"Sakit qız bütün ölkəyə səs saldı" - Stüardessa Hökümənin iş yoldaşı
Bu cür səssiz, sakit bir qız bütün ölkəyə səs saldı.
Sonxeber.az xəbər verir ki, bunu Aktauda aviaqəzada həlak olan təyyarə bələdçisi Hökümə Əliyevanın iş yoldaşı Leyla Rzayeva deyib.
Leyla Rzayeva
Leyla Rzayeva bildirib ki, Hökümə Əliyeva öz vəzifə borcunu ləyaqətlə yerinə yetirib, bunun üçün də hamının qürur yeridir: "Hökümə kimi sakit, səssiz bir qızın qəhərli, həyəcanlı səslə sərnişinlərə təlimat verib, onları sakitləşdirməyə, ümid verməyə çalışması inanılmazdır. Özü də qəza enişi olacağını bilə-bilə...", o qeyd edib.
Təyyarə bələdçisi sərnişinlərə də çağırış edib: "Biz - təyyarə bələdçilərinin əsas vəzifəsi sərnişinlərin təhlükəsizliyini təmin etməkdir. Sizin sağlamlığınız bizim məsuliyyətimizdədir. Təyyarə bələdçilərinin təlimatlarını diqqətlə dinləyib, əməl etmək lazımdır.
Bilirsiniz, təyyarədə qəza enişi planlı və planlaşdırılmamış olur. Bütün hallarda pilotlar bu barədə bələdçilərə bildirirlər. Bu qəza enişinin planlı, yoxsa planlaşdırılmamış olduğunu isə bilmirəm"./APA
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1542 Tarix: 28 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrHərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabrBütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq
24 sentyabrQadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı
Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind
23 sentyabrƏhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı
24 sentyabr