Bizi güclü edən möhtəşəm həmrəyliyimiz xalqımız yaşadıqca yaşayacaqdır

Bizi güclü edən möhtəşəm həmrəyliyimiz xalqımız yaşadıqca yaşayacaqdırAzərbaycan xalqının qədim və zəngin tarixini, onun dirçəlişi, və milli birliyini əks etdirən həmrəylik günü, müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər olma anı kimi, hər bir azərbaycanlı üçün inam və ümid rəmzidir.

Xalqımızın milli birliyinin açarı, bizi birləşdirən əsas dəyər vətənpərvərlik hissimizin hədsiz dərəcədə yüksək olmasıdır. Vətənpərvərlik ilk öncə xalqı və dövləti sevmək, həmçinin bizim milli-mənəvi ənənəmizə çevrilən bayrağımıza hörmət, şəhid və qazi ailələrinə diqqət bizim mənəvi ənənələrimizdən biridir. Gənc nəsilə vətənpərvərlik hissləri bir çox yollarla əsasəndə ictimai-siyasi xadimlərin, ən əsası ulu öndər Heydər Əliyevin və Cənab İlham Əliyevin çıxışlarında Azərbaycan dövlətinə, xalqına sevgisini nümayiş edib səsləndirməsi vətənpərvərlik nümunəsidir.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət edib. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib.

Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər, xarici səfərləri zamanı, mütləq həmin ölkələrdə yaşayan və fəaliyyət göstərən həmvətənlərimizlə görüşlər keçirirdi. Ümummilli lider onların problemləri ilə maraqlanır, qiymətli tövsiyələr verirdi. Onun başladığı bu ənənəni davam etdirən Prezident İlham Əliyev hər bir xarici səfəri zamanı diaspor nümayəndələri ilə görüşür, dəyərli tövsiyələr verir və fikir mübadiləsi aparırdı. Dövlət başçısı, ölkəmizin dövlət müstəqilliyinin daha da möhkəmlənməsi üçün diaspora ilə əlaqələrin xüsusi əhəmiyyət daşıdığını dəfələrlə qeyd etmişdir.

Ulu Öndər Heydər Əliyev Həmrəylik Gününü təsis etməklə xalqın birliyinə və ideoloji yaxınlaşmasına nail olmuşdur. Bu əlamətdar gün, dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı arasında əlaqələrin qurulması, birlik və həmrəyliyin gücləndirilməsində mühüm əhəmiyyət daşıyır. Həmrəylik Günü milli birlik, Azərbaycana sevgi, milli-mənəvi dəyərlərə hörmət və Vətənə bağlılıq duyğularını özündə ehtiva edir.

Tarix boyu müharibələr, hərbi münaqişələr və müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, bəzi azərbaycanlılar öz torpaqlarından didərgin düşmüş, deportasiya edilmiş və bir-birindən ayrı salınmışdır. Lakin Azərbaycan xalqı öz möhkəm həmrəyliyinə söykənərək ayaqda qalmışdır.

Prezident İlham Əliyev, xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsini dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirmişdir. O, mövcud sosial-iqtisadi inkişaf şəraitində diaspor quruculuğu sahəsində genişmiqyaslı tədbirlər həyata keçirir. "Bir millət, iki dövlət" prinsipi Azərbaycan və Türk diaspor təşkilatlarının fəaliyyətinin əsasını təşkil edir. 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu türkdilli xalqların həyatında əlamətdar hadisə olmuşdur. Bu tədbir, Prezident İlham Əliyevin türk dünyasının birliyinə verdiyi böyük əhəmiyyətin ifadəsi kimi tarixə düşmüşdür.
Vətən müharibəsi, Azərbaycan xalqının birliyini və Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx səfərbər olduğunu bir daha aydın şəkildə nümayiş etdirdi.

Bu müharibədə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da misilsiz fəallıq göstərərək daha sıx birləşdilər. Onlar yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin eşidilməsi üçün böyük səylər göstərdilər. Prezident İlham Əliyev təbrikində vurğulayıb: "Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında göstərdikləri fədakarlıq Qələbəmizə layiqli töhfə olmuşdur."
Dünya azərbaycanlılarının həmrəyliyinin ən bariz nümunəsi II Qarabağ müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmən qüvvələrin və anti-Azərbaycan dairələrin təxribatlarına qarşı cəsarətli mövqeyi oldu. Onların Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində göstərdikləri səylər, Qələbəmizdə mühüm rol oynadı.

II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, sosial statusundan, vəzifəsindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün Prezident İlham Əliyevin sarsılmaz qətiyyətinə və siyasi iradəsinə şahid oldu. Dövlət başçısının nümayiş etdirdiyi vətənpərvərlik və liderlik xalqı torpaqların azadlığı uğrunda mübarizədə birləşdirdi.
Ali Baş Komandan İlham Əliyevin ilk gündən ortaya qoyduğu hərbi-siyasi əzm və qətiyyət hər bir azərbaycanlını onun ətrafında daha sıx birləşdirərək qələbə ruhunu möhkəmləndirdi. Tarixi Zəfərimiz, antiterror əməliyyatları, işğal altında olan torpaqlarımızın azad olunması və separatçı rejimin çökdürülməsi bütün azərbaycanlıları vahid birliyə və möhkəm həmrəyliyə gətirib. "Dəmir yumruq" bizim Zəfər salnaməmizin simvolu idi və bu gün eyni zamanda xalqımızın birliyinin rəmzidir.

Həmçinin, vurğulamaq istərdim ki, 2024-cü ilin son günlərini yaşadığımız vaxtda 25 dekabr tarixində AZAL-ın Bakı–Qroznı reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması xalqımızı dərindən sarsıtdı.

Şübhəsiz ki, belə faciələr zamanı hər kəsin bir araya gələrək zərər çəkənlərə dəstək olması, dövlətin döstəyi ilə yanaşı, cəmiyyətin vahid, humanist mövqedə olması həmrəylimizi nümayiş etdirir. Bununla yanaşı, dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların bu ağır günlərdə həmrəyliklərini qoruyub saxlamaları xalqımızın mənəvi gücünü bir daha əks etdirdi.

Bizi güclü edən, dünya xalqları arasında fərqləndirən möhtəşəm həmrəyliyimiz xalqımız yaşadıqca yaşayacaqdır.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1560   Tarix: 28 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ

Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin

23 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

Azərbaycan sənayedə yeni mərhələyə keçir: 5,3 milyard manatlıq dağ-mədən və metallurgiya proqramının əsas hədəfləri

Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirənin keçirilməsi ölkənin qeyri-neft iqtisadiyyatının gələcək istiqamətləri baxımında

23 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Eskalatorlar niyə fəaliyyət göstərmir? - Bakının mərkəzində problem - İQTİSADÇIDAN AÇIQLAMA

Bakının bir sıra ərazilərində, o cümlədən "Azneft" ərazisində və "Sahil" metro stansiyasının ətrafında eskalatorların işləməməsi sərnişinlərin hərəkətində çətinlik yaradır. Xüsusilə gün ərzində piyadaların sıx olduğu ərazilərdə eskalatorların fəaliyyətsiz olması sual doğurur: Eskalatorla

23 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

David Seliverstov-Çingiz Qənizadə məhkəməsi: Anatoli Rafailovun adı ilə bağlı sübutlar təqdim edildi

İctimaiyyətə David Seliverstov adı ilə tanınan Abbasov Kazım Elşən oğlunun Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə Binəqədi Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. İclasla bağlı ünvanladığımız sorğunu cavablandıran vəkil Sahil Allahverdiyev bildirib ki, Çingiz Qənizad

24 sentyabr