Tox saxlayan qidalar arıqlamağa kömək edir

Tox saxlayan qidalar arıqlamağa kömək edirPəhriz saxlayarkən ən vacib şey ölçülü yeməkdir. Köhnə yemək vərdişləri bu vəziyyəti çətinləşdirir. Bu problemi aradan qaldırmağın ən asan yolu pəhriz zamanı tox saxlayan qidalardan istifadə etməkdir.

Lent.az sizə tox saxlayan qidalarla bağlı doktor Mehmet Uçar məsləhətlərini təqdim edir:

Doyma təcrübələrinə daxil olan bu qidalar pəhriz proqramlarının da əvəzsizidir. Pəhriz saxlayaraq bu qidaları qəbul etmək insanı tox saxlayır. Bəzi qidalar az miqdarda yeyilsə belə, adamı tox tutaraq arıqlamağı asanlaşdırır. Kilo vermək üçün yeyilən qidalar az kalorili olsa da, mədədə daha çox yer tutmalı və uzun müddət orada qalaraq toxluq hissini təmin etməlidir. Yeməyin tərkibindəki lif və zülalın miqdarı, həcmi və tərkibindəki suyun miqdarı toxluq hissini ən çox müəyyən edən amillərdəndir.

Hansı qidalar aclıq hissinin qarşısını almaqda daha çox təsirlidir?

• Yumurta. Yumurta toxluq hissinə güclü təsir göstərən yüksək proteinli qidadır.

• Bütün taxıllar. Qəhvəyi düyü, tam buğda çörəyi və tam buğdalı makaron kimi bütün taxıllar çəki nəzarəti və sağlam arıqlamaq baxımından yaxşıdır. Bu, bütün taxıllarda olan liflə bağlıdır.

• Şorba. Maye qidalar mədədən yavaş çıxır. Onlar adama uzun müddətli toxluq hissi verir.

• Fındıq. Fındıq, qoz, badam yeməklər arasında keçid etmək üçün əla qəlyanaltı seçimləridir. Bunlar hər üç doyma gücləndiricisinin - protein, lif və sağlam yağların yaxşı mənbəyidir. Faydalarından maksimum yararlanmaq üçün duzsuz, şəkərsiz, qovrulmamış və xam qoz-fındıq seçmək lazımdır.

• Az yağlı ətlər. Ət, toyuq, hind toyuğu və balıqda yüksək miqdarda olan və uzun doyma müddəti verən zülallar toxluq hormonlarına təsir edir. Az yağlı qırmızı ət və toyuqlə hinduşkanın sinə əti, o cümlədən balıqda yüksək protein və az yağ var ki, bu da insanda uzun müddətli toxluq hissi yaradır.

• Şirin kartof. Antioksidantlarla zəngin olan şirin kartof yüksək su və lif tərkibi ilə eyni enerjiyə malik digər qidalarla müqayisədə uzun müddət tox qalmaya və növbəti yeməkdə daha az yeməyə kömək edir.

• Quru lobya. Noxud, lobya, mərcimək və qara gözlü noxud kimi bitki mənşəli protein mənbələri toxluğu təmin etmək üçün güclü pəhriz silahlarıdır. Onlar zəngin lif və protein qaynaqlarıdır. Eyni zamanda, tərkibindəki nişasta sayəsində şəkərin digər karbohidratlarla müqayisədə daha yavaş dövriyyəsinə səbəb olur.

• Yaşıl yarpaqlı və kükürdlü tərəvəzlər. İspanaq, aruqula, cəfəri kimi yaşıl yarpaqlı, kələm və brokoli kimi isə kükürdlü tərəvəzlərdə yüksək lif və su var. Həcmi böyük və enerjisi az olan bu tərəvəzlər arıqlamaqda və toxluq hissi verməkdə yaxşı qida maddələrindəndir.

• Ananas, alma və portağal. Meyvələrdə yüksək miqdarda su və lif olduğu üçün mədədə eyni kalorili meyvə şirəsi və ya desertlərdən daha çox yer tutur və toxluq hissinə yardım edir. Xüsusilə ananas, alma və portağal yüksək pulpa, su tərkibi və doyma indeksinə malikdir.

• Qatıq. Qatıq qarın yağını azaldır. Protein baxımından bol olduğundan insanı uzun müddət tox saxlayır.

• Avokado. Avokado qida maddələri ilə zəngin bir məhsuldur. Sağlam yağlı və yaxşı lif mənbəyi olan meyvədir.

• Qarabaşaq, quinoa, bulqur. Qarabaşaq, quinoa və bulqurda digər taxıllarla müqayisədə yüksək lif və nisbətən daha çox protein var. Bu tam taxıllar tərkibindəki lif sayəsində bağırsaqlarda iştahı yatıran hormonları aktivləşdirir.

• Kəsmik pendir. Kəsmik pendiri nisbətən az yağlı və enerjili, lakin zülalı çox yüksək olan bir pendir növüdür. Böyük kalsium qaynağı olan kəsmik pendiri yüksək protein tərkibi və həcmi sayəsində daha uzun müddət toxluq hissi vermək və çəkini idarə etməkdə rol oynayır.

• Yayılmış yulaf. Yulaf əzməsi yüksək lif tərkibinə və su udma qabiliyyətinə görə toxluq verən tam taxıldır. Onun tərkibindəki həllolan liflər suyu mədədə cəmləşdirir və mədənin boşalmasını gecikdirərək uzun müddət tox qalmağa səbəb olur.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1591   Tarix: 28 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Arıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq

Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə

17 noyabr
.

"Alatoranlıq" serial olur

"Netflix" platforması məşhur "Alatoranlıq" franşizası əsasında animasiya serialı hazırlayacaq. Axşam.az xəbər verir ki, "Netflix" artıq serialın iki mövsümünü sifariş edib. Layihə Stefani Mayerin "Gecəyarısı günəşi" romanı əsasında çəkiləcək. Əsərdə ilk "Alatoranlıq"

10 noyabr
.

Quru meyvələrin gizli təhlükəsi - Həkimdən xəbərdarlıq

"Quru meyvələr tez-tez şirniyyatlara tam təhlükəsiz və faydalı alternativ kimi qəbul edilsə də, bəzi hallarda sağlamlığa ciddi zərər vura bilər". "Qafqazinfo" xəbər verir ki, bu barədə rusiyalı dietoloq Maryana Cutova bildirib. Mütəxəssis xəbərdarlıq edib ki, bol miqdarda quru meyv

13 noyabr
.

"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO

"WhatsApp" istifadəçiləri şəxsi profillərinə üz qabığı fotosu əlavə edə biləcəklər. xarici mediaya istinadən xəbər verir ki, yeni funksiya əvvəlcə "Android"in beta versiyasında sınaqdan keçirilib, indi isə "iOS" istifadəçiləri üçün də əlçatan olmağa başlayıb. Yenilik sayəsind

8 noyabr
.

5 5 5 5 = 24: Bu tənliyi doğru edəcək üç riyazi işarə hansılardır?

Tənliyi doğru etmək üçün dörd 5 arasında üç riyazi işarə qoymalısınız. Dörd eyni rəqəm və istədiyiniz nəticə. Bu riyazi tapmacada yalnız üç hesab işarəsi yoxdur. Tapmaca şərti:. 5 5 5 5 = 24. -ın xəbərinə görə, tənliyi doğru etmək üçün dörd beşlik arasında üç riyazi simvol yerləşdirməlisiniz. Toplama

8 noyabr
.

Beyin əməliyyatından sonra insanları pişik kimi görməyə başladı

ABŞ-də yaşayan 28 yaşlı kişi keçirdiyi beyin əməliyyatından sonra nadir görülən nevroloji pozğunluqla üzləşib. Belə ki, o, gün ərzində qarşılaşdığı insanların üzlərində öz ev heyvanı - "Luna" adlı pişiyinin cizgilərini görməyə başlayıb. "Qafqazinfo" xəbər verir ki, Dartmut Kollec

17 noyabr
.

İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...

İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth

15 noyabr
.

800 illik qala 1 avroya satılır - Fotolar

Almaniyanın Saksoniya torpağında yerləşən Bad-Düben şəhər rəhbərliyi 800 illik tarixə malik Şnaditz su qalasını satışa çıxarıb. "Qafqazinfo" xəbər verir ki, şəhər mülk üçün simvolik olaraq cəmi 1 avro tələb edir, lakin bu "əlverişli" sövdələşmənin arxasında böyük maliyyə öhdəliklər

9 noyabr
.

Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün

Evdə su sərfiyyatını azaltmaq məqsədilə klozet rezervuarlarına plastik şüşə qoyulması üsulu yenidən gündəmə gəlib. Mütəxəssislər düzgün quraşdırmanın vacibliyinə diqqət çəkiblər. xəbər verir ki, ev şəraitində su istehlakını azaltmaq üçün köhnə bir praktika olan rezervuara plastik şüşə yerləşdirmə üsul

7 noyabr