyyədə olan risklər doğuşdakından ikiqat yüksəkdir. Belə düşünək, qeysəriyyə təbii doğuşun və əməliyyatın risklərinə bərabərdir. Amma doğuşun gedişatında təhlükə yaranırsa, o zaman göstərişlə qeysəriyyə etmək lazım gəlir.

Qeysəriyyə əməliyyatının üstünlükləri və mənfi cəhətləri nələrdir?

Qeysəriyyə əməliyyatı bəzi hallarda həm ananın, həm də körpənin həyatı üçün faydalı ola bilər:

- Ana və körpə üçün uzunmüddətli doğuş travması ehtimalının qarşısını ala bilər.
- Vaginal doğum yırtılma, epizyotomiya ehtiyacı və ya doğuş zamanı körpənin zədələnməsi kimi ağırlaşmaların ehtimalını azaldır.
- Ürək, yüksək qan təzyiqi və s. xəstəliyi olan analar üçün risk daha azdır.
- Ana üçün çanaq dibində problemlər riskini azalda bilər.

Qeysəriyyə əməliyyatı aşağıdakı fəsadlara səbəb ola bilər:

- Qeysəriyyə böyük bir əməliyyatdır və infeksiya, qan laxtalanması və həddindən artıq qanaxma riskləri daşıyır.

- Bir qadının qeysəriyyə əməliyyatından fiziki olaraq bərpası vaginal doğuşdan sonra daha uzun çəkə bilər. Daha uzun xəstəxanada qalma və daha yüksək doğum xərclərinə səbəb olur.

- Doğumun əməliyyatla olması gələcək hamiləliklərdə plasenta previa və akkreta, uşaqlığın yırtılması kimi müəyyən fəsadların riskini artırır.

- Xroniki ağrı, sidik kisəsi və bağırsaq zədələri riskinin artmasına səbəb olur. Qeysəriyyə kəsiyi ilə ananın xəstələnmə və ölüm riski də daha yüksəkdir.

Qeysəriyyə tez-tez yerinə yetirilən cərrahi prosesdir. Lakin bütün cərrahiyyə əməliyyatları kimi müəyyən risklər daşıyır:

- Ananın bədənində cərrahi əməliyyat yerində ağrılar yarana bilər;

- Doğuşdan sonra anormal qanaxma baş verə bilər;

- Cərrahi əməliyyat yerində infeksiya baş verə bilər.

- Aduxid (qarın içi) iltihabı, yuxu pozğunluqları – qeysəriyyə əməliyyatından sonra ananın yuxu pozğunluğu ola bilər;

- Süd vermədə gecikmə və ya azalma;

- Depressiya və ya narahatlıq;

- Öncəki doğumu əməliyyatla olan anaların gələcək doğuşlar üçün daha yüksək risk altında olduğu düşünülür.

Hansı hallarda qeysəriyyə əməliyyatı zəruri sayılır? Qadının təbii doğuşuna mane olan amillər hansılardır?

Təbii doğuş çox vaxt həm ana, həm də körpə üçün ən təhlükəsiz və ən arzu olunan variant hesab olunur. Ancaq bəzi hallarda bu mümkün olmur və ya məsləhət görülmür.

- Əgər körpə doğuş üçün düzgün mövqedə deyilsə, vaginal doğum çətin və ya qeyri-mümkün hesab olunur.

- Plasentanın normal doğuma mane olacaq şəkildə yerləşməsi. Plasenta previa (plasenta uşaqlıq boynunu əhatə etdikdə) və ya plasenta dekolmanı (doğuşdan əvvəl plasenta uterusdan ayrıldıqda) kimi bəzi problemlər həm ana, həm də körpə üçün vaginal doğuşu təhlükəli edə bilər.

- Körpənin və ya ananın sağlamlıq problemləri təbii doğuşa mane ola bilər.

- Hamiləlikdə yaş nəzərə alınmalı başqa bir amildir. Qadın daha yuxarı yaşlarda hamilə qalıbsa, körpənin təbii yolla dünyaya gəlməsi riskli hesab olunur.

- Körpənin kifayət qədər oksigen almadığı bir vəziyyət dərhal doğuş tələb edən təcili vəziyyətdir.

- Nəhayət, əvvəllər qeysəriyyə əməliyyatı keçirmiş bir qadının bəzi hallarda həm ana, həm də körpə üçün potensial risklərə görə vaginal doğuşa cəhd etməsi məsləhət görülmür.

Ümumiyyətlə, qeysəriyyə əməliyyatı kimi təbii doğuşun da öz riskləri var. Təbii doğuş daha fizioloji prosesə imkan verir və ananın daha sürətli sağalmasına səbəb ola bilər. Bununla belə, uzunmüddətli doğuş, doğuş ağırlaşmaları ana və ya körpənin zədələnməsi kimi bəzi fəsadlara səbəb ola bilər.

Bəs, bu fəsadların qarşısını almaq üçün nə etmək olar?

Cərrah-ginekoloq Elnurə Salmanova saytımıza açıqlamasında bildirib ki, heç kim təbii doğuşdan sonra qadın cinsiyyət orqanlarının sallanmayacağından sığortalanmayıb, amma qida rasionuna və həyat tərzinə diqqət göstərərək bunun qarşısını bir qədər almaq mümkündür:

"İlk olaraq qadınlar doğuma getmədən öncə proses barədə kifayət qədər məlumatlı olmalıdırlar. Bizim xanımlarımız isə ya qeysəriyyəni seçirlər, ya da doğuşa gələnə qədər heç bir bilgiyə sahib olmurlar. Məlumatlı olmayan xəstə şiddətli doğuş ağrıları ilə rastlaşanda stressə düşür və vəziyyəti idarə edə bilmir. Ağrıları kontrol edə bilmədiyi üçün zamansız gücənirlər və ya çanaq dibi əzələləri gücə salırlar. Bunun nəticəsində əzələlər, o cümlədən, bağlar zədələnir və artıq doğuş sonrası sallanma qaçılmaz olur".

Həkim doğumdan sonra qadınların nə etməli olduqları ilə bağlı məsləhətlərini də bölüşüb:

"Doğuşdan sonra anaların başı uşağa qarışdığı üçün özlərini unudurlar, lakin bu yanlışdır. Hərəkətlərinə və yeməyinə fikir verməlidir. Proteinli və kollagenli qidalar istehlak etməlidir. İki ay müddətində D vitamini, dəmir, balıq yağı kimi dəstək vitamin kompleksi qəbul etməyi məsləhət görülür. Doğumdan sonra iki ay ağır hərəkətlər olmaz. 3-6 aydan sonra normal fizioloji hərəkətlərinə başlaya bilər. çanaq dibi əzələlərini bərpa etmək üçün keqel məşqi etməlidir".

Bu iki doğuş arasında qiymət fərqi necədir?

Qiymət fərqi xəstəxanadan və həkimdən asılı olaraq dəyişir. Bu iki doğuş arasında 200-500 arası qiymət fərqi görə bilərsiniz. Bu fərqi yaradan əməliyyat xərcləridir. Yəni əməliyyatxananın, əməliyyat personallarının, anesteziyanın xərcləri və s.

Bütün bu fərqləri və çətinlikləri bir kənara qalsın, əsas məsələ anaların və dünyaya gətirdikləri məsum körpələrin sağlamlığıdır. Hansı üsulu seçməyinizdən asılı olmayaraq, ilk düşündüyünüz şey bu olsun. Sonra peşman olmamaq üçün doğru addımlar atın.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1583   Tarix: 22 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər

Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən

20 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Ev yığışdırmaq arıqladır? - 30 dəqiqədə bu qədər kalori yanır

Oturaq iş və azhərəkətli həyat tərzi fonunda ev yığışdırmaq əlavə kalori yandırmağın sadə yollarından biri ola bilər. xəbər verir ki, adi ev təmizliyi zamanı həftə ərzində təxminən 2690 kilokalori sərf etmək mümkündür. İl ərzində isə bu göstəricinin təxminən 140 min kilokaloriyə çatmaq ehtimalı var

20 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Göbək nahiyəsinə masajla böyrək daşlarını çıxardığını iddia edən şəxsin görüntüləri müzakirə yaratdı - VİDEO

"Böyrək daşı tökürəm" deyərək nümayiş etdirilən görüntülər sosial şəbəkələrdə diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki,kadrlarda bir şəxsin göbək nahiyəsinə müxtəlif hərəkətlərlə masaj etdiyi, daha sonra isə ovucunda saxladığı daşabənzər kiçik parçaları qaba qoyduğu görünür. Şəx

18 sentyabr
.

İnşaat işçilərinin iplə yuxarı qaldırılması görüntüləri gündəm oldu - VİDEO

Misirdə çəkildiyi bildirilən görüntülər inşaat sahələrində əməyin mühafizəsi məsələsini yenidən gündəmə gətirib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda çoxmərtəbəli binanın xarici hissəsində çalışan işçilərin təhlükəsizlik avadanlığı əvəzinə, yük qaldırmaq üçün istifadə edilən kəndir sistem

18 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Rənglərin möhtəşəmliyi: Avropada "qızıl payız"ın ən uzun sürdüyü 10 məkan

Avropanın bəzi bölgələrində parlaq payız rəngləri hətta noyabr ayına qədər qorunub qalır. Payızda Avropanın böyük hissəsi rəngarəng mənzərəyə bürünür. Ağacların yaşıl yarpaqları sarı, narıncı və tünd qırmızı çalarlara çevrilir. Bir çox turist də bu gözəlliyi görməyə çalışır, çünki qədim qalalar və tarix

21 sentyabr
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr