Hədiyyə atanları da cəza gözləyir? – Tiktokerlərin izi ilə…
Tanınmış aparıcı Azər Zahid ("azerzahid6669966"), eləcə də "emin_resad" adlı "TikTok" səhifəsinin idarəçiləri Abdullayev Emin və Rəşad qardaşlarının və digərlərinin əxlaqsızlığın təbliğinə görə saxlanılması cəmiyyətdə müzakirələrə səbəb olub.
Ölkə.Az xəbər verir ki, "TikTok"da əyləncə yarışları təşkil edənlərin saxlanılması çoxluq tərəfindən dəstəklənib.
Sosial şəbəkə istifadəçilərinin çoxu adı çəkilən tiktokerlərlə yanaşı onlara jeton, hədiyyə göndərənlərin də saxlanılmasını tələb ediblər.
Bəs hüquqi baxımdan bu mümkündürmü?
Mövzu ilə bağlı Ölkə.Az-a danışan hüquqşünas Fərhad Mehdiyev deyib ki, tiktokerlərin hansı maddə ilə saxlanıldığı məlum olmadığından bu barədə dəqiq söz demək çətindir. Bununla belə o, hüquqi baxımdan tiktokerlərin hansı maddə ilə saxlanıla biləcəyindən danışıb:
"Mən burada cinayət pozuntusu görə bilmirəm. Cinayət Məcəlləsinin 153-cü maddəsin 16 yaşına çatmamış şəxsi seksual fəaliyyəti müşahidəyə cəlb etməyi cinayət sayır, məsələn uşağa pornoqrafik material izlətdirmə kimi. Lakin məlum videoda seksual fəaliyyət yoxdur, seksual fəaliyyət haqqında sözlər var. Seksual fəaliyyət isə söz demək deyil. Hələ ki bizə məlum deyil, həmin mövzu barədə danışıq "seksual fəaliyyət" kimi götürüb ya yox. Əgər onlar CM-in 153.1 maddəsi ilə məsuliyyətə cəlb edilibsə, onlara pul atanların isə məsuliyyətə cəlb edilməsi bir qədər çətin olacaq".
Hüquqşünasın sözərinə görə, tiktokerlərə hədiyyə göndərənlərin də məsuliyyətə cəlb olunması məsələsi əməlin necə tövsif olunmasından asılıdır:
"Həmin şəxslərə baxıb pul göndərənləri cərimələmək üçün burada gərək cinayət hüququnun iştirakçılıq məsələsi tətbiq edilsin. Bu da alınmayacaq. Çünki hazırda saxlanılan şəxslərlə bağlı 153-cü maddənin tətbiq edilib-edilməməsi sual altındadır. Amma onların köməkçi sayılması üçün cinayətin törədilməsində səbəbli əlaqəsi, tipik hərəkətlərin törədilməsinə birbaşa yardımı olmalıdır. Amma həmin şoudakılar pul göndərilsə də, göndərilməsələr də danışır. Ona görə də bunun iştirakçılıq olduğunu düşünmürəm.
Böyük ehtimalla saxlanılan tiktokerlər İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq (ictimai qaydanı pozan hərəkət) maddəsi ilə (510) saxlanılıblar. Bu şəkildə götürüldükdə inzibati həbs də verilə bilər. Fikirləşirəm ki, onlara hərhalda "xırda xuliqanlığa" görə inzibati xəta məsuliyyəti ilə bağlı icraat açılıb və məsuliyyətə cəlb olunublar.
Əgər tiktokerlər dediyim kimi, xırda xuliqanlığa görə məsuliyyətə cəlb ediliblərsə, həmin şəxslərə pul atanların da məsuliyyətə cəlb edilib-edilməməsi barədə düşünmək olar. Yəni ictimai qaydanı pozan birinə pul göndərmək xırda xuliqanlıq sayılıb-sayılmaması sual altındadır.
İstər inzibati, istərsə də cinayət hüququnda əməl çox dəqiq olaraq tövsif edilməlidir. O mənada ki, törədilən əməl Məcəllədəki dispozisiyaya uyğun gəlir yay yox? Bizdə əxlaqsızlığı yaymaq kimi qanunvericilikdə xüsusi bir qadağa yoxdur. Bizdə 16 yaşına çatmayanları əxlaqsız hərəkətlərə cəlb etmə, əxlaqsızlıq yuvaları təşkil etmə, fahişəliyə cəlb etmə, fahişəliklə məşğul olmaq və s. var. Bunların bəziləri cinayət, bəziləri isə inzibati məsuliyyət yaradır. Amma ümumiyyətlə, əxlaqsız hərəkətlər də ictimai qaydanı poza bilir. Əxlaqsız hərəkətlər o şərtlə ictimai qaydanı pozur ki, onlar ictimaiyyətə açıq şəkildə sərgilənsin ya da törədilsin. Sosial şəbəkələr də hər kəsə açıqdır. Bunlar da "TikTok"da olduğuna görə ictimai qaydanı pozucu mahiyyətə sahib olacaq".
Mövzu ilə bağlı Ölkə.Az-a danışan hüquqşünas Fərhad Mehdiyev deyib ki, tiktokerlərin hansı maddə ilə saxlanıldığı məlum olmadığından bu barədə dəqiq söz demək çətindir.
Bununla belə o, hüquqi baxımdan tiktokerlərin hansı maddə ilə saxlanıla biləcəyindən danışıb:
"Mən burada cinayət pozuntusu görə bilmirəm. Cinayət Məcəlləsinin 153-cü maddəsin 16 yaşına çatmamış şəxsi seksual fəaliyyəti müşahidəyə cəlb etməyi cinayət sayır, məsələn uşağa pornoqrafik material izlətdirmə kimi. Lakin məlum videoda seksual fəaliyyət yoxdur, seksual fəaliyyət haqqında sözlər var. Seksual fəliyyət isə söz demək deyil. Hələ ki bizə məlum deyil, həmin mövzu barədə danışıq "seksual fəaliyyət" kimi götürüb ya yox. Əgər onlar CM-in 153.1 maddəsi ilə məsuliyyətə cəlb edilibsə, onlara pul atanların isə məsuliyyətə cəlb edilməsi bir qədər çətin olacaq".
Hüquqşünasın sözərinə görə, tiktokerlərə hədiyyə göndərənlərin də məsuliyyətə cəlb olunması məsələsi əməlin necə tövsif olunmasından asılıdır:
"Həmin şəxslərə baxıb pul göndərənləri cərimələmək üçün burada gərək cinayət hüququnun iştirakçılıq məsələsi tətbiq edilsin. Bu da alınmayacaq. Çünki hazırda saxlanılan şəxslərlə bağlı 153-cü maddənin tətbiq edilib-edilməməsi sual altındadır. Amma onların köməkçi sayılması üçün cinayətin törədilməsində səbəbli əlaqəsi, tipik hərəkətlərin törədilməsinə birbaşa yardımı olmalıdır. Amma həmin şoudakılar pul göndərilsə də, göndərilməsələr də danışır. Ona görə də bunun iştirakçılıq olduğunu düşünmürəm.
Böyük ehtimalla saxlanılan tiktokerlər İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq (ictimai qaydanı pozan hərəkət) maddəsi ilə (510) saxlanılıblar. Bu şəkildə götürüldükdə inzibati həbs də verilə bilər. Fikirləşirəm ki, onlara hərhalda "xırda xuliqanlığa" görə inzibati xəta məsuliyyəti ilə bağlı icraat açılıb və məsuliyyətə cəlb olunublar.
Əgər tiktokerlər dediyim kimi, xırda xuliqanlığa görə məsuliyyətə cəlb ediliblərsə, həmin şəxslərə pul atanların da məsuliyyətə cəlb edilib-edilməməsi barədə düşünmək olar. Yəni ictimai qaydanı pozan birinə pul göndərmək xırda xuliqanlıq sayılıb-sayılmaması sual altındadır.
İstər inzibati, istərsə də cinayət hüququnda əməl çox dəqiq olaraq tövsif edilməlidir. O mənada ki, törədilən əməl Məcəllədəki dispozisiyaya uyğun gəlir yay yox? Bizdə əxlaqsızlığı yaymaq kimi qanunvericilikdə xüsusi bir qadağa yoxdur. Bizdə 16 yaşına çatmayanları əxlaqsız hərəkətlərə cəlb etmə, əxlaqsızlıq yuvaları təşkil etmə, fahişəliyə cəlb etmə, fahişəliklə məşğul olmaq və s. var. Bunların bəziləri cinayət, bəziləri isə inzibati məsuliyyət yaradır. Amma ümumiyyətlə, əxlaqsız hərəkətlər də ictimai qaydanı poza bilir. Əxlaqsız hərəkətlər o şərtlə ictimai qaydanı pozur ki, onlar ictimaiyyətə açıq şəkildə sərgilənsin ya da törədilsin. Sosial şəbəkələr də hər kəsə açıqdır. Bunlar da "TikTok"da olduğuna görə ictimai qaydanı pozucu mahiyyətə sahib olacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Bank kartları ilə bağlı - Daha bir qadağa
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü