İranda sosial media qadağası götürüldü
İranda "WhatsApp"və "Google Play"ə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Səttar Haşimi açıqlama verib.
Haşimi bildirib ki, bu barədə qərar bu gün keçirilən sosial media yüksək şurasının iclasında qəbul edilib.
Xatırladaq ki, İranda sosial media qadağası 22 yaşlı Məhsa Əmininin 2022-ci il sentyabrın 16-da məcburi hicablanma qaydasını pozduğu iddiası ilə həbs olunduqdan sonra vəfatının ardınca artan etirazlar fonunda tətbiq edilmişdi.
İran hakimiyyəti sosial media qruplarının dövlət əleyhinə fəaliyyətlər təşkil etmək planlarını əsas gətirərək "Telegram", "WhatsApp","Google Play", "Instagram" və "X" kimi beynəlxalq platformalara məhdudiyyətlər qoymuşdu.
Bunun ardınca hökumət əhalini yerli proqram təminatından istifadə etməyə çağırmışdı. İranlılar isə yerli proqram təminatının təhlükəsizlik problemləri olduğunu iddia edərək istifadə etməyə həvəs göstərmirdilər.
Xüsusilə, "Google Play"ə qoyulan qadağa İran proqram tərtibatçıları tərəfindən geniş şəkildə tənqid edilmişdi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1296 Tarix: 25 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz
24 sentyabrHələ də çap maşınında yazır
Dünyaca məşhur aktyor Tom Henks qeyri-adi hobbisi ilə seçilir. "Qafqazinfo" xəbər verir ki, aktyor çap maşınlarının kolleksiyasını toplayır. Onun kolleksiyasında artıq 300-dən çox çap maşınının olduğu bildirilir. "Oskar"lı aktyorun kolleksiyasına daxil olan 35 yazı makinası 2025-c
23 sentyabrABŞ-Çin münasibətləri heç vaxt bu qədər güclü olmayıb
ABŞ prezidenti Donald Tramp hesab edir ki, hətta fərqli siyasi sistemlər altında belə, ABŞ-Çin münasibətləri onun ikinci prezidentlik müddəti ərzində heç vaxt bu qədər güclü olmayıb. xəbər verir ki, Çin prezidenti Si Cinpin 24-25 sentyabr tarixlərində ABŞ-da dövlət səfərindədir. Tramp Çin prezidentini
25 sentyabrQırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrİlk Homo sapiensin üzü necə görünürdü?
Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf
22 sentyabrABŞ hərbçiləri Litvaya yola düşüb
ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür. xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda "X" sosial şəbəkəsində yazıb. "Mən yenicə təsdiq aldım ki, ABŞ hərbçilərinin yeni rotasiyası artıq Litvaya yola düşür! Biz təkcə Litva üçün deyil, həm də bütün regionu
22 sentyabr