"Əminəm ki, Azərbaycan üçüncü MDB oyunlarına uğurla ev sahibliyi edəcək" - DEPUTAT
Cənab Prezident İlham Əliyevin ölkə idmanına və idmançılarına olan diqqəti və qayğısı Azərbaycanda idmanın bütün sahələrinin inkişaf etdirilməsində, yeni və möhtəşəm idman saraylarının inşasında, ayrı-ayrı idman növlərinə dövlət büdcəsindən maliyyə dəstəyinin ayrılmasında, həmçinin idmançı gənclərin inkişafı üçün hər cür şəraitin yaradılmasında özünü təcəssüm etdirir. Xüsusilə gənclərimizin idmana cəlb edilməsi, onların sağlam inkişafı, cəmiyyətə və dövlətə yararlı və layiqli vətəndaş kimi yetişdirilməsi Ölkə Başçısının qarşısına qoyduğu əsas məsələlərdən hesab olunur. Ölkəmizdə həm idmançılar, həm də idman ictimaiyyətinin nümayəndələri, eyni zamanda, məşqçilər və digər idman mütəxəssisləri dövlət tərəfindən layiqincə qiymətləndirilir.
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı,Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, bu gün gənclərimizin fiziki gücə sahib olması, eyni zamanda cəmiyyətə faydalı və vətənpərvər ruhda yetişməsi həm ölkə başçısının, həm də xalqımızın illər ərzində çəkdikləri əziyyətin nəticəsidir:
"Belə bir əziyyətin nəticəsi olaraq biz, xalqının və gənclərinin gücünə söykənən qüdrətli dövlətimizin olmasını bütün dünyaya sübut etmişik.2024-cü il Azərbaycanın idman tarixi üçün uğurlu bir il olmuşdur. Belə ki, bu il Azərbaycan idmançıları bir çox beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmiş və ölkəyə 1700-ə yaxın müxtəlif medallar gətirmişlər. Bu sevindirici hal Azərbaycan idmanının inkişaf etməsinin və müxtəlif idman növlərində yeni nəsil güclü idmançıların yetişdirilməsinin nəticəsidir ki, bununla da ölkəmiz başqa sahələrdə olduğu kimi idman sahəsində də öz gücünü bir çox beynəlxalq yarışlarda təsdiq etmişdir.
Ölkəmiz üçün idman sferasında əsas diqqət çəkən məqamlardan biri odur ki, Azərbaycan idmançıları 2024-cü ilin ən böyük yarışı olan Yay Olimpiya Oyunlarında tarixi nəticə əldə etmişdir.
Çox sevindirici haldır ki, 2024-cü ilin Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər - qalib ölkə kimi, idmançılarımız isə qalib xalqın nümayəndələri kimi iştirak etmişlər. Məhz bu duyğunun özü belə idmançılarımıza yarışlarda qalib gəlmək üçün ruh yüksəkliyi verir. Bu səbəbdən də 2020-ci ildən bu günə kimi idmançılarımız xalqımızı öz qələbələri ilə daim sevindirmişlər".
Deputat vurğulayıb ki, Bakı şəhərində ən müasir idman infrastrukturları, idman kompleks və zalları inşa edilmiş və bu quruculuq işləri hələ də davam etdirilir:
"Ötən illərdə Bakıda mötəbər Avropa Oyunlarının, eləcə də İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə keçirilməsinin şahidi olmuşuq. Eyni zamanda ötən ay Bakıda təşkil olunmuş COP29 beynəlxalq iqlim konfransı da məhz möhtəşəm Olimpiya Stadionunda baş tutmuşdur. Bundan başqa, təkcə Bakıda yox, həmçinin ölkənin bir çox iri rayon və şəhərlərində də idmanın inkişafı məqsədilə müxtəlif komplekslər inşa edilmiş, fəal gənclər həmin komplekslərdən istifadəyə cəlb edilmişlər.
Sevindirici haldır ki, artıq işğaldan azad edilmiş ərazilərimizdə də bir çox infrastruktur layihələr ilə yanaşı, idman infrastrukturları da yaradılır. Hazırda Ağdam şəhərində müasir, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir, Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməli qoyulub, Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə yarışları keçirilir. Həmçinin Şuşa şəhərində artıq bir neçə idman yarışları təşkil olunmuşdu.
Ötən il Xankəndidə keçirilən "Qarabağ" və Mərkəzi Ordu İdman Klubunun qarşılaşması - futbol oyununun çox böyük rəmzi mənası vardı. Bir vaxtlar separatizmin yuvasına çevrilmiş Qarabağ, xüsusilə Xankəndi bu gün öz doğma sakinlərinin-azərbaycanlıların ixtiyarındadır. Uzun illərdən sonra işğaldan azad edilən ərazilərdə ilk dəfə keçirilən tarixi futbol yarışının təşkil edilməsi mühüm əhəmiyyət daşımaqla yanaşı, həm də tarixi hadisə idi.
2025-ci ildə Azərbaycan növbəti böyük idman yarışına – Üçüncü MDB oyunlarına ev sahibliyi edəcək. Əminik ki, Azərbaycan bu beynəlxalq tədbirə də uğurla ev sahibliyi edəcəkdir.
Bu gün xalqımızın və gənclərimizin gücü, əzmi, iradəsi, Ölkə Başçısının qətiyyətli və uğurlu siyasəti nəticəsində Azərbaycan qüdrətli dövlətdir və bu güc 44 günlük müharibədə qazandığımız zəfərlə yanaşı gənclərimizin və idmançılarımızın da bir çox idman yarışlarında əldə etdikləri nailiyyətləri ilə öz təsdiqini tapır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Bank kartları ilə bağlı - Daha bir qadağa
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü